THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

2021-ci il Ermənistan üçün dərin sosial-iqtisadi problemlərlə başlayıb

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11002
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 yanvar 2021 – Newtimes.az

Ermənistanda əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, iqtisadiyyatın tənəzzülü, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır. Proqnozlar göstərir ki, müharibədəki məğlubiyyət, əhalinin maddi rifah halının pisləşməsi, daxili və xarici siyasətdə qeydə alınan uğursuzluqlar cari ildə də davam edəcək. Problemlərin həlli üçün isə Ermənistan hakimiyyətinin konkret proqramı yoxdur.

İqtisadi tənəzzül, idxal və ixrac əməliyyatlarında yaranan böyük ölçülü mənfi saldo ölkəni iqtisadi uçurumun kənarına gətirib. Ona görə də cari ili Ermənistan dövləti və xalqı təkcə ağır hərbi məğlubiyyətlə yox, həm də dərin iqtisadi böhranla qarşılayıb.

Qeyd edək ki, ötən il Ermənistan iqtisadiyyatında 7,2 faiz azalma olub. Tikinti sektoru 11,2 faiz, ticarət dövriyyəsi 13,5 faiz, xidmətlərin həcmi 13,6 faiz azalıb. O cümlədən ölkənin xarici ticarət dövriyyəsi 12,4 faiz, ixrac 5,2 faiz, idxal 15,9 faiz enib. İqtisadi vəziyyətin pisləşməsi dövlət büdcəsinə vergi gəlirlərinin azalmasına gətirib çıxarıb. Bu o deməkdir ki, dövlət 2021-ci ildə vətəndaşların əməkhaqqını və təqaüdlərini ödəmək üçün əlavə kredit yükünün altına girməli olacaq.

İqtisadiyyatdakı böhran səbəbindən Ermənistanda büdcə balansı da pozulub. Belə ki, ötən il büdcə kəsirləri kapital qoyuluşunu üstələyib. Cari il üçün isə büdcə kəsirinin 342 milyard dram (dövlət büdcəsinin təxminən 18,5 faizi və yaxud təxminən 700 milyon dollar) olması, kapital xərclərinin isə 215 milyard dram (400 milyon dollardan çox) olacağı proqnozlaşdırılır.

2020-ci ildə müharibədəki məğlubiyyət Ermənistanın beynəlxalq imicinə də ciddi ziyan vurdu. Artıq beynəlxalq investorlar Ermənistanla əməkdaşlıqdan qaçırlar. "Verelq.am'' saytı yazır ki, müharibədən məğlub çıxan ölkədən birbaşa xarici sərmayə gözləmək sadəlövhlükdür. Üstəlik, qeyri-müəyyənlik, təhlükəsizlik üçün təhdidlər mövcud investorları da qorxuda bilər. Bəziləri hətta öz kapitallarını Ermənistandan geri çəkə bilər.

"Ameria Group Inc'' şirkətinin direktoru Tiqran Crbaşyan deyib ki, təhlükəsizlik riskləri, ölkədə hökm sürən siyasi qeyri-müəyyənlik, iqtisadi vəziyyətin pisləşməsi və Ermənistandan kapital axını yeni fəlakətlərə səbəb ola bilər. Bu, müharibədən, koronavirus pandemiyasından sonra baş verə biləcək ən böyük zərbədir. Qeyd olunur ki, böhranlı iqtisadi vəziyyətdə dövlət məcburən öz kapital qoyuluşlarını azaltmalıdır. Bu isə digər investorları ehtiyatlı olmağa sövq edəcək, investisiya aclığını artıracaq.

Beləliklə, müharibədən ağır itkilərlə çıxan Ermənistanı 2021-ci ildə çətin iqtisadi problemlər gözləyir. Mütəxəssislərin fikrincə, siyasi qeyri-müəyyənlik kontekstində ölkə iqtisadiyyatı ciddi geriləməyə gedir. Milli valyuta bu risklərə devalvasiya ilə "cavab verir''. Növbəti illərdə Ermənistan bu böhranın yaratdığı tektonik təkanların daha çox acısını hiss edəcək.

Ekspertlərin fikrincə, bu vəziyyət Ermənistan üçün olduqca faciəvidir. Heç bir istehsalı olmayan, iqtisadiyyatı çökən ölkənin ümumi daxili məhsulunda artım baş verməyəcək. Əksinə, böyük geriləmənin yaşanması tamamilə realdır. Hazırda əsas proqnozlar ondan ibarətdir ki, Ermənistanda dollar və digər xarici valyutaların məzənnəsi bu il yüksələcək. Elə bu səbəbdən zəruri ərzaq mallarının qiyməti sürətlə artır. Hökumət dramın möhkəmlənməsi üçün imkanların mövcud olmadığını bildirir. Çünki valyuta ehtiyatları yoxdur. Xaricdən köçürülən pulların miqdarı isə olduqca azdır.

Bu arada Ermənistanda əhalinin təbii qaza görə ödəniş edə bilməməsi "Qazprom''u narahat edib. "Qazprom Armeniya''nın baş direktoru Qrant Tadevosyan deyib ki, hələlik bu, şirkət üçün ciddi maliyyə problemi yaratmasa da, abunəçilər arasında qaza görə ödəməmə halları artıb ki, o da vəziyyəti ağırlaşdıra bilər. Xüsusən ötən ilin sonlarından qaz istehlakına görə ödəməmə halları çoxalıb. Belə ki, 2019-cu ilin noyabrına görə ev təsərrüfatlarının ümumi qaz xərclərinin 0,6 faiz ödənilmədiyi halda, bu göstərici 2020-ci ilin eyni dövrünə görə 6,6 faiz təşkil edib. Müəssisələrdə isə bu göstərici 1,1 faizdən 1,6 faizə yüksəlib.

Bütövlükdə, Ermənistan üçün 2021-ci il sosial-iqtisadi baxımdan kifayət qədər dərin problemlərlə başlayıb. Belə bir vəziyyətlə iqtisadçılar perspektivdə ölkəni heç bir iqtisadi uğurun gözləmədiyini bildirirlər.

Elçin Cəfərov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...