THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ və Rusiya-Çin münasibətləri: Pekinin hərbi imkanlarının artması fonunda

ABŞ və Rusiya-Çin münasibətləri: Pekinin hərbi imkanlarının artması fonunda
02 iyul 2020

Pandemiya həyəcanı qlobal güclərin mübarizəsini bir qədər arxa plana atsa da, son zamanlar yenidən maraqlı proseslər haqqında mətbuatda yazılar dərc edilir. ABŞ-ın "The National Interest" jurnalının bu kontekstdə apardığı bir araşdırma maraq doğurur. Nəşr rusiyalı ekspertlərin Çinin hərbi imkanlarının sürətlə artması fonunda bu ölkənin Rusiya ilə münasibətlərində hansı dəyişikliklərin ola biləcəyilə bağlı fikirləri ilə maraqlanıb. Cavabların analizi düşünməyə vadar edən nəticələr əldə etməyə imkan yaradır.

Pandemiya və multikultural dəyərlər

Pandemiya və multikultural dəyərlər
05 iyun 2020

Bəşəriyyəti yeni çağırışlar qarşısında çətin vəziyyətə salan koronovirus epidemiyası heç şübhəsiz ki, mövcud geosiyasi nizam və səhnədə də ciddi dəyişikliklərə əsas verir. Üçüncü minilliyin başlamasından cəmi 20 il keçməsinə baxmayaraq artıq əksər beyin mərkəzləri və analitiklər yenicə formalaşmağa başlayan geosiyasi konfiqurasiyanın konturlarının tamamilə yeni istiqamətdə dəyişəcəyini proqnozlaşdırırlar. Məlumdur ki, soyuq müharibədən sonrakı dövrün – XXI əsrin əsas siyasi doqması Qərbin təkqütblü dünya modeli olmuşdur. Çox təəssüf ki, bu modelin əsas meyarı "Mənim kimi düşünməyən mənimlə yanaşı ola bilməz'' fikri üzərində qurulmuşdu. Bu yanaşma isə dünya nizamının uzun müddət dayanıqlı ola bilməyəcəyi fikrini formalaşdırırdı. Bu həm də Qərbin dominantlığı altında mövcud dünya modelini yeni çağırışlarla qarşı-qarşıya qoyurdu.

Prezidentin növbəti Avropa zəfəri: "Şərq Tərəfdaşlığı"nda yeni mərhələ (III yazı)

Prezidentin növbəti Avropa zəfəri: "Şərq Tərəfdaşlığı"nda yeni mərhələ (III yazı)
29 may 2020

Azərbaycan bütün qətiyyəti ilə öz suveren mövqeyini müdafiə etdi və irəli sürdüyü yeni əməkdaşlıq paketindən vaz keçmədi. Azərbaycan Prezidentinin bu təşəbbüsündə Aİ ilə əlaqələr "Şərq Tərəfdaşlığı" çərçivəsində də strateji aspektdə öz real ifadəsini tapıb. Yəni Azərbaycan rəhbərliyi Brüsselin istədiyi kimi Aİ-nin geosiyasi marağına uyğun olaraq keçici, müvəqqəti və daha çox qurumun marağına cavab verən əməkdaşlıq formulunu qəbul etmir. Assosiativ üzvlüyün şərtləri bunu tələb edir. Onu qəbul edən dövlətlər birbaşa Aİ-nin istəklərinə uyğunlaşmalıdır, o cümlədən ərazi bütövlüyü məsələsində də hansısa güzəşti qəbul edə bilər. İndiki vəziyyət göstərir ki, Aİ assosiativ üzvlük çərçivəsində Ukrayna, Moldova və Gürcüstana təzyiqlərini getdikcə artırır. Bu, müstəqil dövlətin strateji maraqlarını nəzərə almamaq deməkdir.

