THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın Şərq böhranı yeni səviyyədə: böyük güclər fəallaşırlar

Yaxın Şərq böhranı yeni səviyyədə: böyük güclər fəallaşırlar
06 aprel 2017

Son günlər Suriya və İraqda hərbi toqquşmalar daha da şiddətlənib. Onun əsas əlamətlərindən biri dinc əhalinin bombalanmasıdır. Nəticədə, yüzlərlə insan qətlə yetirilib, minlərlə insan isə qaçqın vəziyyətinə düşüb. Xüsusilə Mosulda situasiya o dərəcədə gərgindir ki, hökumət hərbi əməliyyatları dayandırıb. Suriyada isə Minbic və Afrin ətrafında geosiyasi gərginlik artıb. Burada Vaşinqton və Moskva PYD-yə açıq dəstək verməyə başlayıblar. Amerikalılar Rakkaya hücumdan bəhs edirlərsə, ruslar Afrinə nümayəndələrini yerləşdirib, maraqlarını təmin etməyə çalışırlar. Bunlara Ankara uyğun reaksiya verib. "Fərat qalxanı" əməliyyatının davam edəcəyini deyirlər. Bununla da Yaxın Şərqdə yeni gərginlik "üçbucağı"nın – ABŞ-Rusiya-Türkiyə mübarizəsinin cizgiləri yaranmış kimi görünür.

Serj Sarkisyanın müharibə paradiqması: uçurum kənarında süni manevrlər

Serj Sarkisyanın müharibə paradiqması: uçurum kənarında süni manevrlər
03 aprel 2017

Ermənistanın dövlət başçısı son zamanlar daha məntiqsiz fikirlər söyləməyə başlayıb. Onun bəyanatları ölkədə keçiriləcək parlament seçkisinin yaxınlaşması ilə əlaqələndirilir. Lakin S.Sarkisyan o dərəcədə absurd və təhlükəli məqamlardan bəhs edir ki, onun zərərini bütün region görə bilər. Ermənistan prezidenti Azərbaycanı hədələyərək, "İsgəndər" raketlərini tətbiq edə biləcəyini deyir. O, ümumiyyətlə, təbliğatında xarici düşmən obrazı yaratmaqdan başqa heç nə etmir. Guya Ermənistan "demokratiya adası"dır və onu hər tərəfdən "pis ölkələr" əhatə edib. Buna görə də ermənilər yalnız S.Sarkisyana səs verməlidirlər ki, salamat qala bilsinlər. Tarixdə belə süni düşmən obrazı yaratmaq taktikası çox olub. Ancaq son anda bu kursdan xalq zərər görüb. S.Sarkisyan da bu mənada erməni xalqına tarixi zərbələr vurmaqda davam edir.

Ermənistanda parlament seçkilərindən əvvəl siyasi dinamizmin təhlili

Ermənistanda parlament seçkilərindən əvvəl siyasi dinamizmin təhlili
31 mart 2017

Hakim Ermənistan Respublika Partiyası (ERP) onun üçün çox da əlverişli olmayan bir mühitdə aprelin 2-də keçiriləcək parlament seçkilərinə hazırlaşır. Ötən ilin aprel ayında cəbhə xəttində geniş miqyaslı hərbi əməliyyatların başlaması nəticəsində bəzi strateji yüksəkliklərə nəzarətin itirilməsi, iyun ayında Sasna Çrer silahlı qruplaşmasının Erebuni post-patrul alayını girov götürməsi, baş nazir Ovik Abraamyanın istefaya göndərilməsi, hakim partiyadan istefa verməsi və yeni siyasi güc mərkəzi arayışında olması, texnokrat Karen Karapetyanın Rusiyadan "icarəyə" götürülərək baş nazir vəzifəsinə təyin edilməsi, Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) lideri Qaqik Çarukyanın böyük siyasətə dönməsi, sabiq müdafiə naziri Seyran Ohanyanın siyasi partiya quraraq sabiq XİN rəhbəri Vardan Oskanyanla seçkilərdə müttəfiq olaraq iştirak etməsi, sosial-iqtisadi problemlərin həll edilməməsi və digər səbəblərə görə hakim ERP seçkilərə imici zədələnmiş halda gedir.

