THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İki gənc şairin manifesti

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
17513
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Fərid Hüseyn və Şəhriyar Hacızadə Azərbaycan Respublikasının vətəndaşlarıdır. Onlar gənc şairlərdir. İki ay bundan öncə Təbrizə poeziya festivalına gediblər. Mayın 2-də isə Təbrizdə "qeyb olublar”. Onları Təbriz şəhərində İranın xüsusi xidmət orqanları həbs edib.

Həbs olunma haqqında məlumatı İran rəsmi dairələrindən almaq isə 1 ay 19 gün çəkdi. Yəni azərbaycanlıları Təbrizdə əsassız həbs etməyin özü bir yana, bu haqda Azərbaycan Respublikasının rəsmi qurumlarına məlumat verməyi belə özlərinə sığışdırmırlar. İndi isə Azərbaycan Respublikasının konsulluğunun təmsilçisini azərbaycanlıların saxlandıqları həbsxanaya buraxmırlar. Təsvir etdiyimiz hadisə İran İslam Respublikasında baş verir. İİR özünü İslamın dayağı sayır. İslamda isə ədalət birinci yerdə durur.

Məsələnin hüquqi tərəfini bir tərəfə qoyaq. Qonşu dövlət Azərbaycan Respublikasının vətəndaşını əsas olmadan həbs edir və bu haqda uzun müddət məlumat vermir. Bu hərəkətə hansı ad vermək olar? Bu, beynəlxalq aləmdə bütün dövlətlərin qəbul etdiyi konvensiya və sənədlərin ruhuna ziddir, qonşuluq münasibətlərinə hörmətsizlikdir. Mənəvi aspektdə isə İranda yaşayan 30 milyonluq xalqın hüquqlarını tanımaqdan imtina etməkdir! Yəni İran rəsmi dairələri azərbaycanlıların hüquqlarını pozmaqdan çəkinmədiklərini nümayiş etdirirlər. Bunun da adı "əsrlərdən gələn farssayağı dostluqdur”!

Fərid və Şəhriyar! Böyük Şəhriyarın şəhərində qəfil həbs edilən iki günahsız gənc şair! Azacıq belə vicdanı olan hər bir kəs onların müdafiəsinə qalxmalıdır. İran polisinin qondarma ittihamlarına qarşı haqq səsi yüksəlməlidir. Dünyanın hər yerindən bu səs eşidilməlidir. Ancaq birinci özümüzdən başlayaq!

Azərbaycan Respublikasında çoxlu sayda hüquq-müdafiə təşkilatları var. Onlar ermənilərin.., itlər, pişiklər və meymunların hüquqlarını müdafiə edirlər. Bəziləri Bakıda erməni qəbirlərinin yerini ədəb-ərkanla dəyişdirən Azərbaycan hakimiyyətini tənqid atəşinə tuturlar. Aralarında erməni qəbirlərini qucaqlayıb, hönkür-hönkür ağlayanları da var. Avropadan dəvət etdikləri "demokratlara” aldıqları qrantın qarşılığında ölülərin "hüquqlarının” dirilərdən çox pozulduğunu söyləyirlər. Heç unutmaq olmur "hüquq müdafiəçiləri”nin bu canfəşanlığını!

Bakıda profilaktik tədbirləri mütəmadi keçirmək lazımdır. Xüsusilə, sahibsiz itlərə qarşı. İt də canlıdır. İnsan həyatının mövcud olmasının müəyyən şərtlərini də unutmaq olmaz. Heyvanları sevməliyik. Lakin heyvan xəstəlik mənbəyidirsə, insanlara hücum edib, onların həyatını təhlükəyə atırsa, zərərsizləşdirilməsi məqsədəuyğundur.

Azərbaycanda "Avroviziya” mahnı müsabiqəsi ərəfəsi itlər və pişiklərlə bağlı bəzi "hüquq müdafiəçiləri”, ictimai birlik rəhbəri, "yaşıllar hərəkatı” nümayəndəsi, "vətəndaş cəmiyyəti fəalı”, "ekoloq” böyük hay-küy qaldırdılar. Belə də yazdılar: "Azərbaycan beynəlxalq konvensiyanın tələblərini pozur”!

