THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yəmən: Hava zərbələri husilərin Ədən limanına doğru irəliləməsinə mane ola bilmir

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3056
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 aprel 2015 – Newtimes.az

Yəməndə ''Ənsar Allah'' hərəkatının tərəfdarları olan husi-şiə üsyançıları ölkənin cənubunda yerləşən Ədən şəhərinə hücumlarını davam etdirirlər.Bəzi küçələrdə şiddətli döyüşlər getdiyi bildirilir. Üsyançılar ağır silahlardan, o cümlədən tanklardan istifadə edərək əsas hədəflərinə – Ədən limanına doğru irəliləyirlər.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın endirdiyi hava zərbələri husilərin hücumlarını dayandıra bilmir. Koalisiyaya məxsus təyyarələr əsasən ölkənin paytaxtı Səna şəhərindəki şiə mövqelərini bombardman edirlər. Ədənin özündə isə zərbələr şəhərə doğru hərəkət edən üsyançı dəstələrinə və onların liman yaxınlığındakı birləşmələrinə endirilir. Eyni zamanda koalisiya aviasiyası yerli əhalidən təşkil olunmuş qanuni hakimiyyət tərəfdarlarına – könüllülərdən ibarət xalq müqavimət komitəsi döyüşçülərinə silah və sursatla dolu yüklər çatdırırlar.

Aprelin 5-də Beynəlxalq Qırmızı xaç təşkilatı Yəmənə humanitar yardım çatdırılması üçün Səudiyyə Ərəbistanından razılıq alıb. Çadır, generator, tibbi ləvazimat və avadanlığın olduğu ilk yardım reysinin artıq bu gün Səna şəhərinə yollanacağı gözlənilir.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...