BMT-Azərbaycan: 25 illik əməkdaşlığın əsas məqamları

BMT-Azərbaycan: 25 illik əməkdaşlığın əsas məqamları
30 mart 2017

Müasir tarixi mərhələdə müstəqilliyini əldə etmiş ölkələrin beynəlxalq təşkilatlarla münasibətləri ciddi əhəmiyyət kəsb edir. Dünya siyasətində müşahidə edilən mürəkkəb proseslər, ziddiyyətli hadisələr və bir sıra regionlarda münaqişələrin baş qaldırması bəşəriyyəti narahat edir. Bunlarla yanaşı, böyük güclər arasında münasibətlər də gərginlik yaradır. Öz maraqları uğrunda apardıqları amansız mübarizə digər dövlətlərin də çətinliklər və risklərlə üzləşməsinə səbəb olur. Bu səbəblərdən BMT kimi nüfuzlu beynəlxalq təşkilatların qlobal geosiyasətdə daha təsirli addımlar atması zərurəti meydana gəlir. Məsələnin digər tərəfi üzv dövlətlərin bu təşkilatla əlaqələrinin ümumi xarakteristikasına bağlıdır. Bu kontekstdə BMT-Azərbaycan münasibətlərinin 25 il ərzində məzmununun araşdırılması maraqlı və aktual görünür.

Prezidentin Paris səfəri: müstəqil siyasətə dayanan qətiyyətli mövqe

Prezidentin Paris səfəri: müstəqil siyasətə dayanan qətiyyətli mövqe
29 mart 2017

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Fransaya səfərinə ekspertlər böyük maraq göstərib. Bunu iki aspektdə aydın hiss etmək olur. Birincisi, Parisdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsinin məzmunu, ikincisi, Azərbaycanın Fransa ilə imzalayacağı əməkdaşlıq sazişlərinin əhatə dairəsi maraq doğururdu. Hər iki istiqamətdə sözün həqiqi mənasında aktual müzakirələr aparılıb. Azərbaycan tərəfi Dağlıq Qarabağla bağlı məsələni yenə konkret qoyaraq işğalçı qüvvələrin çıxarılmasını əsas hesab etdiyini bildirib. Bu kontekstdə həmsədr dövlətlərin status-kvonu dəyişməkdən bəhs etmədən real addımlar atmağa keçməli olduqları vurğulanıb. Parisdə rəsmi Bakının müxtəlif sahələr üzrə əməkdaşlığa tam açıq olduğu da bir daha təsdiqlənib. Tərəflər müxtəlif sferaları əhatə edən mühüm sənədlər imzalayıblar.

Ermənistan: defolt və geosiyasi "tənbəllik" məngənəsində

Ermənistan: defolt və geosiyasi "tənbəllik" məngənəsində
28 mart 2017

Mütəxəssislər son zamanlar qlobal geosiyasi miqyasda baş verən sürətli hadisələrin arxasında dayanan məqamları təhlil edirlər. Analizlər göstərir ki, bütövlükdə dünyanın siyasi mənzərəsi dəyişir. Dövlətlərarası münasibətlər daha həssas məqamlarla zənginləşir. Bunun fonunda xarici siyasət də çevik olmalı və müasir çağırışlara cavab verməlidir. Ermənistanın siyasi rəhbərliyinin atdığı addımların təhlili təsdiq edir ki, rəsmi İrəvan xeyli fərqli mövqedədir. Ermənistan faktiki olaraq müasir şəraitə zidd olan, qeyri-çevik və səbatsız siyasət yeritməkdədir. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi illə bağlı Ermənistan rəhbərliyinin tutduğu mövqe narahatlıq doğurur. Burada hələ də köhnə stereotiplərdən xilas ola bilməyiblər. Absurd məqsədlər uğrunda səmərəsiz fəaliyyət göstərməkdədirlər. Bu isə Cənubi Qafqaz üçün risk faktoru yaradır. Hər an müharibə alovlana bilər.

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası
27 mart 2017

Ermənistanın 2016-cı ilin aprel ayında atəşkəs rejimini kobudcasına pozaraq hərbi əməliyyatlara başlaması ilə Azərbaycan ordusunun bu təxribatın qarşısını alması və hətta bir neçə strateji əhəmiyyətli yüksəkliyi geri almasından sonra Ermənistan və siyasi havadarları Azərbaycan ordusunun döyüş ruhu, intizam, milli birlik və bərabərlik ruhu, hərbi silah və sursat baxımından 1991-1994-cü illərdəki ordudan çox fərqli olduğu gerçəkliyini anladılar.

