THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İkili standartlar siyasətinə bir bucaq altında baxış

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
29941
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

İkili standart siyasətdə ölkələrin davranışlarının qiymətləndirilməsinə disrkriminasyon yanaşmaları ifadə edən termindir. Bu termin ilk dəfə XIX əsrin ortalarında ingilis dilində işlənib. Öncə o, kişi və qadınlara qoyulan fərqli əxlaqi tələbləri ifadə edirdi. Teologiyada müzakirələrdə istifadə olunmuşdur, elmdə fərqli ölçü metodlarını bildirmək üçün işlənmişdir. Termin rus dilinə 1950-ci illərdə daxil edilmişdir. SSRİ-də həmin termin kapitalist ölkələrində irqi və sinfi qeyri-bərabərliyi ifadə etmək üçün tətbiq edilirdi.

İngilis dilində Oksford lüğətində ikili standartlara lakonik tərif verilir: "İkili standartlar birinə nisbətən digərinə (və ya özünə) daha ciddi tətbiq edilən qayda və ya prinsipdir”. İkili standartlar siyasəti eyni bir hərəkəti edən subyektlərin davranışına müxtəlif qiymət verilməsindən ibarətdir. Əgər hərəkəti edən onu qiymətləndirənə "yaxındırsa” loyal münasibət bildirilir, əksinə olanda qınaq və ittiham səslənir. Beynəlxalq münasibətlərdə o, adətən, "arzuolunmayanların” prinsipləri, konvensiyaları, öhdəlikləri pozmaqda ittiham edilməsi formasını alır. Məsələn, "ümumbəşəri dəyərlərin tapdalanması”, "insan haqlarının pozulması”, beynəlxalq hüquq normalarından geri çəkilmələr” və s. Bu qiyməti verənlərin özlərinin və ya müttəfiqlərinin analoji hərəkətlərinə isə nümayişkaranə məhəl qoyulmur.

Beynəlxalq siyasətdə ikili standartlar keçən əsrin ikinci yarısında daha da kəskinləşdi. Bu proses Qərb siyasətçilərinin ritorikasındakı dəyişikliklərlə müşayiət olunurdu. Əslində, ikili standartlar siyasətinin kökündə müəyyən terminlərin işlədilməsi və onları məqsədə uyğun olaraq yeniləmək durur.

 Məsələn, XX əsrin təqribən 80-ci illərindən başlayaraq Qərb siyasətçilərinin leksikonunda "insan haqları” ifadəsi özünə daha mühüm yer tutdu və "demokratik cəmiyyət” termini kontekstində siyasi subyektlərin hərəkətlərinə müsbət və yaxud mənfi qiymət meyarı kimi istifadə edildi. Analoji olaraq bir neçə termindən eyni məqsədlərlə istifadə olunmağa başlandı. Onu qeyd etmək lazımdır ki, siyasətdə bu kimi priyomu, adətən, hansısa ölkənin siyasi hakimiyyətinə qarşı tətbiq edirlər. Yəni həmin terminlərdən cəmiyyətin xeyrinə, hakimiyyətin isə əleyhinə olan faktorlar şəklində istifadə edilir. Onun da bir neçə istiqaməti daha çox qabardılır. Onların bəziləri aşağıdakılardır:

  • ümumbəşəri dəyərlərin qorunması;
  • millətlərin öz müqəddəratını təyin etməsi prinsipi;
  • insan haqları;
  • söz azadlığı;
  • vicdan azadlığı;
  • milli azlıqların hüquqları;
  • kiçik etnik qrupların qorunması;
  • siyasi və iqtisadi fəaliyyət azadlığı və s.

Bu kimii terminlərdən istifadə edərək təzyiq mexanizmi formalaşdırılır. Məsələn, "siyasi məhbus” ifadəsi. Deyək ki, bir ölkədə hansısa qanun pozuntusuna, cəmiyyətdə çaxnaşma, dağıntı, düşmənçilik, dözümsüzlük və s. yaratmağa çalışdığına görə insan məhkəməyə verilirsə, "siyasi məhbus” adını gündəliyə gətirir və həmin ölkəyə qarşı təzyiqlərə başlayırlar. Analoji qayda ilə millətlərin öz müqəddəratını təyin etməsi prinsipindən fərqli məqsədlərlə istifadə olunur.

Müasir beynəlxalq münasibətlərdə ikili standartlar siyasətini həyata keçirən mexanizmlər, bir qayda olaraq, beynəlxalq təşkilatlar, müxtəlif hüquqi qurumlar, KİV, siyasi və ictimai birliklər vasitəsilə reallaşdırılır. Siyasətçi isə sadalanan qurumlarda hazırlanan informasiyalardan sonra qiymətləndirmə başlayır.

Məsələn, İnsan haqları ilə məşğul olan hansısa beynəlxalq qurum Ermənistanda baş verən qanlı mart hadisələrini isə seçkinin nəticələrinə etiraz edənlərin hüquqlarının pozulması kimi yox, mövcud siyasi rejimin qorunması kimi qabardır. Azərbaycanda isə əksinə, oxşar prosesi siyasi hakimiyyətin əleyhinə yönəldirlər.

Bütün bunların sonucunda başqa bir beynəlxalq təşkilat Ermənistanı insan potensialının inkişafı səviyyəsinə, insan haqlarına əməl edilməsi dərəcəsinə və s. görə Azərbaycandan xeyli qabaqda göstərir.

