THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriyanın gələcəyi

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9143
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 sentyabr 2013 – Newtimes.az

Aylardan bəri demək olar ki, heç bir siyasi zirvə yoxdur ki, orada Suriya problemi əsas gündəm mövzusu olmasın. Ən son G-20 zirvəsində də mövzu gündəmə gəldi, xəlbirlə su gətirildi. İmzalanan sənədlərin kağız parçasından başqa bir dəyəri yoxdur. Regional və qlobal proseslərin gündəmində yer alan Suriyanın gələcəyi ilə əlaqədar ehtimallar bu problemə müdaxilə edən aktorların sayı ilə mütənasibdir. Buna görə də, Suriyada mümkün mənzərələrin sayı olduqca çoxdur.

"Dəməşqdə indiki rəhbərlik devrilərsə vəziyyət daha mürəkkəbləşməzmi'' sualına cavab olaraq hörmətli Baş nazirimiz hər halda Əsədin getməsinin xeyirli olacağı cavabını verdi. Halbuki gözlənilən ABŞ müdaxiləsinin hədəfinin Əsəd və rejimini ortadan qaldırmaq olmadığı qətidir. Vaşinqtonun mütləq Əsədli bir Suriya istəməsinin hər şeydən əvvəl İsrail tərəfi vardır. Əgər Konqresdən qərar çıxarsa ABŞ müdaxiləsinin tək hədəfi "Əsədi şillələmək"dır. Beləcə, kimyəvi silah istifadə etdiyi üçün cəzalandırılmış, dünya ictimaiyyətinin qəzəbi soymuş olacaq. Bu vəziyyətdə Suriya siyasətinin təməlinə "Əsədsiz Suriya"nı yerləşdirmək boşuna əziyyət çəkməkdən əlavə, itkiyə səbəb olmaq mənasına gəlir.

Obamanın Suriyaya müdaxilə mövzusunu Konqresə göndərməsi mövzudan yayınmaqdır. ABŞ prezidentlərinin belə bir vəziyyətdə müdaxilə səlahiyyəti var. Obama daha əvvəl kimyəvi qaz istifadəsinin qırmızı xətt olduğunu bildirməsinə baxmayaraq məsələ öz boynunda qalınca bunun hər tərəfini nəzərə almışdır. ABŞ botinkasının Suriya torpaqlarına dəyməyəcəyi bir müdaxiləni belə tək başına gözə almamasının bır sıra haqlı səbəbi vardır. Respublikaçıların aparıcı qüvvəsinin dəstəyi ilə bu müdaxiləyə icazənin çıxma ehtimalı olsa da, çıxmama ehtimalı üçün də olduqca çox səbəb vardır. Bu təqdirdə Dəməşqdə daha güclü bir Əsəd ortaya çıxacaq. Daxili və xarici ictimaiyyətin qəzəbini yatırtmaq üçün müxalifətə daha çox silah və kömək göndərilməsi isə Əsədə Livan və İrandan daha çox döyüşçü gəlməsi ilə tarazlaşacaq. Yəqin ki, bir il sonra ölənlərin sayı 200.000-ə çatacaq.

Əsədsiz Suriyanın yaxşı olacağı zənninə qarşı yaxın tarixdən ibrət almaq mənasında Səddamsız İraqa dinclik gəlmədiyini xatırlayaq. Buşun son İraq səfərində jurnalistdən gələn çəkmənin səbəbi bu idi. İllərdir İraqda haradasa hər gün onlarla adam öldüyü halda Bağdadın xarabalığı gündən günə artmış, həyatda qalanların böyük hissəsi ya şikəst qalmış ya da sevdiklərini bomba uçqunları altında itirmiş, milyonlarla qadın və uşaq olduqca iyrənc bazarlara düşmüşdür. Bir insanın belə həyatı əzizdir, möhtərəmdir. Ancaq Səddamın ömrü boyunca qətl etdiyi qədər insanın bu gün bir neçə ayda ölməsinin də mənası vardır.

