THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan Qafqaz regionunda Qazaxıstanın əhəmiyyətli strateji tərəfdaşıdır

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
458
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 mart 2017 – Newtimes.az

Beybit İsabayev

Qazaxıstan Respublikasının

Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

Bu yaxınlarda Qazaxıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasından keçən 20 illik bir dövrə qiymət verdilər. Müstəqillik illərində bizim ölkələrimiz təsirli və uğurlu nəticələrə, coşqun iqtisadi artıma və ictimai-siyasi sabitliyə nail oldular. Qazaxıstan və Azərbaycan arasında qarşılıqlı etibarın və bərabərliyin sinonimi olmuş çox mehriban münasibətlər yarandı. Dostluq və tərəfdaşlıq prinsiplərinə söykənən bu əlaqələrin bünövrəsi, heç şübhəsiz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Respublikasının Prezidenti – xalqın lideri Nursultan Nazarbayev tərəfindən qoyulmuşdur. Bu münasibətlər Azərbaycanın indiki Prezidenti İlham Əliyevin dövründə daha da möhkəmlənməkdə və inkişaf etməkdədir.

Qazaxıstanın və Azərbaycanın dövlət başçıları daima ikitərəfli görüşlər keçirirlər. Onlar həmçinin bir sıra inteqrasiya strukturları və beynəlxalq təşkilatlar çərçivəsində təşkil edilən tədbirlərdə də görüşürlər. Son əhəmiyyətli görüşlər arasında 2009-cu ildəki görüşü xüsusi qeyd etməyə dəyər. Həmin tarixdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər etmiş və Türkdilli Dövlət Başçılarının Naxıçıvanda keçirilən IX Sammitində iştirak etmişdi. Bu səfərin əhəmiyyəti həm də tarixi Naxçıvan Bəyannaməsinin və Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında Naxçıvan Razılaşmasının imzalanması ilə səciyyəvi idi. Bu gün TDƏŞ-in qanuni varisi elm, mədəniyyət, tarix, həmçinin parlamentlərarası əlaqələr sahələrində bir sıra dəyərli dövlətlərarası institutların fəaliyyətini koordinasiya edən Türk Şurası hesab edilir.

Növbəti 2010-cu ildə Qazaxıstan Prezidenti Xəzəryanı Dövlət Başçılarının Bakı şəhərində keçirilən Sammitində iştirak etdi. Daha sonra həmin ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in 11 illik fasilədən sonra ilk dəfə Astanada təşkil edilmiş Sammitində iştirak etdi.

2011-ci il həmçinin dövlət başçılarının qarşılıqlı səfərləri ilə yadda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TDƏŞ-in I Sammitində iştirak etmək üçün Qazaxıstana rəsmi səfərə gəldi. TDƏŞ-in III Sammiti 2013- cü ilin avqustunda Qəbələ şəhərində baş tutdu. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də Sammitdə iştirak üçün yenidən qardaş Azərbaycana səfər etdi.

Yaddaşda tamamilə yeni həkk olunmuş hadisələrdən biri də 2015-ci ilin sentyabrında TDƏŞ-in Astanada keçirilmiş V Sammitidir. Bu səfər çərçivəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev digər ölkələrin başçıları ilə birlikdə Qazax xanlığının 550 illiyinə həsr edilmiş təntənəli yubiley tədbirlərində iştirak etdi.

2015-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçılarının Borda keçirilən Sammitində iştirak etmək üçün yenidən Qazaxıstana səfər etdi. 2016-cı ilin ikinci yarımilliyində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri gözlənilir.

Ölkələrimizin hökumət, Xarici İşlər Nazirliyi və parlament rəhbərlərinin qarşılıqlı səfərləri də bu illər ərzində baş tutmuşdur. Həmçinin müdafiə, hüquq-mühafizə, milli təhlükəsizlik, sərhəd xidməti və digər orqanlar arasındakı əməkdaşlıq əlaqələri bu gün də inkişaf edir.

Qazaxıstan və Azərbaycan ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafına böyük qiymət verirlər. Müntəzəm olaraq biznes-forumlar keçirən Hökümətlərarası Komissiya fəaliyyət göstərir. Bu gün Azərbaycanda iqtisadiyyatın müxtəlif sferalarını təmsil edən 37 qazax şirkəti uğurla fəaliyyət göstərir. Yalnız Qazaxıstanın qərb regionunda Azərbaycan kapitalı ilə 46 müəssisə qeydiyyatdan keçmişdir.

Bu gün bizim ölkələrimiz arasında artıq danışıqların hüquqi əsasını təşkil edən 100-dən çox imzalanmış sənəd mövcuddur. Onlardan 20-dən çoxu iqtisadi sferaya aiddir. Söhbət bizim ikitərəfli siyasi münasibətlərimizin əsasını təşkil edən müqavilələr və razılaşmalar, protokollar və memorandumlar haqqında gedir. Onların arasında, heç şübhəsiz, "Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” əsasdır. Yəni müqavilənin adı bizim münasibətlərimizin xarakterini ifadə edir – strateji əməkdaşlıq və müttəfiqlik.

