THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Armen, sənin də yerinə səs verdim, narahat olma!

Armen, sənin də yerinə səs verdim, narahat olma!
02 dekabr 2016

Ermənistan parlamentinin səsvermə proseduru reqlamentində edilən dəyişiklik layihəsinə görə, parlament fraksiya rəhbəri razılıq əsasında digər deputatların da yerinə səs verə bilər. Görünən odur ki, hakim Respublika Partiyası 2017-ci ilin birinci yarısında Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə qədər özünə yumşaq meydança aramaq arzusundadır və bunu reallaşdırmaq üçün əlindən gələni edir.

İŞİD-in yeni təhdidi: xaosu genişləndirmək planı

İŞİD-in yeni təhdidi: xaosu genişləndirmək planı
01 dekabr 2016

Mosula hücumun sərhədləri genişləndikcə terror öz amansız simasını daha da güclü şəkildə göstərməyə başlayır. İŞİD isə sadə insanlarda qorxu yaratmaqda, onları ölümlə hədələməkdə davam edir. Bu terror qrupunun lideri son səs yazısında Yaxın Şərqin bəzi ölkələrinə qarşı yeni müharibəyə çağırıb. İŞİD-in başına bombalar yağdıranlar bir kənarda qalıb, o, qanlı əllərini yenə müsəlman ölkələrinə doğru yönəltməyə çalışır. Dəfələrlə təkrar olunan bu kimi təzadlı proseslər geosiyasi kontekstdə bir sıra suallar doğurur. İŞİD kimdir? O, hansı qüvvələrlə mübarizə aparır? Kimlərə xidmət edir? Bu tip suallara cavab vermək çətindir. Görünən odur ki, İŞİD müsəlman coğrafiyasında xaosu gücləndirmək, yeni-yeni qanlar tökmək niyyətindədir. Yenə də ancaq müsəlmanların qanı axıdılır. Nə zamana qədər?

Ənənəvi paradiqmanın iflasından sonra: xaos, yoxsa yeni nizamlılıq?

Ənənəvi paradiqmanın iflasından sonra: xaos, yoxsa yeni nizamlılıq?
30 noyabr 2016

İndi dünyanın bir çox analitiki qlobal səviyyədə geosiyasi qeyri-müəyyənliyin tüğyan etdiyini vurğulayırlar. Əslində, bu barədə bir neçə ildir ki, danışılır, ancaq bu dəfə söhbət daha dərin məqamlardan gedir. Mütəxəssislər bu kontekstdə əsas olaraq dövlətlərin qüdrətsizliyinin artmasını və onların daha dayanıqsız vəziyyətə gəlməsini qeyd edirlər. Sözsüz ki, kifayət qədər maraqlı qənaətdir. Çünki dünyanın taleyi ilə birbaşa bağlıdır. Lakin bu vəziyyətin uzun müddət davam etməsi bəşəriyyəti məhvə apara bilər. Bu aspektdə xilas yolu nədə görülür? Təəssüf ki, bu barədə danışan hələlik yoxdur. Ümid verən faktorlardan biri tarixdə buna bənzər situasiyaların olmasıdır. Bugünkü reallığa həmin prizmadan baxdıqda, insanlıq üçün bir fürsətin yarandığını deyə bilərik. Bununla yanaşı, etiraf etmək gərəkdir ki, ona nail olmaq ciddi nəzəri və praktiki fəaliyyət tələb edir. Yeni paradiqma formalaşdırmaq asan proses deyil!

Separatizm, terror və ikili standartlar: bəşəriyyət uçurum qarşısında

Separatizm, terror və ikili standartlar: bəşəriyyət uçurum qarşısında
29 noyabr 2016

Bütün dünya Yaxın Şərqdə cərəyan edən hadisələri həyəcanla izləməkdədir. Mütəxəssislər də prosesləri analiz edir və proqnozlar verirlər. Son dövrlərdə meydana o qədər fərqli fikirlər atılır ki, müəyyən mənada milyonlarla insanın faciəvi durumu adi hal kimi qəbul edilir. Sanki insanlığın faciələrə laqeydliyi artır. Bununla yanaşı, yüksək səviyyəli mütəxəssislərin söylədiyi fikirlərdə çox maraqlı, həm də ziddiyyətli məqamlara rast gəlinir. Bu kontekstdə Rusiya təhlükəsizlik orqanlarında uzun müddət yüksək vəzifə tutmuş, hazırda analitik-strateji təhlil və proqnozlarla məşğul olan Leonid Reşetnikovun fikirləri diqqətimizi çəkdi. Hazırda o, Rusiya Prezidentinin təsis etdiyi Rusiya Strateji Tədqiqatlar İnstitutunun (RSTİ) direktoru, tarix elmləri namizədidir. Bugünlərdə L.Reşetnikov Türkiyə mediasına da maraqlı müsahibə verib.

