THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: "Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlərdən danışmağın nə mənası var?"

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12643
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 iyul 2017 – Newtimes.az

"Bu gün beynəlxalq münasibətlərdə uğurlardan danışmaq çətin və mürəkkəbdir, çünki dünya Varşava Müqaviləsinin fəaliyyətinin dayandırılmasından sonra ədalətli prinsipləri saxlaya bilməyib".

Newtimes.az. Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov "RİA Novosti" agentliyinə müsahibəsində deyib.

Novruz Məmmədov qeyd edib ki, dünyanın belə olmasına səbəb ədalətin mövcud olmamasıdır: "Varşava Müqaviləsindən sonra dünya ədalət prinsiplərini saxlaya bilmədi. Əgər beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlərdən danışmağın nə mənası var?"

O, Qarabağ münaqişəsinə də toxunaraq bildirib ki, nədənsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli qiymətləndirilməsi maneələrlə rastlaşır: "Bu gün elə vəziyyət yaranıb ki, bir müharibə ilə heç nə həll etmək mümkün deyil. Belə ki, hər hansı münaqişə yeni münaqişə doğurur və superdövlətlər bu məsələdə fəal iştirak edirlər".

Azərbaycan Prezidentinin köməkçisi xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur, bura da "beynəlxalq arenada lazım olanda öz sözünü deyə bilən" dövlətlər daxildir.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...
Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...