THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriya: "qırmızı xətlərin müharibəsi"...

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11132
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 sentyabr 2013 – Newtimes.az

Prezident Obama topu Konqresə ataraq üzərindəki təzyiq və məsuliyyəti qismən azaltdı. Lakin bu, ABŞ-ın məhdud Suriya əməliyyatını həyata keçirməyəcəyi mənasına gəlmir. Çünki izlədiyi siyasət və çəkdiyi qırmızı xətt özünü belə bir əməliyyata "qismən" da olsa məhkum edib. Suriyanı qismən də olsa cəzalandırmazsa "daşındırıcılıq" gücünün, "qətiyyətinin" və "nüfuzunun" şübhə altına düşəcəyinə inanır.

Bu isə, ABŞ baxımından hegemon güc statusunun sarsılması deməkdir. Belə ki, Ağ Evdən edilən şərhlərə görə, bu addım atılmazsa Şimali Koreya, İran və "Hizbullah" daha da cəsarətlənəcək. Bu səbəbdən Suriya üzərindən bir mesajvermə ehtiyacı yaranmışdır.

Obamanın Konqresə hücumu isə "daşın altına birlikdə əlimizi qoyaq" mənasına gəlir. Necə olmasa da, ölkə daxilində müəyyən məsuliyyətləri var və edəcəyi hər səhv respublikaçıları Ağ Evə daha da yaxınlaşdıracaq. Burada başqa bir məqamı da unutmamaq lazımdır: Obama üzərindəki təzyiqlərə əvvəlki kimi müqavimət göstərmir (göstərə bilmir).

İndi onu belə bir qərara sövq edən səbəblərə və prosesdə hansı nəticələrə yol açacağına baxaq.

Obamaya "İngilis gedişi" ...

Görünən odur ki, İngiltərənin ortaq əməliyyatda iştirak etməyəcəyini bəyan etməsi, Obamanın qərarına təsir etmişdir. Ehtimal olunur ki, İngiltərənin tərəddüdü ABŞ-ın beynəlxalq arenada siyasi baxımdan əlini zəiflətdiyi kimi, daxildə də çətin vəziyyətə salacaq. Bu qərar, indidən ehtimal olunan əməliyyatın "legitimliyi" məsələsində böyük suallar yaradıb. Bu səbəbdən, görünən odur ki, Obama belə bir siyasi riski tək başına öz üzərinə götürmək istəmir.

İngiltərənin qərarında bu məqamların təsirli olduğu aydın olur: 1. İraq müharibəsində ictimaiyyətə deyilən "kimyəvi yalan" və buna görə təmkinli olma zəruriliyi; 2. "Yeni Suriya" prosesində ABŞ ilə razılaşmanın tam təmin edilə bilməməsi və arxa planda "İsrail faktoru"; 3. Suriya böhranının Liviyadan fərqli bir miqyas almağa başlaması; 4. Əsədə verilən dəstək; 5. Bunun meydana gətirdiyi "daşındırıcı təsir" və yeni bir bataqlıq ehtimalı.

Bu səbəbdən araya başqa qırmızı xətlər daxil olur ki, bunlar İngiltərə də daxil olmaqla Qərb ölkələrinin əhəmiyyətli bir hissəsini hətta məhdud bir əməliyyat üçün də tərəddüdə sövq edir. Bu əməliyyatın radikal bir nəticə verməyəcəyi kimi, əleyhlərinə bir "dərinləşmə" və "genişləmə" yaratma ehtimalı da vardır.

Rusiyanın qırmızı xətti ...

Rusiya, idarə olunan bir böhran siyasəti izləyir. Əlindəki alətlərdən təsirli şəkildə istifadə edən Moskva BMT Təhlükəsizlik Şurasındakı mövqeyi, sahədə Suriyaya və havadarlarına verdiyi hərtərəfli dəstəklə ön plana çıxır. Rusiyanın qırmızı xətti hər nə qədər Suriya kimi görünsə də, bu bir yanılmadır. Əsas qırmızı xətti bir milli maraq məsələsi kimi gördüyü İranın Suriya üzərindən dəstəklənməsidir. Belə ki Rusiya, İrana qarşı hücumu dünya müharibəsi səbəbi kimi dəyərləndirir. Bu bəyanatın İranın Suriyanı qırmızı xətti olaraq elan etməsinin ardından verilməsi də diqqət çəkir. Bu məqam birbaşa zəncirvarı müharibə ehtimalını gözlə önünə gətirir ki, bu da Qərb baxımından nəzərə alınan həssas bir qırmızı xətt kimi qarşımıza çıxır.

Çin: "Örtülü qırmızı xətlər " ...

Pekinin klassik böhran siyasəti burada da özünü hiss etdirir. Ön plana çıxmadan, arxa planda hər cür dəstəyi təmin edən Çin, ABŞ ilə gizli bir müharibə aparır. Bu baxımdan İran Çin üçün prioritet təşkil etməklə yanaşı, ABŞ-ın problemlər yumağına dolanması seçiminin də səbəbidir. Necə olmasa da, son hədəfin özü olduğunu dərk edir. Bu səbəbdən, ABŞ-a qarşı bir xətt deyil, səth strategiyası tətbiq edir. Bu da Suriyaya və "Müqavimət Cəbhəsi"nə dəstək mənasına gəlir.

İran: Qırmızı xətt müharibələrindəki "mərkəz ölkə" ...

"Yeni Yaxın Şərq" prosesində son hədəfin İran olduğu bəllidir. İran Suriyanı bir milli maraq məsələsi kimi görür. Suriyanı itirdiyində "Hizbullah" və digər qruplarla birlikdə Livan və İraqı da itirəcəyini dərk edir. Bu itkilərdən sonra İrana qarşı hərbi əməliyyat daha da asanlaşacaq. Bu səbəbdən Suriyaya qarşı bir hərbi müdaxiləni özünə qarşı başlanan müharibə elanı kimi qəbul edir. Belə ki, ABŞ-ın əməliyyat bəyanatından sonra Pekin və Moskvaya verdiyi qətiyyət mesajı bütün imkanlarını səfərbər edəcəyini söyləməsi bu baxımdan əhəmiyyətlidir. Bu da Suriya müharibəsinin əvvəl regional, sonra isə qlobal miqyasda bir müharibəyə cəlb olunma ehtimalı deməkdir.

Bəli, burada Qərblə müqayisədə "Müqavimət Cəbhəsi"nin ortaya qoyduğu "qətiyyət", "ardıcıllıq" "daşındırıcılıq" və "bütünlük" diqqətlərdən qaçmır. Məhz Obamanı və digərlərini düşündürən də bu məqamdır. Çünki, Suriya bu "qırmızı xətlər" səbəbindən real bir müharibə ərəfəsindədir ...

Dos. Dr. Mehmet Seyfəddin Erol

USGAM rəhbəri

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...