ABŞ-Azərbaycan-Türkiyə münasibətləri: konstruktiv əməkdaşlığın inkişafı

ABŞ-Azərbaycan-Türkiyə münasibətləri: konstruktiv əməkdaşlığın inkişafı
28 noyabr 2016

Prezident seçkilərindən sonra Amerikanın xarici siyasətində mümkün dəyişikliklər haqqında ekspertlər fikir yürüdürlər. Bu sırada rəsmi Vaşinqtonun Azərbaycan və Türkiyə istiqamətində ata biləcəyi addımlar üzərində dayanırlar. Bu zaman bir məqama diqqət çəkirlər ki, Donald Tramp hətta bir sıra Avropa dövlətləri başçılarından əvvəl Azərbaycan və Türkiyə rəhbərliyi ilə telefonda danışıb. Özü də ABŞ-ın yeni Prezidenti hər iki ölkə ilə əməkdaşlığı daha da inkişaf etdirmək fikrində olduğunu açıq deyib. Bunlara ekspertlər müxtəlif qiymətlər veriblər. Erməni mütəxəssislərin isə qısqanclığı və qeyri-obyektivliyi aydınca hiss olunur. Onlar Amerikanın regionda iki müsəlman ölkəsinə daha çox üstünlük verməsini həzm edə bilmirlər. Lakin reallıq budur və məhz Azərbaycanla Türkiyə müstəqil siyasət yeridir, bütün dövlətlərlə bərabərhüquqlu konstruktiv əməkdaşlığa üstünlük verirlər.

Min dramlıq vergi

Min dramlıq vergi
25 noyabr 2016

Ermənistan parlamenti üç günlük müzakirədən sonra "Hərbi əməliyyatlarda yaralanan və ölən hərbçi ailələrinə kömək fondu" adlı (Min dramlıq qanun layihəsi) qanun layihəsini 17 noyabrda qəbul edib. Səsvermə zamani 102 deputat lehinə, üç deputat əleyhinə səs verib və doqquz deputat bitərəf qalıb. Maraqlıdır ki, aprel hadisələrindən sonra Ermənistan parlamentində oliqarxların qeyri-qanuni yollarla topladıqları sərvətin bir qismini ordu üçün xərcləməsi gərəkdiyi haqqında ciddi tələblər irəli sürülmüşdü. Aradan 7 ay keçmədən oliqarxların sərvətinin bir qisminin ordu üçün xərclənməsi haqqında deyil, sadə vergi mükəlləfiyyətçilərinin aylıq qazancından (maaşından) min dram (təxminən 2,5 ABŞ dolları) tutulması haqqında qanun layihəsi parlament tərəfindən qəbul edildi.

Yeni təhlükəsizlik strategiyası: Ankara qarşısına böyük məqsədlər qoyur

Yeni təhlükəsizlik strategiyası: Ankara qarşısına böyük məqsədlər qoyur
24 noyabr 2016

Qlobal miqyasda sürətli geosiyasi dəyişikliklərin getdiyi bir zamanda Türkiyə rəsmən təhlükəsizlik konsepsiyasını yeniləşdirdiyini bəyan edib. Onun müxtəlif müddəaları barədə Prezident Rəcəb Tayyib Ərdoğan fikir söyləyib. Onlardan aydın olur ki, Ankara öz qarşısına kifayət qədər ciddi məqsədlər qoyub. Buna Qərb və Çinin reaksiyası da maraqlıdır. Avropa İttifaqı Türkiyəni itirmək istəmir, Çin isə onu Şanxay Əməkdaşlıq Təşkilatında görməyi arzulayır. Türkiyənin özünün məqsədləri isə bir qədər fərqlidir. O, artıq superdövlət olmaq iddialarını ortaya qoyur. Atacağı bütün addımlar bu məqsədə xidmət etməlidir. Hazırkı geosiyasi dinamikada bu, nə dərəcədə realdır? Ankara həmin məqsədə çatmaq üçün konkret resurslara və gücə malikdirmi? Bu cür suallara cavab tapmaq maraqlı olardı.