İraq kimi Suriya da bu gün xarabaya çevrilib, müəyyən mənada həyatını itirənlər sanki şanslı sayılır. Bu çarəsizlik, bu tükənmə, meydana gələnləri səssizcə müşahidə etmə imici verən İsrail üçün böyük imkanlar yaradır. Qolan yüksəkliklərindəki işğal tarixin səhifələrində unudulmuşdur. Digər tərəfdən yeni məskunlaşma yerləri səssizcə artmaqdadır, Qəzza bölgəsindəki mühasirə ilə ara-sıra mərmilərlə meydana gələn ölüm hadisələri Suriya kölgəsində sönük qalmaqdadır. Qeyd etmək lazımdır ki, İsrailin sərhəd qonşuları Suriya, Misir və İraq kimi ölkələrdə ABŞ siyasəti Yəhudi lobbisinin arzusu istiqamətində getməyə məcburdur. Parçalanmış bir İraq və ya Suriya, yaxud qaynayan bir Misir İsrail üçün böyük çıxış yoludur.

Yüz min ölüyə, şəhərlərin viranə hala gəlməsinə, simvolik qırmızı xətt kimi kimyəvi qazın istifadə edilməsinə baxmayaraq ABŞ Əsədli bir Suriya üçün təkid edir. Türkiyə bunun müqabilində yeni strategiya tətbiq etməkdə gec qalmışdır. Bəlkə də bu məsələdə tələyə düşürülmüşdür. Bundan bir və ya iki il əvvəl istər Dəməşqdən, istərsə də Rusiyadan gələn müraciətlərlə Türkiyənin yaşadığı sülh və uzlaşma zəmini Suriyanın bu gün giriftar olduğu fəlakətlərin yaşanmamasının təminatı ola bilərdi.

Əsədin daha çox qırğın törətməsinin qarşısının alınması istiqamətində başqa çıxış yolu yoxdur. Realpolitik, bu nöqtədə daha çox insanın ölməsinə əngəl olmaq, sonrakı mərhələdə Suriyanın parçalanmasının qarşısını almaq, Türkiyənin cənubunun daha çox sabitsizləşməsinə mane olmaq deməkdir. 2,5 ildir edildiyi kimi "nə olursa olsun, Əsəd getsin" isə "istərsə bir milyon adam ölsün, istərsə də Türkiyədəki qaçqınların sayı dörd mislinə çıxsın'' mənasına gəlir. Müxalifətə silah və sursatın Türkiyə üzərindən təmin edildiyi, sərhəd vilayətlərinin savaşan qruplar üçün qərargah halına gəldiyi iddiaları bir tərəfə dursun, ölkəmizin 30 ildir yaşadığı terrora qarşı sülh prosesinin bu səhv strategiyaya qurban getmə ehtimalı da az deyildir.

10 il sonra cənub sərhədimiz boyunca İsrailin dəstəyi ilə terrorist yuvası bir muxtar bölgə ilə Nusayrilərlə sünnilərin hər gün yüzlərlə itkin verdiyi Suriya görmək istəmiriksə, bu gün hər variantı qəbul edərək atəşkəs masasının qurulmasına liderlik etməliyik. Türkiyənin bunun naminə edəcəyi 180 dərəcəlik siyasət dəyişikliyi bölgə ilə əlaqədar bütün tarazlıqları alt-üst edəcək, ölməkdən və öldürülməkdən bihal olmuş tərəflərə qurtarıcı kimi yetişəcək. Əgər bir insanın belə ölməsini əngəlləyəcəksə, buna nə üçün gedilməsin? Əli qanlı bir diktatorun əlini sıxsan daha sonra əllərinizi sabunla təmizlərsiniz. Lakin səhv siyasətlərlə hər gün ölən yüzlərlə insandan biri belə geri qayıtmaz!

Prof.Dr. Alaeddin Yalçınkaya

USGAM rəhbərinin müavini

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...