THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Türk axını": Avropanın enerji təhlükəsizliyi və geosiyasi maraqlar kontekstində

"Türk axını": Avropanın enerji təhlükəsizliyi və geosiyasi maraqlar kontekstində
10 iyul 2017

Rusiyanın dövlət başçısı Vladimir Putin iyun ayının sonlarında "Türk axını" layihəsinin reallaşmasının növbəti mərhələsinin startını verdi. O, Anapada gəmidə düyməni basaraq "irəli" dedi. Bu, "Türk axını" layihəsinin dənizin dibi ilə çəkilişinin başlaması deməkdir. Mütəxəssislər hesab edirlər ki, bu proses uğurla başa çatacaq. Çünki indi texnologiya o dərəcədə inkişaf edib ki, bu kimi işləri sürətlə görmək çətin deyil. Özü də bu kəmər ekoloji olaraq tam zərərsizdir. Rusiya boru xəttini Türkiyə sahillərinə qədər çəkəcək. Sonrasını türk tərəfi həyata keçirməlidir. Ekspertlərin fikrinə görə, bu hadisənin geosiyasi əhəmiyyəti az deyil. Yəni o, yalnız enerji məsələsi ilə məhdudlaşmır. Bir tərəfdən, Yaxın Şərqdəki geosiyasi dinamikaya, digər tərəfdən isə Avropanın enerji ilə təminatına ciddi təsiri ola bilən faktordur. Burada Amerikanın mümkün reaksiyasını və cavab addımlarını da nəzərə almaq lazımdır. Bütün bunlar "Türk axını" layihəsinin Qərbin enerji təhlükəsizliyinin təminində vacib rol oynaya bilməsi ilə yanaşı, müəyyən geosiyasi riskləri də meydana çıxardığını göstərir.

Supergüclərin dialoqu: dinamik tarazlıqla harmoniya arasındakı risklər

Supergüclərin dialoqu: dinamik tarazlıqla harmoniya arasındakı risklər
07 iyul 2017

Vaşinqtonda ABŞ-la Çin təmsilçilərinin müzakirələr aparmasına dünya KİV-i maraq göstərib. Tərəflər qlobal səviyyədə əhəmiyyəti olan bir sıra problemlər haqqında fikir mübadiləsi aparıblar. Onlar daha çox Şimali Koreyanın nüvə silahı və ballistik raketləri ətrafında danışıblar. Rəsmi Vaşinqton açıqca Çindən tələb edib ki, koreyalıları durdursun. Bu baş verməsə həm Şimali Koreyaya, həm də Çinə pis olacaq. Amerika nümayəndələri konkret ifadə ediblər ki, Çinə ağır zərbə vurula bilər. Çinlilər isə öz arqumentlərini irəli sürüblər. Onlar öncə Amerikanın öz hərbi qruplaşmalarını regiondan çəkməsinin lazım olduğunu deyiblər. Yalnız bundan sonra Şimali Koreya rahat fəaliyyət göstərə bilər. Və Pxenyana nüvə silahı lazım olmaz. Pekin bu məsələdə qəti addım ata bilər. Bunlara rəğmən, tərəflərin ortaq mövqeyə gəlmədiyi bildirilir. Onlar əsas olaraq dialoqu davam etməkdə yekdil fikrə gəliblər. Deməli, iki böyük güc hələlik münasibətlərində risk və təhdidlərin mövcudluğunun fərqindədirlər. Bunun qlobal təhlükəsizliyə necə təsir edə biləcəyi məsələsi düşündürücüdür.

Qətər böhranı: Yaxın Şərqi parçalama planının bir hissəsi

Qətər böhranı: Yaxın Şərqi parçalama planının bir hissəsi
06 iyul 2017

"Ərəb baharı" adlanan qeyri-müəyyənlik və risklərlə dolu bir prosesin müsəlman ölkələrinə gətirdiyi faciələr davam edir. İraq, Suriya, Liviya və Misirdən sonra Qətəri ortaya atıblar. Lakin bu sonuncu ilə bağlı fərqli ssenarilərin qurulduğu hiss edilir. Belə ki, Qətərə qarşı bir neçə ərəb ölkəsini qoyurlar. Həm də bunu başqa müsəlman dövlətləri olan İran və Türkiyəyə qarşı yönəltmək şərti ilə edirlər. Dohadan tələb olunur ki, İranla əlaqələri ümumiyyətlə kəssin və Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlıq etməsin. Kifayət qədər qərəzli, anti-müsəlman mahiyyətli və təxribatçı tələblərdir. Çünki müsəlman dövlətindən tələb edirlər ki, başqa müsəlman ölkələrinə düşmən kəsilsin və nicatı xristian ölkələrində tapsın. Nə yazıq ki, buna dəstək verən dörd müsəlman-ərəb ölkəsi də vardır. Bu kimi proseslərin fövqündə geosiyasi proseslərin hansı istiqamətdə dəyişə biləcəyi çox düşündürücüdür.

