THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qərb mediasında antiazərbaycan eyforiyası: "qara piar"ın arxasında nələr durur?

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
24026
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Müasir dünyada informasiyanın rolu çox böyükdür. İnformasiya vasitələri ilə olan təsirlər qlobal miqyasda insanların şüurunda dəyişiklik edə bilir. Bu üsulla hər hansı bir xalqın, dövlətin və cəmiyyətin müsbət və ya mənfi obrazını formalaşdırmaq imkanı vardır. Bir çox hallarda bəzi dairələr müasir informasiya vasitələrinin verdiyi bu imkandan öz məqsədləri üçün istifadə edirlər. Hədəf kimi seçdikləri ölkəyə, onun rəhbərliyinə, xalqına və cəmiyyətlərinə qarşı müxtəlif qarayaxmalar edirlər. Bunun səbəbləri müxtəlif ola bilər. Təcrübə göstərir ki, Azərbaycana qarşı bu kimi hərəkətlər bir qayda olaraq ölkənin daxili və xarici siyasətdə, iqtisadi inkişafda, geosiyasi məsələlərdə, mədəniyyət sahəsində və enerji siyasətində böyük uğurlar əldə etdiyi mərhələlərdə şiddətlənir. Azərbaycana qarşı bu gün müşahidə etdiyimiz "qara piar” olaylarının da öz səbəbləri vardır.

İlk növbədə, son bir ildə Azərbaycanın həyata keçirdiyi xarici siyasətin bəzi aspektlərinə qısa nəzər salaq. Azərbaycan enerji siyasətində praqmatizmi, diversifikasiyanı və müxtəlif maraqların balanslaşması xəttini bir daha ortaya qoydu. Təklif edilən layihələrdən öz milli maraqlarına uyğun gələn və regionda sülhə, inteqrasiyaya xidmət edə biləcək variantlara diqqət yetirdi. Praqmatik siyasi mövqe nəticəsində konstruktiv və real layihələr üzərində işlədi. Azərbaycan diplomatiyası bunların fonunda BMT Təhlükəsizlik Şurasına üzv seçilmək üçün aktiv fəaliyyətdə oldu. Azərbaycan Cənubi Qafqaz ölkələri içərisində ilk olaraq BMT TŞ-yə üzv qəbul edildi. Bu məqamı dəqiq anlamasaq, bu gün Avropada bəzi dairələrin Azərbaycanı hədəf seçməsi arxasında duran niyyətləri dərk edə bilmərik. Hər bir müqayisə qüsurlu olsa da, pərdəarxası müəyyən məqamları aydınlaşdırmağa ipucu verə bilər. Bu mənada Qərbin bir sıra qurumlarının söz azadlığı və demokratiya üzrə qiymətləndirmə aparanda süniliyə yol verdiyini düşünürük. Onlar bir qayda olaraq Ermənistan və Gürcüstanı Azərbaycandan irəlidə göstərirlər. Lakin reallıqda Azərbaycan beynəlxalq aləmlə daha intensiv əməkdaşlıq edir, müxtəlif layihələrdə aktiv iştirakçıdır, ölkədə demokratik təsisatların formalaşdırılması sahəsində MDB-də öndə gedən dövlətlərdəndir. BMT kimi qurum TŞ-yə Azərbaycanın namizədliyini dəstəkləyir və 155 ölkə bizim ölkənin lehinə səs verir. Bu bir faktdır ki, Cənubi Qafqazda müstəqil enerji siyasəti yeridən və qlobal enerji təhlükəsizliyi sisteminin formalaşmasına real töhfə verə bilən ölkə Azərbaycandır.