Nəhayət, bütün bu fraqmentlər "vahid siyasi-ideoloji mərkəzdə” cəmləşdirilir və dövlətin mənfi imici formalaşdırılır. Burada isə məqsəd özlərinin maraqları çərçivəsində siyasi qərar qəbul etməkdir. Misal üçün, Ermənistanın Azərbaycana təcavüz faktını kağız üzərində elə formalaşdırır və mənalandırırlar ki, formal fiksasiyadan o tərəfə gedilmir. Burada Qərb siyasi təfəkkürünün bir incə hiyləsini (çaşdırıcı ideoloji priyomu) qeyd etmək gərəkdir.

İkili standartlar siyasətinin kökündə faktın özü yox, onun siyasi maraqlara uyğun təqdimatı durur. Buna elmdə "faktoloji” yanaşma deyirlər. Yəni hadisənin baş verməsini fakt kimi təqdim etmirlər, onun faktoloji təqdimatını verirlər.

Deyək ki, Dağlıq Qarabağı Ermənistan silahlı qüvvələri işğal edəndə Xocalıda soyqırımı törədiblər. Bunu sübut edən kifayət qədər faktlar vardır. Bu faktlar hadisənin mahiyyətini açan dəlillər kimi qəbul edilsə, soyqırım qərarı avtomatik qəbul edilir. Lakin bunun əvəzinə faktı müxtəlif kontekstlərlə bağlayaraq təqdim edirlər.

Məsələn, faktı qəbul edib, günahkarı cəzalandırmaq əvəzinə, onu "ortaq barış”, "gələcəyə baxmaq”, "xalqları bir-birinə düşmən etməmək” və s. kimi gəlişigözəl ifadələr kontekstində təqdim edirlər. Nəticədə, hadisə qismən pislənir, lakin onu törədənlərin məsuliyyətə cəlb olunması baş vermir. Beləliklə, cəmiyyətin bu kimi dolaşıq və mürəkkəb "zəka hiylələrini” dərk etməsi çətinləşir. Üstəlik, "qiymət verənlər” KİV vasitəsi ilə öz ideoloji tezislərini cəmiyyətə yayırlar. Həm dövlətin yanlış beynəlxalq imici formalaşır, həm də cəmiyyətin bütövlüyünün qorunması sual altına düşür.

Belə proseslərdə beynəlxalq təşkilatların xüsusi rolu vardır. Bu təşkilatlar "təntənəli poza” alaraq hakimi-mütləq kimi sənədlər qəbul edirlər. Həmin sənədlərdə göstərilir ki, Gürcüstanın ərazi bütövlüyü təmin edilməlidir. Lakin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi  göstərilmir.

Avropa İttifaqının son sənədlərinin birində bunu gördük. Bir neçə il Azərbaycanda "siyasi məhbus” oyununu apardılar, ancaq Ermənistanla bağlı heç bir hərəkət müşahidə edilmədi. AŞ PA-dan dalbadal nümayəndələr gəlib, Azərbaycanın ən ucqar kəndlərinə belə baş çəkir, milli azlıqların yaşadıqları evlərə gedir və onlarla maraqlanırdılar.

Bunun fonunda Ermənistanda azərbaycanlıların niyə "yoxa çıxdığı” heç kəsi maraqlandırmır. İndi Ermənistanda bir ovuc milli azlığın haqları haqqında danışan yoxdur. Gürcüstanda soydaşlarımıza qarşı bir neçə ilə aparılmış diskriminasiyaya görə rəsmi Tbilisiyə bir söz deyilməyib. Orada yaşayan soydaşlarımızın problemlərini gedib soruşan beynəlxalq təşkilat nümayəndəsi gözə dəymir.

ABŞ Konqresi hər il Ermənistana külli miqdarda yardım ayırır. Ən yaxşı halda onu bir il bir az azaldır, növbəti il artırır. Hətta Dağlıq Qarabağdakı qanunsuz rejimə belə müxtəlif bəhanələrlə yardımlar edirlər. Eyni zamanda, Cənubi Osetiyada və Abxaziyadakı rejimlərə fərqli münasibət göstərirlər.

Bu kimi misalların sayını artırmaq olar. Siyahı nə qədər uzansa da, problemin mahiyyəti zərrə qədər dəyişməyəcək – Azərbaycana qarşı Qərbin ikili standartlar siyasəti bütün intensivliyi ilə davam edir. ATƏT-in Minsk qrupunun həmsədrliyini Qərb (ABŞ və Fransanın timsalında)-Rusiya tandemi həyata keçirir. Burada da nəticə başqa təşkilatların mövqeyindən elə də fərqlənmir. Yeganə dinamika periodik olaraq dəyişən həmsədrlərin bölgəyə səfərləri zamanı şounun yaradılması və onların əliboş olmasıdır. Fransızlar demişkən, "bir şeyi sabit saxlamaq istəyirsənsə, hər şeyi dəyiş”, yəni ikili standartlar siyasətini sabit saxlamaq istəyirsənsə, həmsədrləri daim dəyiş. Ancaq hər şeyin bir sonu vardır. İkili standartlar siyasəti də sonda bumeranqa çevriləcəkdir.

New Times

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...