Böyük siyasətin bir fraqmenti: Yaxın Şərq və yeni dünya nizamı iddiaları

Böyük siyasətin bir fraqmenti: Yaxın Şərq və yeni dünya nizamı iddiaları
23 noyabr 2016

İndi mütəxəssislər yeni dünya nizamı haqqında regional münaqişələr kontekstində danışmağı sevirlər. Burada bir məntiq vardır. Çünki Yer kürəsinin müxtəlif guşələrində özünü göstərən ixtilafların qlobal geosiyasi güclərlə əlaqəli olduğuna şübhə yeri qalmayıb. Eyni zamanda, dünya üzrə əlaqələr o dərəcədə inkişaf edib ki, bir yerdə baş verən hadisə ilə qlobal situasiya arasında bağlılıq avtomatik olaraq ağıla gəlir. Lakin siyasi baxımdan məsələnin hiyləgər tərəfi də məhz bu məqamla bağlıdır. Bəziləri həmin faktordan çıxış edərək dünyada baş verən prosesləri bir məntiqi sapa düzməyə çalışırlar. Bu zaman əsas sifarişçi, yəni ABŞ unudulur. O cümlədən Hələb, Mosul, Rakka ilə əlaqədar yaranmış situasiyanın təhlilində Vaşinqtonun geosiyasi planlarının təsirini ciddi surətdə nəzərə almaq lazım gəlir. Bu aspektdə Yaxın Şərqdə Osmanlı İmperiyasının mirasının kimlər arasındasa bölüşdürülməsindən danışmaq qeyri-korrekt olardı. Əsas odur ki, burada müsəlman dövlətçiliyinə, mədəniyyətinə, tarixi ənənələrinə, İslamın həqiqi mahiyyətinə zərbələr vurulur və yerli ölkələr bu böyük planın əsirinə çevrilib.

Qlobal siyasətin dəyişməsi: radikalizm və lokallaşma meylləri artır

Qlobal siyasətin dəyişməsi: radikalizm və lokallaşma meylləri artır
22 noyabr 2016

ABŞ-da Donald Trampın seçkidə qələbə qazanması dünya siyasi dairələrində təlatüm yaradıb. İndi analitiklər və ekspertlər bütövlükdə bəşəriyyəti nələrin gözlədiyini təhlil etməyə çalışırlar. Söhbət dünya siyasətində meydana çıxa biləcək mənzərədən gedir. Bir sıra mütəxəssislər hesab edirlər ki, Tramp fenomeni son illər Qərb siyasi mühitində özünü göstərən proseslərin birbaşa məntiqi nəticəsidir. Konkret deyilsə, Avropada antiqlobalist, antimüsəlman, antimiqrant mövqeyində olan siyasətçilərin reytinqləri yüksəlir. Avropa bununla daha çox ultramillətçi və radikal müstəviyə keçid edir. Həmin prosesi təsdiq edən faktlardan biri də Qərbdə bu cür mövqedə olan siyasətçilərin seçkilərdə getdikcə daha çox səs qazanmasıdır. Bu məsələ üzərində geniş dayanmağa ehtiyac görürük.

TTİT haqqında danışıqların gələcəyi varmı?

TTİT haqqında danışıqların gələcəyi varmı?
21 noyabr 2016

Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığının (TTİT) fəaliyyətə başlaması ilə sözügedən layihə Avropa İttifaqı tərəfindən müxtəlif ziddiyyətli reaksiyalara səbəb oldu. Narahatlıq Avropa Komissiyasında və Avropanın özünün informasiyaya ümumi girişin yoxluğundan və danışıqların məxfiliyindən narazı olan əhalisi arasında da mövcuddur. TTİT layihəsinə dair Fransa prezidenti F.Olland kəskin fikir bildirdi. O qeyd etdi ki, ölkə Birləşmiş Ştatlar tərəfindən irəli sürülən şərtlərlə layihədə iştirak etməyə hazır deyil və Fransa "heç vaxt özünün kənd təsərrüfatı, mədəniyyət və dövlət satınalmaları bazarına girişin qarşılıqlığı sahəsində prinsiplərini şübhə altına qoymayacaq".

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...