Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 10 illiyi tədbirləri çərçivəsində dövlət və hökumət başçılarının iştirakı ilə sammit təşkil edilib. Bu proqramın reallaşması məsələsi heç də asan həll edilmir. Meydana geosiyasi xarakterli bir sıra mürəkkəb məsələlər çıxır. Proqramın özündə də müəyyən məsələlər tam aydın deyil. Bundan başqa, Ermənistan həmin proqram çərçivəsində Aİ ölkələrini aldadıb. Bu, müsbət qarşılanmayıb. Azərbaycan isə assosiativ üzvlüyün çatışmayan cəhətlərini konkret faktlarla sübut edərək, öz əməkdaşlıq variantını hazırlayıb. Brüssel bu təklifi qəbul edib. Hazırda danışıqlar yekunlaşmaq mərhələsindədir. Bütün bunların fonunda sammitdə qəbul edilmiş sənəd ətrafında erməni tərəfi və onun havadarları növbəti qarayaxma kampaniyasını işə salmağa çalışıb. Guya Aİ Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməyib və bu səbəbdən yekun sənədə rəsmi Bakı veto qoyub. Ancaq reallıq tamamilə fərqlidir.
ABŞ-ın dövlət katibinin Rusiyaya səfəri bir qədər dramatik xarakter aldı. Amerika rəsmisi öncə Soçiyə səfərini təxirə saldı. Ardından onun Brüsseldə gərgin, həm də demək olar ki, uğursuz danışıqları oldu. Ekspertlər bu gedişatın fonunda M.Pompeonun Soçidə başına nələrin gələcəyini maraqla gözləyirdilər. Daha maraqlısı isə V.Putinin Amerikanın dövlət katibi ilə saat yarımlıq müzakirə aparması olub. Analitiklər hesab edirlər ki, gündəlikdə duran məsələlər çox və aktual olduğundan tərəflər açıq danışıqlar aparıblar. Bu isə o deməkdir ki, Vaşinqtonla Moskva dialoqa gedə bilərlər. Məhz bu tezis kontekstində Soçidə aparılan danışıqların qlobal geosiyasi proseslər çərçivəsində təhlili üzərində dayanmaq istərdik.
Yaxın Şərqdə vəziyyətin mürəkkəb olaraq qalması müxtəlif geosiyasi "oyunlar"ı meydana gətirməkdədir. Amerikanın İrana qarşı sanksiyaları gücləndirməsi və ona hərbi-informasiya təzyiqləri etməsi digər böyük gücləri də hərəkətə gətirib. Bu proses Mayk Pompeonun Avropa və Rusiya turnesindən sonra yeni dinamika alıb. Onun ardınca Avstriyanın prezidenti Aleksander Van der Bellen Soçiyə gedib. Onun Rusiya prezidenti ilə söhbətində əsas məsələ yenə də İran olub. Brüsselin bu məsələ ilə bağlı konkret təklifləri vardır. Ancaq Vladimir Putin fərqli düşündüyünü ifadə edib. Bununla həm Avropanın İranla bağlı narahatlığı, həm də Rusiyanın özünü başlıca geosiyasi güc kimi aparmağa başlaması ekspertlərin diqqətindən yayınmayıb. Bu bağlılıqda yaranmış vəziyyətin geosiyasi təhlili üzərində dayanmağa ehtiyac görürük.
Rusiyanın paytaxtında VIII beynəlxalq təhlükəsizlik konfransı keçirilib. Tədbirdə 111 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan mindən çox nümayəndə iştirak edib. Onların sırasında hərbi təhlilçilər və müstəqil ekspertlər də olub. İştirakçılar əsas olaraq regional və qlobal təhlükəsizliyin aktual problemlərini müzakirə ediblər. Məruzələrdə hazırda mövcud olan risklərin, təhdidlərin, təhlükələrin və qeyri-müəyyənliklərin aradan qaldırılması kontekstində fikir mübadiləsi aparılıb. Maraqlıdır ki, qlobal geosiyasi oyunçuların məqsədləri haqqında da fikir söylənilib. Müxtəlif qitələrdə özünü göstərən münaqişəli vəziyyətlərin yaranmasında həmin faktorun oynadığı rol təhlil edilib. Bunun fonunda Moskva konfransında müzakirə edilən məsələlərin geniş geosiyasi konteksti üzərində ətraflı dayanmağa ehtiyac gördük.
Vaşinqton administrasiyasının xarici siyasi kursunda yeni meyllərin meydana gəldiyi barədə təhlili yazılar tez-tez dərc olunur. Bu məsələ müxtəlif aspektlərdən analiz edilir. Belə bir fikir yaranır ki, hazırda ABŞ rəhbərliyi vahid mövqedən çıxış edə bilmir, bu isə dünya siyasi arenasında ciddi problemlərə səbəb olur. Demək olar ki, bütün qitələrdə Vaşinqtonun yeritdiyi siyasət uğursuz olur. Avropada ondan narazı olanlar az deyil. Asiyada böyük dövlətlərin Amerika ilə problemləri məlumdur. Latın Amerikasında Venesuela məsələsi fikirləri qarışdırıb. Yaxın Şərqdə Suriya, İraq və İran problemlərinin necə həll olunacağı məlum deyil. Digər faktlar da ortaya sual çıxarır: belə davam etsə, qlobal miqyasda hansı geosiyasi trendlər meydana gələ bilər? Həmin kontekstdə mövzu üzərində geniş dayanmağı lazım bildik.
ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxmasından sonra Tehrana qarşı yeni sanksiyaların tətbiqinin növbəti mərhələyə keçirilməsi ciddi risklər meydana gətirib. Bunlara cavab olaraq, Tehran üzərinə götürdüyü öhdəliklərin bəzilərinə əməl etməyəcəyini bəyan edib. İran Avropaya, Rusiyaya və Çinə 60 günlük möhlət verib. Bu müddətdə onların mövqeyində hər hansı dəyişiklik olmasa, Tehran birtərəfli addım atacaq. Buna qarşılıq Vaşinqton İranı vura biləcəyinə işarə edərək, Fars körfəzinə bombardmançı təyyarələr göndərib. Böyük Britaniya, Almaniya, Fransa və Rusiya da məsələyə münasibət bildirib. Onların analizi göstərir ki, yaranan mənzərə kifayət qədər riskli və təhlükəlidir. Onun fonunda İranla "altılıq" ölkələri arasında nüvə proqramının məhdudlaşdırılması haqqında 2015-ci ildə imzalanmış saziş ətrafında formalaşan bu vəziyyətin geosiyasi təhlili üzərində dayanmağa ehtiyac görürük.
Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. Bir qədər sonra ixracatın məkanı daha da genişlənərək uzaq Avstriyanı belə əhatə edəcək. Sözsüz ki, müstəqilliyini əldə etmiş gənc ölkə üçün bu, ciddi uğurdur. Keçən əsrin 90-cı illərində elektrik enerjisi istehsalı və ötürülməsində bir sıra problemlər yaşayan bir ölkənin indi Avropanın inkişaf etmiş dövlətlərinə elektrik enerjisi verməsi, əlbəttə, xüsusi diqqətə layiq haldır. Bu, hər şeydən öncə, Azərbaycan rəhbərliyinin ölkədə islahatları sistemli, ardıcıl və düşünülmüş şəkildə aparmasının göstəricisidir. O da şübhə doğurmur ki, ölkə rəhbərliyi həmin istiqamətdə yeni addımlar atacaq. Azərbaycan daha sıx surətdə Avropa ölkələri ilə əməkdaşlıq edəcək. Bunlarla yanaşı, təhlükəsizliyin təminində əhəmiyyətli addımların atıldığını da vurğulamaq lazımdır. Geniş mənada söhbət, ümumiyyətlə, Azərbaycanın milli təhlükəsizliyinin təminindən və dünyanın ən çox inkişaf etmiş məkanına inteqrasiyasından gedir. Bu məsələlərin prizmasından həm də ölkənin ərazi bütövlüyünün bərpa edilməsi üçün yeni imkanların yaranmasını vurğulamaq gərəkdir. Yəni məsələnin geosiyasi konteksti də əhəmiyyətlidir.
Hər bir xalqın tarixində layiqli rəhbərin özünəməxsus rolu olur. Müstəqil dövlət qura bilən millətlər isə öz daxilindən lider-siyasətçi yetişdirir. Bunu bacarmayanlar gec və ya tez tarixin böyük xalqlarının səhnəsindən silinirlər. Azərbaycan xalqı çox müdrik xalqdır. Keçən əsrin 90-cı illərinin çox mürəkkəb dönəmində Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinin zəruriliyini dərk etdi və sonra ona nail oldu. Bununla müasir dövlətçilik tarixində ciddi bir dönüş başladı. Heydər Əliyev fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna xidmətlər göstərdi. Bütün dünya gördü ki, Azərbaycan yüksək iradə, inam, ağıl və sistemliliklə çətinliklərdən çıxıb, inkişafın zirvəsinə qalxır. Bu gün artıq Azərbaycan Cənubi Qafqazın lideri və geosiyasi dayaq nöqtəsidir. Bütün bu məqamlar işığında Ulu Öndərin dahiliyi, yüksək şəxsi keyfiyyətləri, liderliyi və müdrikliyi üzərində geniş dayanmağa ehtiyac görürük.
Hər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə və uzaqgörənliklə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Ruslar üçün bu şəxsiyyət I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçil, fransızlar üçün Şarl dö Qoll, almanlar üçün Otto fon Bismark, çinlilər üçün Mao Tszedun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün Heydər Əliyevdir!
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Tədbirdə geniş nitq söyləyən dövlət başçısı cari ilin birinci rübündə əldə edilən nailiyyətlər üzərində konkret faktlar əsasında dayanıb. Sosial-iqtisadi islahatların aparılması nəticəsində vətəndaşın rifah halının yaxşılaşması dinamikası rəqəmlərdə öz ifadəsini tapıb. Bunun fonunda Azərbaycanda həyata keçirilən islahatlar prosesinin başlıca məqamları vurğulanıb. Azərbaycanın beynəlxalq əlaqələri və xarici siyasətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəsi üzərində də ölkə rəhbəri ayrıca dayanıb. Bütün bunların geosiyasi analizinə ciddi ehtiyac görürük.
Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.
Davamı...