THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriya müxalifəti Cenevrə konfransını boykotla hədələyir

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1336
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 noyabr 2013 – Newtimes.az

Suriya Müxalif və İnqilabi Qüvvələrinin Milli Koalisiyası Cenevrədə keçirilməsi gözlənən sülh danışıqlarında iştirakının şərtlərini açıqlayıb. "Röyters" agentliyinin verdiyi xəbərə görə, şərtləri koalisiyanın başçısı Əhməd Cərba Ərəb Dövlətləri Liqasının üzvləri ilə görüş zamanı irəli sürüb.

Cərbanın dediyinə görə, danışıqlarda Suriya prezidenti Bəşər Əsədin istefasının konkret müddəti müəyyənləşdirilməsə, habelə Cenevrədə İran nümayəndələri iştirak etsə, Suriya müxalifətinin nümayəndələri danışıqları boykot edəcəklər.

Bundan əvvəl xəbər verilirdi ki, ayrı-ayrı müxalifət qrupları, o cümlədən Suriya Milli Şurası Cenevrə danışıqlarına qatılmaqdan imtina edib.

Xatırladaq ki, Suriya münaqişəsinin dinc tənzimlənməsi üzrə Cenevrədə keçiriləcək konfransa hazırlıq işləri ilə cari ilin sentyabrından bəri ABŞ və Rusiya məşğul olurlar. Bu ölkələrin xarici işlər nazirləri ümidvardırlar ki, konfrans cari ay baş tutacaq. Lakin görüşün dəqiq tarixi hələ açıqlanmayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...