Azərbaycan Qafqaz regionunda Qazaxıstanın əhəmiyyətli strateji tərəfdaşıdır. Xəzər dənizi üzrə qonşu olaraq, Xəzərdən beynəlxalq əhəmiyyətli nəqliyyat arteriyası kimi istifadə etməklə energetika məsələləri üzrə əlaqələr, neftin nəqledilməsi, kənd təsərrüfatı bizim ölkələrimiz arasında əməkdaşlığın ən əhəmiyyətli bəndləri hesab edilir.

Müsbət mənada Qazaxıstanın və Azərbaycanın qarşılıqlı təsiri həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar və dialoq çərçivəsində inkişaf edir. Ölkələr müasir beynəlxalq gündəmin əsas məsələləri üzrə oxşar mövqelər nümayiş etdirirlər. Tərəflərin beynəlxalq təşəbbüsləri qarşılıqlı olaraq dəstəklənir. Bu kontekstdə Qazaxıstan 2017-2018-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəklədiyi üçün Azərbaycana təşəkkür edir.

Qazaxıstan və Azərbaycan beynəlxalq hüququn və qanunvericiliyin möhkəmləndirilməsi və ona riayət olunmasının tərəfdarıdırlar. Biz terrorizmin və ekstremizmin istənilən təzahürlərini qətiyyətlə pisləyir və beynəlxalq müstəvidə bütün dövlətlərin suveren bərabərliyinə əsaslanan beynəlxalq, siyasi və hüquqi nizamın möhkəmləndirilməsinin xeyrinə əməkdaşlıq edirik. Birlikdə fəal şəkildə çalışırıq ki, Xəzər regionu sülh, mehribanlıq və əməkdaşlıq zonası olsun.

Dildə, mədəniyyətdə, ənənələrdə vahid türk köklərinə malik olan ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Akademiyası çərçivəsində uğurla və fəal şəkildə əməkdaşlıq edirlər.

Tarixi köklərimiz və mədəniyyətimizdən başqa, bizi mehriban qonşuluq münasibətlərinin sonrakı inkişafına olan inam və cəhd birləşdirir. Bu da Qazaxıstanın xarici siyasətində Azərbaycanın prioritet yerlərdən birini tutmasının əsas səbəblərindəndir.

Qısa tarixi bir dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin iqtisadiyyatını bərpa etməyi və onu davamlı inkişaf yoluna qoymağı bacardı. Onun müdrik rəhbərliyi altında ölkə ilk böyük uğurlarına nail oldu. Ümummilli liderin şərəfli işini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ilk növbədə sosial-iqtisadi, sənayeləşmə, informasiya-kommunikasiya texnologiyaları sahələrində irəliyə doğru inamla addımladı, yüksək rifah səviyyəsinə nail oldu, iqtisadiyyatda ciddi nailiyyətlər qazandı. Bu gün Azərbaycan haqlı olaraq Qafqaz regionunun aparıcı ölkəsi hesab edilir. Dünya ictimaiyyəti Azərbaycanı beynəlxalq və regional əməkdaşlıq proseslərinin əhəmiyyətli və məsuliyyətli iştirakçısı kimi görür.

Xalqlarımız arasındakı mövcud dostluq əlaqələri və qarşılıqlı hörmət ildən-ilə dəyişməz olaraq qalır. Azərbaycana gələn qazaxları həmişə yerli qardaş xalqın səmimi qonaqpərvərliyi sevindirir. Biz özümüz də Qazaxıstanda qonaqları elə qarşılamağa öyrəşmişik. Hər iki ölkənin açıq və mehriban əhalisi turistlər və xarici qonaqlarda xoş təəssüratlar yaradır. Qazax torpaqlarında bu gün xeyli sayda etnik azərbaycanlı yaşayır. Qazaxıstanda 130 mindən çox insanı əhatə edən Azərbaycan diasporası ölkənin siyasi və iqtisadi həyatında fəal iştirak edir, xalqlarımızın arasında mehriban qonşuluq və dostluq münasibətlərinin möhkəmləndirilməsinə öz əhəmiyyətli töhfəsini verir.

Qazaxlar və azərbaycanlılar arasında mövcud olan dərin hörmət haqqında danışaraq o faktı yada salmamaq olmaz ki, hələ 2000-ci ilin əvvəlində yenicə paytaxt statusu əldə etmiş Astanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adına küçə salındı. Bu böyük siyasətçinin, həqiqi vətənpərvərin və xalqının ləyaqətli oğulunun gördüyü işlər, qazandığı nailiyyətlər və bütün fəaliyyəti qazaxstanlılarda da ən səmimi hisslər oyadır. Öz növbəsində Bakı küçələrindən biri böyük qazax yazıçısı və mütəfəkkiri Abay Kunanbayevin şərəfinə adlandırılmışdır. Bu bizim ümumi mənəvi dəyərlərimizin və xalq mirasının hörmətini simvollaşdıran ləyaqətli jestdir. Qazaxıstan və Azərbaycan həmişə bir-birinə inamlı, sədaqətli əlaqələr və əməkdaşlıq telləri ilə bağlanıb. Biz əminik ki, Qazaxıstan və Azərbaycan arasında illərin sınağından çıxmış sülh və dostluğun xeyrinə bütün sferalarda münasibətlərimiz bundan sonra da inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqını Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbrik edir, sülh, əmin-amanlıq və çiçəklənmə arzulayıram. 

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...