Prezidentin növbəti Avropa zəfəri: "Şərq Tərəfdaşlığı"nda yeni mərhələ (II yazı)

Prezidentin növbəti Avropa zəfəri: "Şərq Tərəfdaşlığı"nda yeni mərhələ (II yazı)
25 may 2020

Biz Avropa İttifaqı (Aİ) Şurasının 11 may 2020-ci ildə qəbul etdiyi sənədlə bağlı silsilə yazıların ikincisini təqdim edirik. Bu hissədə bundan öncəki sənəddə müəyyən edilən iyirmi məqsədin necə reallaşdığını və onun yeni sənəddə necə ifadə edildiyini təhlil etməyə çalışacağıq. Bu, sonrakı mərhələdə Aİ-Azərbaycan münasibətlərinin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində inkişaf dinamikasını daha aydın təsəvvür etmək üçün lazımdır. Eyni zamanda, həmin analizdən sonra Azərbaycan rəhbərliyinin vurğulanan istiqamətdə atdığı səmərəli addımların, həyata keçirdiyi islahatlar proqramının və diplomatik peşəkarlığının bir sıra cəhətlərini görmək imkanı yaranacaq.

Prezidentin növbəti Avropa zəfəri: "Şərq Tərəfdaşlığı"nda yeni mərhələ (I yazı)

Prezidentin növbəti Avropa zəfəri: "Şərq Tərəfdaşlığı"nda yeni mərhələ (I yazı)
20 may 2020

Nəhayət, sükut pozuldu. Qlobal koronavirus pandemiyasının yaratdığı geosiyasi və informasiya burulğanı fonunda Avropa İttifaqı (Aİ) da daxil olmaqla, böyük güclərin xarici siyasətdə atacaqları konkret addımlar sanki "yaddan çıxmışdı". Dövlət başçıları əsasən pandemiyanın meydana gətirdiyi yeni dünya mənzərəsini analiz etməyi və ondan çıxış yollarını axtarmağı önə sürürdülər. Reallıqda isə həmin güclər heç biri praktiki təkliflə çıxış etmirlər. Nəticədə, dünya geosiyasi qarışıqlığın və risklərin getdikcə artdığı meydanı xatırladır. Bunun fonunda Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı ilə bağlı atdığı addımlar ekspertlərin marağına səbəb olub. 2020-ci ildən sonra həmin istiqamətdə Brüsselin nəzərdə tutduğu əməkdaşlıq şərtləri üzərində geniş dayanmağa ehtiyac gördük.

ABŞ-Azərbaycan münasibətlərinin inkişafı: Trampın məktubunun geosiyasi məqamları

ABŞ-Azərbaycan münasibətlərinin inkişafı: Trampın məktubunun geosiyasi məqamları
18 may 2020

Amerika Prezidenti Azərbaycanın dövlət başçısına Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Donald Tramp məktubunda iki ölkə arasındakı münasibətlərin məzmunu və perspektivləri ilə bağlı maraqlı məqamları vurğulayıb. Həcmi qısa olan məktubun məzmunu dərindir və orada geosiyasi kontekstdə əhəmiyyətli fikirlər ifadə edilib. Həmin fikirlər Azərbaycanla ABŞ arasında münasibətlərin müxtəlif istiqamətlərini, ondan hər iki ölkə xalqlarının faydalanmasının zəruriliyini və bunun bütövlükdə dünya üçün əhəmiyyətini əks etdirir.

Azərbaycan Prezidentinin təşəbbüslərinə böyük maraq: humanizm və yeni əməkdaşlıq modelləri nümunəsi

Azərbaycan Prezidentinin təşəbbüslərinə böyük maraq: humanizm və yeni əməkdaşlıq modelləri nümunəsi
14 may 2020

Koronavirus pandemiyası hər bir dövlətin nəyə qadir olduğunu bir daha ortaya qoydu. Bu bəlaya dünya dövlətləri fərqli reaksiya verdilər. Çətin sınaq qarşısında hadisələrdən təşvişə düşənlər və sistemsiz hərəkət edənlər də oldu. Hətta bir sıra dövlətlər baş verənlərə laqeyd belə qaldılar. Onların fonunda Azərbaycan dövlətinin fəaliyyəti olduqca təqdirəlayiq görünür. Prezident İlham Əliyev qlobal pandemiya böhranı şəraitində çox səmərəli və kollektiv fəaliyyətə dəvət edən təşəbbüslər irəli sürdü. Beynəlxalq ictimaiyyət bu təşəbbüslərə laqeyd qalmadı. Maraqlı reaksiyalar oldu. Siyasi dairələr və ekspertlər bu təşəbbüsləri yüksək qiymətləndirdilər.

