THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Özgə mədəniyyətinin ermənisayağı mənimsənilməsi

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
35015
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bu gün ermənilər və onların havadarları erməni dilinin, musiqisinin, mədəniyyətinin, folklorunun qədimliyindən ağız dolusu danışırlar. Ancaq məsələ burasındadır ki, elm adamları, tədqiqatçılar bunun əksini söyləyirlər. Hətta erməni əsilli elm adamları arasında bunu etiraf edənlər də mövcuddur[i]. Bu nöqteyi-nəzərdə, budəfəki tədqiqatın məqsədi dil, musiqi, eləcə də qədim şifahi xalq ədəbiyyatı sahələrində erməni mədəniyyətinin necə Azərbaycan-Türk mədəniyyətinin təsirinə məruz qaldığının erməni alim, tədqiqatçı və sənətkarların dili ilə oxuculara təqdim edilməsidir.

Ermənilər öz dilinin qədimliyini söyləsələr də, o dildə türk dilinin təsirinin olduğu inkaredilməzdir.

Müasir erməni ədəbiyyatının banisi, akademik, yazıçı, pedaqoq Xaçatur Abovyan etiraf edir ki, erməni xalqı "danışıq dilində nəinki azərbaycanca ancaq ayrı-ayrı sözləri, eləcə də bütöv cümlələri işlədir” Daha sonra o eyni əsərində bildirir ki, erməni xalqı "çoxlu miqdarda türk sözləri öyrənib və bu günədək onları işlədir”. Hətta o, Azərbaycan dilinin  gözəlliyinə vurğunluğunu da gizlətmirdi. Bu mənada o yazır ki, "öz səslənməsi, poetikliyi və ahəngdarlığı ilə, qrammatik cəhətdən tatar [Azərbaycan] dili başqa dillər arasında ən yaxşısıdır”[ii].

Akademik, başqa bir əsərində türk dilinin onların milli adət-ənənələrinə təsirindən də bəhs etməkdədir. O həyəcanla qeyd edir ki, "Türk dili lənətə gəlsin, ancaq bu dil Allahın xeyir-duasını alıb... bütün şadlıqlarda və toy mərasimlərində biz türkcə oxuyuruq”. O etiraf edir ki, "Bizim dil ən azı 50% türk sözlərindən ibarətdir”[iii]. Daha sonra fikirlərini davam etdirərək bildirir ki, "Türkcə [Azərbaycan dili] bizim dilə o qədər daxil olub ki, bizdə mahnılar, şerlər, atalar sözləri türkcə [azərbaycanca] səslənir”[iv].

Tanınmış dilçi, ədəbiyyatşünas, akademik Qraça Açaryan da öz növbəsində etiraf edir ki, "türk [Azərbaycan] dilinin təsiri altında erməni dilinin hətta qrammatik qanunauyğunluğu və qaydaları da dəyişib”[v].

Erməni mədəniyyətində dastan ənənəsinin olmaması və bunun Azərbaycan mədəniyyətindən alıntı olması da ermənilər tərəfindən qəbul edilməkdədir. Erməni müəllif Qazaros Ağayan qeyd edir ki, "...bizim aşıqların şerlə dastanları yoxdur, onların hamısı azərbaycancadır”[vi]. Eyni müəllif digər bir əsərində yazır ki, "Məşhur məhəbbət dastanları, Şərq rəvayətləri - "Aşıq Qərib”, "Əsli-Kərəm”, "Şah İsmayıl”, "Fərhad-Şirin”, "Leyli-Məcnun”, qəhrəmanlıq motivləri ilə zəngin olan "Koroğlu” dastanını bənzətmə və ya məzmunca eynisini yaratmaqla Azərbaycan dilindən ermənicəyə tərcümə etməyə başladılar[vii]. Və ən nəhayət, başqa bir əsərində o bildirir ki, "...Türklər [azərbaycanlılar] onu [Koroğlunu] türk [azərbaycanlı], kürdlər – kürd, ermənilər isə – azərbaycanlılaşdırılmış erməni hesab edirlər. Onun mahnılarını türk [Azərbaycan] və kürd dillərində ancaq ermənilər oxuyurlar, başqa xalqlar isə öz dillərində oxuyurlar”[viii].

