Bu gün Cənubi Qafqazda sülhün bərqərar olması, regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması üçün yeni imkanlar yaranıb. Ermənistanla Azərbaycan arasında ötən ilin payızında 6 həftə davam etmiş müharibədən sonra regionda münasibətlərin normallaşdırılması, iqtisadi inteqrasiya prosesinə start verilib.
Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbə böyük geosiyasi məkanda proseslərin geniş və bütöv mənzərəsini dəyişməkdədir. Müxtəlif səviyyələrdə həmin məqam aktiv surətdə analiz edilir. Siyasətçilər, diplomatlar və ekspertlər fikirlərini ifadə edirlər. Bu bağlılıqda Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun Azərbaycan-Türkiyə İşgüzar Şurasının rəhbəri Səlcuq Akatın irəli sürdüyü təkliflər maraq doğurur. Burada həm konkret sosial-iqtisadi situasiyaya uyğun olan, həm də strateji aspektdə əhəmiyyət kəsb edən məqamlara toxunulur. Bizim üçün həmin məqamların prizmasından Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, Azərbaycan-İran və Rusiya-Türkiyə münasibətlərinin geosiyasi analizi aktuallıq kəsb edir.
Azərbaycanın 44 günlük döyüşlərdə qələbəsi heç şübhəsiz gələcəkdə də araşdırılacaq. Ancaq heç kimə sirr deyil ki, qələbənin qazanılmasında başlıca səbəb torpaqların Azərbaycana aid olması, bu istiqamətdə xalqla hakimiyyətin birliyi və Prezident İlham Əliyevin yürütdüyü ardıcıl siyasətdir. Dövlət başçısı keçirdiyi bütün görüşlərdə Qarabağın Azərbaycan torpaqları olduğunu, işğalçının bu ərazilərdən çıxmasını tələb edib. O həm müxtəlif dövlətlərin başçıları ilə rəsmi və qeyri-rəsmi görüşlərdə, həm də beynəlxalq toplantılarda bu məsələ ilə bağlı qətiyyətli mövqe sərgiləyib.
Ermənistanla Azərbaycan arasında Avropanın ən uzunmüddətli ərazi münaqişəsi 44 günlük qanlı müharibə ilə başa çatıb. Tərəflər ötən il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalayıb. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayondan silahlı qüvvələrini çıxarması, məcburi köçkünlərə geri qayıtmaq hüququnun verilməsi razılaşmanın əsas nəticəsidir. Son 30 ildə regional sabitliyə məhz bu problemlər ciddi əngəl yaradırdı.
Yaxşı nəticələr yalnız o halda mümkündür ki, bu addımlara qarşılıq verilsin. Lakin görünən odur ki, Ermənistan Azərbaycanın düşmənçiliyin aradan qaldırılması, inamın gücləndirilməsi istiqamətindəki addımlarına qarşılıq vermir. Halbuki, müharibəni bitirmiş mühüm razılaşmaların həyata keçirilməsi məhz qarşılıqlı güzəştlərdən, həqiqi səylərdən asılıdır.
Bir şeyi yadda saxlamaq vacibdir: xoşbəxtlikdən və ya bədbəxtlikdən, ölkələrin ünvanı dəyişmir. Kiminsə xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq, Ermənistan Azərbaycan və Türkiyə ilə həmsərhəddir. Belə bir vəziyyətdə Ermənistanda kimlərinsə yenidən "şlaqbaumu endirmək'', "türk çuvalı'' haqda iddialar səsləndirməklə təcrid vəziyyətində qalmaq istəməsi adamı şoka salır. Əslində isə bu gün Ermənistanın olduğu "çuval"ın ağzı içəridən "çəkilib'' və bunu qonşularla sərhədlərdən narazı olanlar edib.
Xülyalarla yaşayan Ermənistan tərəfi hələ də "status" çağırışlarını davam etdirir. Amma artıq qatar gedib, bu məsələ tarixdə qalıb. Azərbaycan illər uzunu Qarabağa ən yüksək muxtariyyət verməklə Ermənistan silahlı qüvvələrinin oradan sülh yolu ilə çıxarılmasını istəyib, lakin erməni havadarlarının iştahası böyük olduğundan buna razılıq verməyiblər. Vətən müharibəsindən sonra isə bu, mümkün deyil. Çünki rəşadətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz torpaqlarını döyüşərək, itkilər verərək, igid oğullarının qanı bahasına işğaldan azad edib.
Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması, azərbaycanlı rəsmilərin münaqişənin həll olunduğunu elan etməsi və Yerevanın iki ölkə arasındakı sərhədin Sovet dövründəki kimi bərpasına razılığı ümidlər yaradır. Ümid edək ki, tərəflər uzun illərdir davam edən düşmənçiliyə son qoyacaq, blokadanı aradan qaldıracaq, diplomatik, maliyyə əlaqələrini, həmçinin cəmiyyətlər arasında münasibətləri bərpa edəcək, Qafqazda sülhün bərqərar olmasında aparıcı rol oynayacaq.
Birləşmiş Ştatların özünə yeni rəqiblər yaradaraq güclənməsi dövrü də geridə qalır. Belə ehtimal etmək olar ki, ABŞ dünyanın yeni şərtlərinə uyğun olaraq demokratiya və insan hüquqları sahəsində islahatları daha da genişləndirəcək. Yanvarın 6-da baş verən şou isə ölkənin gücünü bir daha nümayiş etdirdi. Hadisələr göstərdi ki, ABŞ öz milli maraqlarını qorumaq üçün başqa dövlətin ərazisində oxşar hadisələrin törədilməsinə yardım edib bunun uğurla başa çatdırılmasına köməklik göstərə bilər. Ancaq nə daxildə, nə də xaricdə ABŞ-da belə bir layihəni reallaşdıra biləcək güc hələ də yoxdur. Odur ki, yaşasın demokratiya!
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir
Davamı...