Fenomenal liderlik və mükəmməl idarəçilik örnəyi

Fenomenal liderlik və mükəmməl idarəçilik örnəyi
09 may 2020

Uzunmüddətli tarixi mücadilə nəticəsində istiqlalına qovuşaraq dünya miqyasında özünütəsdiq imkanı qazanmış hər bir xalqın təkamül və tərəqqi yolunun uğurları məhz ümummilli lider amili ilə şərtlənmişdir. Konkret siyasi şəraitdə taleyüklü qərarlar qəbul etmək, kütləni arxasınca aparmaq məharəti ilə seçilən belə dahi şəxsiyyətlər uzaqgörənliklə cızdıqları yol xəritəsi ilə mənsub olduqları dövlətlərin gələcək mövcudluğuna da etibarlı təminat yaratmışlar. Elmi-texniki, humanitar və mədəni intibahda tamamilə yeni mərhələ açan, innovasiyalar əsri kimi səciyyələnən XX yüzillikdə belə liderlərin öz xalqlarının taleyində oynadıqları misilsiz xidmətlər daha qabarıq diqqət çəkmişdir. Belə siyasi liderlərin yüksək idarəetmə məharəti onların rəhbərlik etdiyi dövlətlərin və xalqların taleyində müstəsna rol oynamışdır.

Paşinyanın məntiqsiz mövqeyi: Ermənistan-Azərbaycan münaqişəsinin həllinin və daxili vəziyyətin təhrif olunmuş mənzərəsi fonunda

Paşinyanın məntiqsiz mövqeyi: Ermənistan-Azərbaycan münaqişəsinin həllinin və daxili vəziyyətin təhrif olunmuş mənzərəsi fonunda
28 aprel 2020

Nikol Paşinyanın Ermənistan mətbuatının "sensasiya" kimi təqdim etməyə çalışdığı fikirləri reallıqda erməni baş nazirin çox çətin vəziyyətə düşdüyünü göstərir. O, düşdüyü bataqlıqdan adəti üzrə yalan və şantajla çıxmağa çalışır. Ancaq hər tərpənişində daha da dərinə batır. Çünki haqsız və ədalətsizdir. Belə vəziyyətdə olanlarda nə real hərəkət ola bilir, nə də məntiq.

Paşinyanın məntiqsiz mövqeyi: Ermənistan-Azərbaycan münaqişəsinin həllinin və daxili vəziyyətin təhrif olunmuş mənzərəsi fonunda

Paşinyanın məntiqsiz mövqeyi: Ermənistan-Azərbaycan münaqişəsinin həllinin və daxili vəziyyətin təhrif olunmuş mənzərəsi fonunda
21 aprel 2020

Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın Qafanda keçirdiyi mətbuat konfransını hələ də sensasiya kimi təqdim etməyə çalışır. Orada N.Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların "real" vəziyyəti haqqında dedikləri xüsusilə qabardılır. Əlbəttə, münaqişənin həlli çox aktualdır. Lakin N.Paşinyan həmişə olduğu kimi, yenə də problemin həqiqi həlli naminə danışmayıb. O, Ermənistanın daxili vəziyyəti və xarici siyasətinin bataqlıqda olduğunu ört-basdır etmək üçün yeni yalanlar uydurub. Həm də bu zaman özü də bilmədən məntiqsizlik sahəsinə düşüb. Burada Ermənistanın geosiyasi, iqtisadi, hərbi və təhlükəsizlik aspektlərində qarşılaşdığı problemlərin daha da çoxalması ilə yanaşı, rəsmi İrəvanın konkret çıxış yolu ortaya qoymamasının da rol oynadığı aydın görünür.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...