Şifahi xalq ədəbiyyatının digər nümunəsi olar atalar sözləri də Azərbaycan dilindən erməni dilinə idxal edilən mədəniyyət incilərindəndir. Bu mənada, tanınmış folklorşünas, akademik A.T.Qanalanyan yazır ki, "Kefi konne, kandi koxvini”, "Bir ili u pir ili” və "Həsən keçəl, keçəl Həsən” – müvafiq Azərbaycan atalar sözlərinin ("Kef sənindir, kənd kovxanın”, "Bir olsun, pir olsun”, "Ya Həsən keçəl, ya keçəl Həsən”) erməniləşdirilmiş variantlarıdır. Yuxarıda deyilənlər, hər şeydən öncə onunla təsdiqini tapır ki, nümunə göstərilmiş üç atalar sözünün hər biri erməni və azərbaycanlıların birgə yaşadıqları (Qarabağ, Zəngəzur) rayonlarda və ya Azərbaycanın sərhəd rayonlarında meydana gəlmişdir. Bu da bir sübutdur ki, atalar sözlərindəki "kənd, bir, pir” (yaxşı, düz) sözləri, xüsusən də Həsən adı erməni dilində ayrılıqda işlənmir, bu sözlər Azərbaycan dilindən gətirilmişdir”[ix].

Digər tanınmış folklorşünas E.Arustamyan yazır ki,  "Azərbaycan atalar sözləri və məsəllərinin çoxu ermənilər tərəfindən ilkin halda, erməni dilinə tərcümə olunmadan istifadə olunur, ona görə ki, onların dərin fəlsəfi mahiyyətinin saxlanması bu cür tərcüməyə yol vermir”[x].

Bayatılar haqqında bəhs edən müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq Xaçatur Abovyan etiraf edir ki, "Mən bayatıları qələmə almışam ki, ermənilər məclislərdə, süfrə başında bu türk [Azərbaycan] söyləmələrini erməni dilində istifadə edərək öz dillərini şirinləşdirsinlər. Ona görə ki, dili heç nə şer misraları və mahnılar kimi gözəlləşdirmir”[xi].

Başqa bir akademik, tanınmış şair Avetik İsaakyan da öz növbəsində etiraf edir ki, "Erməni xalqı da bayatıları çox sevir, həm də Azərbaycan bayatılarını oxuyurlar. Ancaq Qarabağ və Zəngəzur erməniləri azərbaycanlılar kimi bayatını çox yaxından duyur və onun vasitəsi ilə öz arzularını ifadə edirlər”[xii].

Manuk Abeqyan isə bildirir ki, "Bizim əlimizdə bayatıların 1700-dən çox variasiyası var. Bədbəxtlikdən bizim dil çoxmənalı sözlər, oxşar məna daşıyan ifadələr cəhətdən kasıbdır və buna görə də biz yaxşı tanıdığımız türk [Azərbaycan]  dilinə müraciət edirik”[xiii].

Yazıçı, tənqidçi, filosof M.Nalbandyan təəssüflənir ki, "Lakin nəğmələrin çoxunu biz türklərdən [azərbaycanlılardan] götürmüşük. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam!”[xiv].

Aşıq mədəniyyətinin də tarixən türk mədəniyyətinin bir parçası olması Ermənilər tərəfindən etiraf edilməkdədir. Bu mənada, tanınmış tarixçi, yazıçı, tənqidçi, professor Leo (Arakel Babaxanyan) etiraf edir ki, "Erməni aşıq yaradıcılığının çox az, demək olar ki, cüzi hissəsi bizim ədəbiyyata aiddir. Böyük əsərlərin (dastanlar, qəhrəmanlıq nağılları) əksər hissəsi türk [Azərbaycan] dilində yaradılmışdır”[xv].

Q.Levonyan da eyni fikri bölüşür: "erməni aşıqlarının həm özlərinə götürdükləri adlar, həm də onların şer və mahnılarının adlarının hamısı Azərbaycan dilindədir”[xvi].

Dini xadim, folklorşünas və naşir Trdat Balean da etiraf edir ki, "Aşıq alətlərinin adları türkcədir – saz, santur, kaman, yaxud kamança, bağlama. Hətta şerlərin adları da türkcədir: qoşma, dastan, qələndər, müstəzad-qələndər, müxəmməs-qələndər, divani, qəzəl, rübai-divani, müsəddəs-divani, səmai, müsəddəs- səmai, naxşikar-səmai, ədəkli-səmai, dübeyti, müxəmməs, təcnis, zəncirləmə, dildəyməz, əlifləmə, sətrənc, qitə, qəsidə, nəqarət və s.”[xvii].

Qazaros Ağayan öz şəxsi təcrübəsinə dayanaraq bildirir ki, "Mən əvvəlcə şerləri əzbərləyirdim, əlifbanı öyrəndikdən sonra isə onları qələmə almağa başladım. Yazdıqlarımın mənasını tam olmasa da, müəyyən qədər başa düşürdüm... Aşıqlar erməni dilində deyil, türk dilində ifa edirdilər. Aşıqlarımız arasında erməni dilində ifa etmək haqqında hələ təsəvvür yox idi. Bizim aşıqların erməni dilində olan şerlərlə dastanları yoxdur, hamısı yalnız türk dilindədir”[xviii].