Multikultural mühitdə "doğma" və "özgə" anlayışı

Multikultural mühitdə "doğma" və "özgə" anlayışı
03 iyul 2017

Beynəlxalq aləmdə və ölkə içində cəmiyyət daxilində qloballaşma proseslərinin təsiri altında baş verən transformasiyalar müasir dövrümüzün ən mühüm çağırışlarındandır. Qloballaşma universal dəyərlər, multikultural mühit, fərqliliklərə dözümlü yanaşma, proses və hadisələrin astronomik sürəti ilə səciyyələnir. Bu baxımdan qlobal müstəvidə yeni dünya nizamında da qeyd etdiyimiz məqamlar öz əksini tapmaya bilməz. Liberal dünya quruluşu tərəfdarları bütün dünyada universal dəyərlərin, həm də yalnız Qərbin qəbul etdiyi vahid universal dəyərlərin cəmiyyətin və beynəlxalq münasibətlər sisteminin əsasında dayanmalı olduğunu təbliğ edirlər. Əslində yalnız Qərbin qəbul etdiyi dəyərlərin universal adlandırılmasının özü-özlüyündə ümumbəşəri xarakter daşıya bilməsi və bütün dünyaya aid edilməsi doğru yanaşma deyil.

Yaxın Şərqdə dəyişiklik: parçalama siyasətinin yeni əlamətləri

Yaxın Şərqdə dəyişiklik: parçalama siyasətinin yeni əlamətləri
30 iyun 2017

Suriya ətrafında geosiyasi vəziyyətin daha da gərginləşməsi mütəxəssisləri narahat edir. Faktiki olaraq ölkənin parçalanması prosesinə başlayıblar. Müxtəlif bölgələrdə bir neçə böyük dövlət öz hərbi güclərini yerləşdirməkdədirlər. ABŞ, Rusiya, Türkiyə və İran hansı məkanlarda hərbi qüvvələrini yerləşdirəcəklərini müzakirə edirlər. Onlardan başqa bir sıra ərəb dövlətləri də öz "paylarını" almaqda israrlıdırlar. Qətər böhranının arxasında duran məqamlardan birinin bundan ibarət olduğunu yazırlar. Bütün bu proseslər Yaxın Şərqdə riskləri və təhdidləri artırır. Eyni zamanda, bu dalğanın Qafqaz və Mərkəzi Asiyaya yayılması ehtimalını çoxaldır. Yekun olaraq belə bir tendensiyanın geniş geosiyasi məkanda hansı nəticələr verə biləcəyi üzərində düşünməyə dəyər.

Növbəti mərhələ: dövlət quruculuğunda yüksələn xətt

Növbəti mərhələ: dövlət quruculuğunda yüksələn xətt
29 iyun 2017

Hər bir xalq üçün müstəqillik böyük nemətdir. Yalnız müstəqil dövləti olan millətlər müasir mürəkkəb dünyada mövcud ola bilir, ləyaqətli həyat sürürlər. Tarixi təcrübə onu da göstərir ki, heç də bütün xalqlar öz dövlətlərini müasir tələblərə və çağırışlara cavab verən səviyyədə qura bilmirlər. Onlardan bəziləri kənar qüvvələrdən asılı olan və müstəqil hərəkət edə bilməyən kvazi (yalançı) dövlətlərə çevrilirlər. Həmin ölkələr suverenliklərini təmin etmək iqtidarında olmurlar. Buna nümunə Cənubi Qafqazda Ermənistandır. Azərbaycan isə keçən müddətdə tam müstəqil və sürətlə inkişaf edən, bütün sferalarda suverenliyini təmin edən dövlətdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu kursu öz bəhrəsini verməkdədir. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlətçilik təcrübəsi qiymətli tarixi irsimizdir. 28 May tarixi müqəddəsdir və fəxarət yerimizdir.

