"Freedom House" təşkilatının keçmiş rəhbəri Devid Kramer Azərbaycanın ünvanına növbəti dəfə həqiqətdən uzaq olan fikirlər səsləndirib. Onun irəli sürdüyü təkliflər keçən ilin dekabrında T.Malinovskinin "Azadlıq" radiosuna verdiyi müsahibədə Azərbaycan barədə dediklərinin davamı kimi görünür. Ölkədə insan haqlarının pozulduğunu söyləyən bu cənab Azərbaycanın ABŞ-a meydan oxuduğundan, Bakıya qarşı sanksiyalardan, bu il Azərbaycanda keçiriləcək ilk Avropa olimpiya oyunlarının boykotundan dəm vurub. Eyni zamanda, ölkə rəhbərliyi haqqında diplomatik etiketi pozan sözlər də işlədib. Bütün bunların təsadüfən olmadığı və konkret dairələrin maraqlarına xidmət etdiyi məlumdur. Maraqlıdır: niyə Cənubi Qafqazda təhlükə mənbəyi olan Ermənistan haqqında bu tip şeylər danışılmır? D.Kramer özü də etiraf edir ki, Azərbaycan ABŞ-ın təhlükəsizlik və enerji sahələrində etibarlı tərəfdaşıdır. Bəs onda onun qərəzli mövqeyinin səbəbi nədədir?
Ekspertlər hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən olan Çinin 2050-ci ilə qədər mümkün inkişaf ssenariləri ilə bağlı proqnozlar verirlər. Qiymətləndirmələr müxtəlifdir. Ekoloji fəlakətdən tutmuş dünya liderliyi uğrunda mübarizəyə qədər fərqli ssenarilər nəzərdən keçirilir. Heç şübhəsiz, onlardan hansının həyata keçəcəyini zaman göstərəcək. Ancaq indiki real şəraitə əsaslanaraq müəyyən fikirlər söyləmək olar. Bəzi qeyri-müəyyənliklərin olması və yaxın perspektivdə onların öz təsirlərini saxlaya bilməsi üzündən bu aspektdə proqnozlar vermək elə də asan deyil.
Son vaxtlar Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaranmasına xidmət edən müəyyən tədbirlər keçirilir. Onlar, əsasən, Türkiyədə təşkil olunur. Elmi konfranslarda və simpoziumlarda xalqlar arasında dostluqdan danışılır, kənar qüvvələrin ara vurmasına imkan verməmək tövsiyə olunur. Hətta böyük dövlətlərin öz maraqları naminə nifaq toxumu səpməsinə əngəl olmağa da çağırış edilir. İlk baxışdan xoş niyyət nümunəsi kimi görünən bu hadisələrin arxasında yenə də təbliğat məqamlarının dayandığı aydın olur. Ermənilər yenə də səmimi davranmır, Azərbaycanın ərazilərinin işğal olunmasını yada salmır, Xocalı soyqırımını dilə gətirmirlər. Türkiyədə bir-birinin ardınca keçirilən həmin tədbirlərdə nə kimi məqsədlər güdülür?
XX əsrin sonu – XXI əsrin əvvəllərindən etibarən dünyanın tamamilə yeni düzəni, yeni qaydalar toplusunu özündə ehtiva edən fərqli münasibətlər sistemi təşəkkül tapmaqdadır. Tamamilə yeni keyfiyyət hadisəsi olmaq etibarilə qloballaşma siyasi, iqtisadi, sosial sferalarda, eləcə də bütövlükdə planetar səviyyədə kardinal dəyişikliklərə gətirib çıxarmış mühüm amilə çevrilmişdir.
Böyük dövlətlərin nüfuz uğrunda mübarizəsi dünyanın müxtəlif regionlarında gərgin vəziyyətin yaranmasına səbəb olur. Mərkəzi Asiya bu bağlılıqda istisna deyil. Burada uzun müddətdir ki, Rusiya, Çin, ABŞ və Aİ arasında geosiyasi savaş müşahidə olunur. Hazırda regionun əhəmiyyəti daha da artıb. Bunun səbəbləri sırasında qlobal geosiyasətdə cərəyan edən mürəkkəb prosesləri və enerji faktorunu göstərmək olar. Çinin həmin bölgəyə sürətlə nüfuz etməsi fonunda digər böyük güclər də addımlar atmaqdadırlar. Mövcud vəziyyətdə region dövlətləri arasında ixtilafların güclənməsi riskini də nəzərə almaq gərəkdir. Bunlar Mərkəzi Asiyanın geosiyasi əhəmiyyətinin yeni səviyyəyə yüksəldiyini göstərir.