Yuxarıdakı iki sahə üzrə Azərbaycanın geosiyasi əhəmiyyətinə eyni bucaq altında baxanda, müsəlman ölkəsinin bölgənin liderinə çevrildiyini aydın görərik. Özü də torpaqları işğal altında ola-ola bu qədər uğur qazanırsa, ərazi bütövlüyünü bərpa edəndən sonra nələr edə biləcəyini kim olmasa da, Qərbdə çox yaxşı hesablaya bilirlər. Onlar bu hesabı hələ 1875-ci ildə Bakıda "Nobel qardaşları” şirkətini yaradanda öyrəniblər. Bütün bunlara Azərbaycanın "Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi etməsini əlavə etmək lazımdır. Hətta Avropa Parlamentinin indiki prezidentinin yadına insan haqları " Avroviziya” məsələsi ilə bağlı düşüb. Ümumiyyətlə, bu məsələ dəqiqləşəndən sonra Azərbaycana qarşı Qərb mediasında total hücum başlayıb. İnsan haqlarından tutmuş "siyasi məhbus”, söz azadlığı, jurnalistlərin hüquqları, milli azlıqlar məsələsi və daha nələr üzrə bizdə "qüsurlar” tapdılar. Özü də "Şpigel” kimi ciddi nəşrləri də bu piarda iştiraka sövq ediblər. "Sərhədsiz reportyorlar” lap ağını çıxarıb. Bu qurum mətbuat azadlığı indeksini tərtib edib və orada Ermənistanı Türkiyə və Rusiya kimi ölkələrdən də irəlidə göstərib. Azərbaycanı sonuncu yerlərdən birinə "layiq” görüb. Təəssüf ki, Azərbaycanda bəzi media orqanları bu qərəzli və absurd "indeksi” real vəziyyət kimi qəbul edərək Ermənistanı müsbət, Azərbaycanı isə mənfi obrazda təqdim edən məlumatlar verirlər. Onlar həmişə olduğu kimi, özlərini informasiya savaşının piyadaları səviyyəsinə salırlar. Maraqlıdır ki, Azərbaycana qarşı "qara piar”da Qərbin qorxunc obrazını yaratdığı bəzi "radikal İslam ölkələrinin” siyasi dairələri və media qurumları ilə Avropa media orqanları eyni mövqedə görünürlər. Nə baş verdi ki, qəvi düşmənlər "mehriban dostlara” çevrildilər? Ermənistan və ona havadarlıq edən xarici media orqanları bu incəliyi dərhal tutdular və bundan yararlanaraq şüurları terror etməyə girişdilər. Proseslərin bu gedişatı fonunda Azərbaycanda bir sıra media orqanının məhdud şəxsi maraqlara uyub, dövlətin mənfi obrazını yaradanlara züy tutması qəbuledilən deyil. Ermənistanda jurnalistlərin durumunu Gevork Poqosyanın söylədiklərindən asan anlaya bilərlər (baxın: Виген Акопян. Армяне и Армения – когда нация шире государства: http://www.regnum.ru/news/1505505.html).

Beləliklə, bu gün Qərbin bir sıra dairələrindən Azərbaycana qarşı böhtanların yağdırılması, Azərbaycanın müxtəlif məsələlərdə mənfi aspektdə təqdim etməyə çalışılmasının təsadüfi olmadığını görürük. Əsas səbəb Azərbaycanın müstəqil dövlət olaraq böyük uğurlar qazanmasıdır. Azərbaycan müsəlman ölkəsi olaraq regiondakı digər iki xristian dövlətindən daha uğurlu və müasir inkişaf yolu seçə bilmişdir. Qərbin siyasi dairələrində islamofobiyanın tüğyan etdiyi bir dövrdə təbii ki, Azərbaycan məsələsi də onlara narahat edir. Görürlər ki, bütün maneələrə baxmayaraq, bu Qafqaz incisi bütün sahələr üzrə önə keçməkdədir. Həmişə belədir: qərəzli kəslər real iş görməyi bacarmayanda, irəlidə gedənə qara yaxırlar! Ancaq azərbaycanlıların bir yaxşı misalı var: "arxadan atılan daş topuğa dəyər”!

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...