Yazıçı, tənqidçi, filosof M.Nalbandyan da eyni fikri bölüşməkdədir: "erməni aşıqlarını yalnız erməni ailələrində doğulduqlarına görə erməni hesab etmək olar” və "...onlar hər zaman Azərbaycan ustadlarının yaradıcılığına söykənmişlər” və "...istifadə etdikləri musiqi alətləri – saz, santur, kaman və ya kamança, bağlama türklərə məxsusdur”[xix].

Müstəqil, özünəxas bir erməni musiqisinin olmadığı da göz qabağındadır. Bu mənada, tanınmış ədəbiyyatşünas S.Palasanyan qeyd edir ki, "Bizim mahnıların motivləri fərqlənir və ümumiyyətlə, biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik”[xx]. Xalq mahnılarının kolleksioneri olan S.P.Məlikyan da öz növbəsində etiraf edir ki, "erməni musiqisi müxtəlif mədəniyyətlərin təsirinin nizamsız yığınıdır”[xxi].

Tarix göstərir ki, mədəniyyətlərin bir-biri ilə qarşılıqlı təsiri zamanı adətən qədim və köklü mədəniyyətlər zəif mədəniyyətlərə güc gəlir və özünü təlqin edir. Mədəniyyət mövcud olmadıqda isə mövcud olan bir mədəniyyət olduğu kimi idxal edilib tətbiq edilir. Lakin əsla idxal edilən başqasına aid mədəniyyət inciləri "özününkü” kimi təqdim edilməməlidir.

Ancaq deyirlər hər zaman istisnalar da mövcud olur və bu istisnalar qaydaların pozulması demək deyil. Ermənilərdə olduğu kimi: Azərbaycana aid olan mədəniyyəti idxal edib, ondan istifadə etdikdən sonra sanki öz mədəniyyəti kimi beynəlxalq aləmə təqdim etməyə çalışmaq, bu da az imiş kimi, mədəniyyətin əsl sahibinin onu mənimsədiyini iddia etmək. Elə əsl qədim və özünəməxsus erməni mədəniyyəti də budur.

Bu mənada indi nədən Ermənilərin Bakıda keçirilən Eurovision mahnı müsabiqəsində iştirak etməkdən imtina etmələrinin səbəbi aydın olur: axı onlar dünya ictimaiyyətinin gözü qabağında Azərbaycanın paytaxtında Azərbaycan mahnılarını necə öz mahnıları kimi təqdim edəcəklər ki?

Dr. Turab Qurbanov


[i] Bu məqalədə istifadə olunmuş sitatların bəziləri Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin "Gəldim, gördüm, mənimsədim” kitabından götürülmişdür.

[ii] Kh.Abovyan, Complete collection of works, volume V,Yerevan, the publishing house of AS of Arm.1950, in the Armenian language

[iii] Kh.Abovyan, "Wounds of Armenia”,Yerevan,1939, in the Armenian language, p. 80-81.

[iv] Kh.Abovyan, "Wounds of Armenia”,Yerevan,1939, in the Armenian language, p. 41-42.

[v] "The history of new Armenian literature”, Vagarshabat,1906, in the Armenian language

[vi] G.Agayan, "Works”, v.3

[vii] G.Antonyan, Armenian-Azerbaijani friendship in the literature.Yerevan, Aypetkrat,1962, in the Armenian language

[viii] G.Agayan, Selected works,Yerevan,1939, in the Armenian language

[ix] A.T.Ganolanyan, "Proverbs",Yerevan, publishing house AS, 1955, p.34, in the Armenian language

[x] The work "Common features ofAzerbaijan and Armenian proverbs and sayings”

[xi] Kh. Abovyan, "Complete collection of works”, volume V,Yerevan, 1950, p.174, in the Armenian language

[xii] Avetik Isaakyan. Selected works, volume IV,Yerevan, 1951, p.157

[xiii] M.Abegyan, "National songs”, 1904

[xiv] M.Nalbandyan, "About ancient verses and melodies”, "Complete collection of works”, v.1

[xv] Leo, "The history ofArmenia”, volume III,Yerevan, 1946, p.1072, in the Armenian language

[xvi] G.Levonyan, "Armenian ashugs”, Alexandropol,1892, in the Armenian language.

[xvii] Armenian ashugs. Collector Trdat Balean, volume I,Izmir, The publishing house Mamuryan, 1911, p.9-10, in the Armenian language

[xviii] K.Gostanyants. Memoirs of 1893, Works, v.3, in the Armenian language

[xix] M.Nalbandyan, Complete collection of works, v.1

[xx] S.Palasanyan, "The Armenian tunes”, S.Peterburg,1868, in the Armenian language

[xxi] M.Muradyan, "From the history of Armenian and Russian musical communications of XIX-XX centuries”

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...