İslamabad sammiti: geosiyasi əhəmiyyəti və Azərbaycanın töhfələri

İslamabad sammiti: geosiyasi əhəmiyyəti və Azərbaycanın töhfələri
17 mart 2017

Pakistanın paytaxtında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammiti keçirilib. Tədbirə maraq böyük olub. Ekspertlər bu tədbirin bir çox qlobal geosiyasi məsələlərə təsirinin olduğunu vurğulayırlar. Xüsusilə Cənubi Asiyada regional əməkdaşlıq perspektivləri ilə bağlı İƏT üzvlərinin fəaliyyətinin əhəmiyyəti böyükdür. Yaxın Şərqdə gedən proseslərin dinamikasına da İƏT-ə daxil olan böyük dövlətlər təsir göstərə bilirlər. Bunlarla yanaşı, İƏT nəqliyyat, ticarət, iqtisadiyyat, təhlükəsizlik, energetika kimi sahələrdə geniş fəaliyyət göstərir. Ayrıca, Azərbaycanın təşkilatda aktivliyi hər kəs tərəfindən etiraf edilir. Prezident İlham Əliyevin İslamabad sammitində dərin məzmunlu nitqi yuxarıda vurğulanan məqamlar aspektində kifayət qədər maraqla qarşılanıb.

Gərginlik artır: Brüssel sammitindən sonra NATO-Rusiya qarşıdurması

Gərginlik artır: Brüssel sammitindən sonra NATO-Rusiya qarşıdurması
16 mart 2017

Şimali Atlantika Alyansı üzvlərinin müdafiə nazirlərinin Brüsseldə son görüşündən sonra Moskvadan maraqlı açıqlamalar verilir. Rusiyanın NATO-dakı daimi nümayəndəsi A.Qruşko isə bununla bağlı ayrıca müsahibə verib. Kremlin qiymətləndirməsinə görə, dünyanın ən güclü hərbi bloku Rusiyaya qarşı mövqeyini daha da sərtləşdirməkdədir. Belə ki, Brüsseldə qəbul olunan qərarlar təşkilatın şərq cinahına doğru daha da irəliləməsini, Şərqi Avropada ABŞ-ın hərbi qüdrətinin artırılmasını nəzərdə tutur. Bunu Vaşinqton təşkilata üzv olan ölkələrin hərbi xərclərini artırması hesabına etmək fikrindədir. Aydın görünür ki, Şimali Atlantika Alyansı nəinki hərbi ixtisara getmək niyyətində deyil, hətta daha qüdrətli hala gəlməyi düşünür. Moskvanın da buna cavab verəcəyi gözlənilir. Bununla da dünya miqyasında hərbi qarşıdurma təhlükəsinin yarandığı qənaətini almaq olar.

Münxen konfransı: həll edilməyən məsələlər arxasındakı ziddiyyətlər

Münxen konfransı: həll edilməyən məsələlər arxasındakı ziddiyyətlər
15 mart 2017

Münxen şəhərində hər il beynəlxalq təhlükəsizliyin aktual problemlərinə həsr edilən konfrans təşkil edilir. Adətən tədbirə dünyanın yüksək səviyyəli siyasət adamları dəvət edilir. Bu dəfə keçirilən konfransda hazırda dünyanı təhdid edən faktorlar müzakirə edilib. Məsələlər kifayət qədər kəskin və sərt şəkildə qoyulub. İsrailin müdafiə naziri isə İranla bağlı obrazlı tezislər irəli sürüb. Tədbir iştirakçıları konkret bir problemi həll etməsələr də mümkün dialoq ətrafında xeyli danışılıb. Bu baxımdan ekspertlərin əsas müzakirə mövzuları ilə bağlı söylədikləri fikirlər maraq doğurur. Təbii ki, hələ söhbət ilkin nəticələrdən gedir, lakin ümumi olaraq dünya üçün vacib faktorlardan bəhs edilir. Onlar üzərində daha geniş dayanmaq zəruridir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...