Bir neçə ildir ki, dünya geosiyasətində Yaxın Şərq faktoru ciddi yer tutur. "Ərəb baharı" adlanan proses meydana çoxlu sayda problemlər çıxardı. O zamandan başlayaraq, həmin regionun taleyi ilə bağlı müxtəlif proqnozlar verilir. Məsələ həm də ondan ibarətdir ki, "Ərəb baharı" hadisəsinin mahiyyəti tam aydın deyil. Bunun fonunda regionda terror, liderlik uğrunda rəqabət, dini məzhəbçilik kimi hallar yeni səviyyəyə qalxıb. Hazırda Yaxın Şərq alov içindədir. İŞİD o dərəcədə fəaliyyətini genişləndirib ki, onun qarşısını almaq çox çətindir. Eyni zamanda, regionun bir sıra dövlətləri arasında rəqabət daha kəskin mərhələyə qalxıb. Yaranmış bu vəziyyətin bölgəni haraya apara biləcəyini proqnozlaşdırmaq xeyli çətinləşib.
Qlobal miqyasda geosiyasi dinamikanın dəyişməsi İranın xarici siyasətinə öz təsirini göstərir. Tehran üçün bəzi əhəmiyyətli məsələlər getdikcə daha da aktuallaşır. Onların sırasında ölkənin nüvə proqramı ilə əlaqədar aparılan danışıqlar maraq doğurur. Bu istiqamətdə müəyyən irəliləyişlərin olduğu qeyd edilir. Digər məqam kimi Yaxın Şərqdə İslam faktorunun yeni səviyyədə özünü göstərməyə başladığını vurğulamaq olar. Mütəxəssislərin fikirlərinə görə, rəsmi Tehran hər iki amildən yararlanaraq regional miqyasda öz geosiyasi nüfuzunu yüksəltməyə çalışır. Həmin kontekstdə İranın bir sıra dövlətlərlə münasibətlərinin məzmununa yeni çalarlar verməsi maraqlıdır.
Müxtəlif regionlarda mürəkkəb proseslərin getdiyi bir zamanda həmişə diqqət mərkəzində olan Cənubi Qafqaza böyük dövlətlərin münasibətinin məzmunu maraq doğurur. Ekspertlər hesab edirlər ki, son illərdə baş verən geosiyasi dəyişikliklər bu bölgəni geosiyasətin "əyaləti"nə çevirməkdədir. İndi ABŞ, Aİ və Rusiya üçün Ukrayna faktoru daha çox önəmlidir. Lakin bu zaman unudulur ki, Cənubi Qafqaz dünyanın digər regionlarından geosiyasi təcrid vəziyyətində deyil. Bu səbəbdən Yaxın Şərq və ya Ukrayna amilinin əhəmiyyətinin artması dolayısı ilə Cənubi Qafqazdakı vəziyyətə də təsir göstərir. Digər tərəfdən, bu regionda yerləşən dövlətlərin daxili imkanları və xarici siyasət kursları fərqlidir və həmin məqam böyük dövlətlər tərəfindən nəzərə alınmalıdır. Ancaq, təəssüf ki, hələlik bu, hiss edilmir. Bu vəziyyət bütövlükdə regionu haraya aparır?
Bəşəriyyət bir ili də arxada qoyur. Tarix boyu çox müxtəlif hadisələrin şahidi olan insanlar son 365 günü necə yaşadılar? Biz müəyyən meyarlar əsasında seçdiyimiz 10 hadisə kontekstində bütövlükdə dünyada gedən proseslərin ümumi istiqamətini müəyyənləşdirməyə çalışdıq. Burada, təbii ki, qəti fikir söyləmək risklidir. Ancaq nümunə kimi gətirdiyimiz proseslər bir sıra məqamları seçməyə və onların dünya miqyasında təsirini təhlil etməyə imkan verir. Aydın olur ki, başa çatmaqda olan il gərginlik, ziddiyyət, münaqişəli vəziyyətlər, hərbi toqquşmalar, terror kimi hallarla müşayiət olunub. Bu faktorlar ümumən bəşəriyyəti narahat edən mənzərənin formalaşmasına gətirib çıxarıb. Eyni zamanda, 2014-cü ildə elm və idman sahəsində də yaddaqalan hadisələr baş verib. Onları ayrıca vurğulamaqda məqsədimiz insanların əsas olaraq sülh, barış, elm, mədəniyyət və digər humanitar aspektlərə daha çox maraq göstərməli olduğunu önə çəkməkdir.
ABD çekilirse
Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.
Davamı...