Müxalifətin də bu prosesdə öz oyunu vardı. Onlar "Avroviziya” müsabiqəsi keçirilən bir ölkədə dustaqlara amnistiya verilməsini "əsaslandırmağa” çalışdılar. Nə vətən, nə dövlətçilik, nə də ölkənin imici bunları maraqlandırmadı. "İtlər, pişiklər və məhbuslara azadlıq!” şüarı vətəndaşlıq məsuliyyətindən üstün tutuldu. Onlar üçün şəxsi siyasi məqsədlər dövlətin maraqlarından xeyli önəmlidir! Bu məsələdə "Avroviziya”nı boykot eləmək məqsədi ilə Azərbaycanda küçə itlərinin öldürülməsi haqqında şayiə deyil, real faktların (video süjetlər, hadisə şahidləri ilə müsahibələr və digər materiallar) təcili göndərilməsini istəyən almaniyalı bir xanımdan mövqeyinə görə fərqlənmədilər.

İki gənc azərbaycanlı şairin əsassız həbs edilməsi bir hüquq pozuntusudur. Həbs haqqında məlumat verməmək ikinci hüquqa zidd hərəkətdir. Azərbaycan konsulluğunun əməkdaşlarını həbsxanaya buraxmamaq bir olay kontekstində insan haqlarının üçüncü dəfə tapdalanmasıdır! Gözləmək olardı ki, Azərbaycan Respublikasında fəaliyyət göstərmək hüququ əldə etmiş təşkilatlar it və pişiklərdən əl çəkib, öz həmvətənlərinin haqlarını tələb edəcəklər. Müxalifət isə öz "demokratik səsini” ucaldacaq. Vətənpərvərlik bir yana qalsın, haqsızlığa məruz qalmış gənclərin müdafiəsinə qalxacaq. Axı, onlar cinayət törətmiş "öz gəncləri” ilə bağlı hansı beynəlxalq təşkilatın qapısını döyməyiblər? Belə çıxır ki, İranda əsassız həbs edilən gənclər "müxalifətdən olmadıqları” üçün müdafiə edilməli deyillər?

Azərbaycanda beynəlxalq hüquq-müdafiə təşkilatlarını yaxşı tanıyırlar. "Human Rights Watch”, "Amnesty International”, "Sərhədsiz Reportyorlar” və başqaları ölkəmiz haqqında o qədər məlumatlar yayıblar ki... Ən ucqar kəndlərdə hüquq pozuntusu axtarıblar. Azərbaycan KİV-lərində çalışan və narazılıq edən jurnalist ovuna çıxıblar. Hətta ordumuzda silahların şəffaflığının təmin olunmasını, hərbi hissələrə ictimai nəzarətin tətbiq edilməsini ortaya atıblar (yeri gəlmişkən, bunlara züy tutan Azərbaycan QHT-lərinin olduğu da məlumdur). Onlar dini təriqətlərin əcaib maraqlarının qorunmasını tələb ediblər. Təbrizdə həbs edilən iki gənc Azərbaycan vətəndaşının hüquqlarının pozulmasından isə kəlmə belə kəsməyiblər!

İnsan haqlarını əllərində bayraq edib, hər yerdə nöqsan axtaran beynəlxalq qurumlardan indi səs çıxmır. İranda bütün hüquqları pozularaq həbsə atılan şairlərlə niyə maraqlanmırlar? Daha neçə azərbaycanlı həbs edilməlidir ki, beynəlxalq təşkilatlar qəflət yuxusundan ayılsın? Əslində, onlar çox ayıqdırlar. Lakin azərbaycanlı şairlərin hüququnu qorumaq onlar üçün prioritet deyil. Belə məsələ onların missiyasında özünə yer tapa bilmir. Bəs qardaş Türkiyədəki bəzi hüquq-müdafiə təşkilatları və siyasi dairələr niyə susurlar? Küçələrə çıxıb Hrant Dinki müdafiə edənlər nəyə görə lal olublar?

Əxlaq və ədalətin süqutu dövlət üçün böyük təhlükədir. Siyasi sistemə uğurlu tale yaşada bilməz. İran günahsız şairləri Azərbaycan Respublikasında cinayət işləmiş adamlara dəyişmək fikrinə düşübsə, hər şeydən əvvəl ədalətsiz davranır. Bunu nə Allah, nə də Peyğəmbər qəbul edər. Bu yol siyasi rejimi "məbəd”ə aparmır.

NewTimes

 

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...