
Bakı, 10 mart 2015 – Newtimes.az
ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkellə ötən aydakı görüşündən sonra Ukraynaya silah verilməsi prosesini təxirə salıb.
Azvision.az-ın məlumatına görə, bu barədə Almaniyanın Vaşinqtondakı səfiri Peter Vittiq "Assoşeyted Press''ə müsahibəsində bildirib.
''Hər iki lider bu məsələ ilə bağlı fikir mübadiləsi apardı və bu mərhələdə Ukraynaya silah çatdırılmasının müəyyən müddətə qədər təxirə salınmasına dair ümumi fikrə gəldilər'', - deyə Vittiq vurğulayıb.
Səfirin sözlərinə, ABŞ prezidenti Merkelin hazırda həyata keçirilən diplomatik və siyasi səylərə "müəyyən sahə'' verilməsi barədə təklifi ilə razılaşıb.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...