İran məsələsi: yenidən geosiyasi proseslərin ön sıralarında

İran məsələsi: yenidən geosiyasi proseslərin ön sıralarında
22 iyun 2017

Amerikanın İranla münasibətlərində dramatizm demək olar ki, bitmir. İndi də dövlət katibi Reks Tillerson son bəyanatlarının birində çox ciddi informasiyalar verib. Məlum olur ki, Vaşinqton Tehranla toqquşmalardan çəkinməyəcək. Amerika rəsmisi bunun səbəblərini də deyib. Onlar Donald Trampın seçkiqabağı ittihamlarından faktiki olaraq fərqlənmir. ABŞ İranın Yaxın Şərqdəki fəaliyyətindən və nüvə potensialını inkişaf etdirmək əzmindən narahatdır. Bunun konkret nümunələrindən biri kimi Tehranın uzaqmənzilli ballistik raketləri sınaqdan keçirməsi göstərilir. Bunların fonunda isə İranın Qərb, Rusiya və Cənubi Qafqaz istiqamətlərində atacağı addımlar təhlil olunur.

Makron-Putin müzakirələri: çətin yolun başlanğıcında

Makron-Putin müzakirələri: çətin yolun başlanğıcında
21 iyun 2017

Fransada yeni prezidentin seçilməsi ilə rəsmi Parisin xarici siyasətdə dəyişikliklər edəcəyi barədə informasiyalar yayılmağa başladı. Qısa müddətdə aydın oldu ki, Emmanuel Makron həqiqətən də siyasətdə öz dəst-xətti olan adamdır. Onun Rəcəb Tayyib Ərdoğan və Donald Trampla olan görüşləri bu nəticəni çıxarmağa əsas verir. Son olaraq Fransa prezidenti Vladimir Putinlə üç saatlıq müzakirələr aparıb. Ekspertlər tərəflərin hansı razılıqlar əldə etdikləri ilə ciddi maraqlanıblar. Hələlik bununla bağlı konkret bir nəticə olmadığı barədə ortaq bir qənaət vardır. Lakin V.Putinin ciddi bir siyasi rəqiblə üzləşdiyini Rusiya KİV-i açıq yazır. Ekspertlər E.Makronun timsalında Avropanın yeni ruhlu və qətiyyətli bir liderə malik olduğu qənaətindədirlər. Lakin onun yolun hələ başlanğıcında olduğunu da unutmaq doğru deyil.

Trampın məktubları: ABŞ-Azərbaycan münasibətlərində yeni ümidlər

Trampın məktubları: ABŞ-Azərbaycan münasibətlərində yeni ümidlər
20 iyun 2017

Amerikanın dövlət başçısı xarici siyasətdə dəyişikliklər edəcəyi barədə seçki marafonunda vədlər vermişdi. Artıq onun bir sıra əlamətləri özünü göstərir. O cümlədən, Vaşinqtonun Azərbaycan siyasətində yeni nəfəs duyulmaqdadır. Ər-Riyadda Ərəb-İslam-Amerika sammitində də Donald Tramp dünya dövlətləri ilə münasibətlərdə həyata keçirmək istədiyi yeni prinsiplərdən söhbət açmışdı. Ayrıca, son iki həftədə Azərbaycan rəhbəri İlham Əliyevə iki məktub yazan ABŞ Prezidenti iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsində maraqlı olduğunu vurğulayıb. O, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edib, müxtəlif sferalarda əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bəyan edib. Ekspertlər bunu Amerika-Azərbaycan münasibətlərində yeni səhifənin açılması kimi xarakterizə ediblər. Bu məsələyə təhlili yanaşmağa ciddi ehtiyac duyulur.

Qətərin təcridi: səbəbləri və mümkün geosiyasi nəticələri

Qətərin təcridi: səbəbləri və mümkün geosiyasi nəticələri
12 iyun 2017

On ərəb ölkəsinin bir yerdə Qətərlə diplomatik əlaqələri kəsməsi, onunla quru, hava və su yolunu bağlaması ekspertlərin marağına səbəb olub. Bu prosesin arxasında duran səbəblər və onun geosiyasi təsiri haqqında müxtəlif fikirlər irəli sürülür. Belə proqnozlar verilir ki, bütövlükdə müsəlman dünyasında qarşısıalınmaz və təhlükəli geosiyasi proseslərə təkan verilə bilər. Ayrıca ərəb ölkələri arasında ziddiyyətlərin kəskinləşməsi regionda terrorun və silahlı toqquşmaların daha da genişlənməsinə aparıb çıxara bilər. Geosiyasi aspektdə isə Yaxın Şərqin uzun müddət təhdidlər altında qalması ehtimalı daha çox narahatlıq yaradır. Bunların fonunda İranla bağlı həyəcanlı informasiyaların yayılması da kifayət qədər düşündürücü təsir bağışlayır. Belə qənaət əldə etmək olur ki, Yaxın Şərqlə əlaqəli təhlükə və risklə dolu planlar həyata keçirilir. Bu prosesin proqnozlaşdırılmasına ehtiyac duyulur.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...