THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qərbdə polis zorakılığı: demokratiyanın yeni böhranı?

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
17511
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 iyun 2013 – Newtimes.az

Son illər Avropa İttifaqına daxil olan ölkələrdə sosial-iqtisadi problemlərin çoxalmasına etiraz edənlərin sayı artıb. Xüsusilə, gənclər təşkilatlanaraq müxtəlif tələblər irəli sürür, kütləvi aksiyalar keçirirlər. Son olaraq Almaniya, İngiltərə, İspaniya və Yunanıstanda etiraz tədbirləri təşkil edilib. Bunların hər birinə rəsmi dairələr eyni reaksiya veriblər – polis zorakılıqlar törədib. Düşündürücüdür ki, bu hadisələrin fonunda Avropa İttifaqı başqa dövlətləri zorakılıq işlətməkdə suçlayıb. Səbəb nədir?

"Blockupy”nin etirazlarına antidemokratik cavab

Qərb cəmiyyətlərində sosial, iqtisadi və mədəni problemlərin getdikcə çoxaldığı faktdır. Avropanı bürümüş maliyyə böhranı bunun təzahürlərindən biridir. Artıq orada əvvəlki qətiyyət və inamla inkişaf, sabitlik və tərəqqidən danışa bilmirlər. Bu ifadələrin yerini etiraz aksiyaları, Avrozonanın problemləri, antiqlobalistlərin tədbirləri, dini dözümsüzlük, irqçilik və sair kimi terminlər tutmağa başlayıb. Qərb indi gənclərin təşkil etdikləri müxtəlif hərəkatlardan ehtiyatlanır. Hadisələr göstərir ki, Qərb demokratiyası, obrazlı desək, "bu imtahanları” verə bilmir.

Bu günlərdə Avropa İttifaqının bir neçə ölkəsi Avropa Mərkəzi Bankının fəaliyyətinə olan etiraz dalğalarından silkələndi. Almaniyanın Frankfurt şəhərində "Blockupy” hərəkatı kütləvi aksiyalar təşkil etdi. Tədbirdə 20-25 min insanın iştirak etdiyi bildirilirdi. Etiraz tədbirləri London, Madrid və Lissabonda da keçirilmişdi. İnsanlar müxtəlif tələblər irəli sürürlər. Onların əksəriyyəti sosial mahiyyətlidir. Məsələn, Frankfurtda cəmiyyətin maliyyə böhranından əziyyət çəkən təbəqələrinə dəstək aksiyaları keçirilib.

Statistik məlumatlara görə, Avropa İttifaqının bir neçə ölkəsində (İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan və s.) cəmiyyətin orta səviyyəli qazanca sahib qisminin gəlirləri sürətlə azalır. Bu, yüksək gəlirlərə malik sosial təbəqənin daha da varlanması fonunda baş verir. Avropalılar hökumətləri həmin prosesin qarşısının alınmasına çağırırlar. Başqa bir tələb Avropa Mərkəzi Bankının yeritdiyi maliyyə siyasətinə son qoyulması ilə bağlıdır. Avropa İttifaqının bəzi ölkələrində vəziyyət son dərəcə pisləşib ki, bunun qarşısını almaq üçün təşkilata üzv olan digər dövlətlər müəyyən qurbanlar verməli olurlar. Buna həmin ölkələrin vətəndaşları etiraz edirlər. Belə bir tendensiya ümumilikdə Avropadakı inteqrasiya proseslərinin çətinliyə düşdüyünü ifadə edir.

Bu kimi proseslərin fonunda BMT-nin nəzdində olan Ümumdünya Əmək Təşkilatının (ÜƏT) bir məlumatı diqqəti çəkir. ÜƏT-in yaydığı informasiyaya görə, Avropa İttifaqına üzv olan 24 dövlətdən 17-də xaos yaranması riski artıb. 2006-cı ildə bu 34% idisə, 2012-ci ildə 46% olub (bax: Европа на грани беспорядков, www.rupor.info, 5 iyun 2013). Əsas səbəb kimi maliyyə və iqtisadi böhran göstərilir. Konkret desək, bu gün Qərb cəmiyyətlərində müşahidə edilən etiraz aksiyalarının kökündə getdikcə kəskinləşən sosial-iqtisadi çətinliklər durur. Belə bir vəziyyətə demokratik dövlət necə reaksiya verməlidir?

Məsələnin bu aspekti çox düşündürücüdür. Təcrübə göstərir ki, Qərbin inkişaf etmiş ölkələri öz daxillərində yaranan problemləri demokratik yolla həll etmək əvəzinə, iki antidemokratik, qeyri-insani və qeyri-humanist üsula baş vurur. Birincisi, etiraz edənlərə qarşı polis zorakılığı tətbiq edilir. İkincisi, sürətlə inkişaf edən ölkələrə maneələr törədilir, onlar zorakılıqda ittiham edilir, şər-böhtan atılır.

Avropa polisinin "sivil dəyənəyi”

Avropa son illər polis zorakılığının ən çox tətbiq edildiyi regionlardan birinə çevrilib. "Blockupy” hərəkatına qarşı bibər qazı və zopalardan istifadə edən alman polisi tədbir iştirakçılarına divan tutub. Aksiya iştirakçılarının tələblərinə hökumət heç bir reaksiya verməyib. Aydın olur ki, Avropa İttifaqında fərqli düşünənlərlə bağlı hansısa demokratik tədbir görmək fikrində deyillər. London, Madrid və Lissabon küçələrində də polisin hərəkəti onların Frankfurtdakı həmkarlarından fərqlənmir. Diqqət çəkən odur ki, Qərb ölkələrində rəsmilər etiraz edənlərin mövqeyini müzakirə etməyə belə ehtiyac görmürlər. Onların yalnız bir reaksiyası olur: polis dəyənəyi ilə etirazçıları susdurmaq! İndi ekspertlər Qərbdə belə bir prosesin getdiyini vurğulayırlar.

Cəmiyyətdə məqsədli şəkildə anti-demokratik proqramlar qəbul edən gənclər təşkilatları meydana gəlir (bax: РИСИ представляет: кризис Запада. Америка атакует Европу, www.km.ru, 26 dekabr 2011). Analitiklər bu tendensiyanı təsadüfi hesab etmirlər. Məsələn, italyan siyasi nəzəriyyəçisi Danilo Zolo Qərbin demokratiya yolunda irəlilədiyinə şübhə ilə yanaşdığını yazır. Onun fikrincə, söhbət daha çox bu anlayışın mürəkkəbləşməsindən getməlidir (bax: Данило Дзоло. Демократия и сложность: реалистический подход. М.: Высшая школа экономики, 2010, 320 s.). İtalyan alim konkret olaraq göstərir ki, Qərb keçən müddətdə daha da demokratikləşməyib. Əksinə, onun bu anlayış haqqında təsəvvürləri dolaşıb (bu mənada mürəkkəbləşib). Şübhə yoxdur ki, Qərbin özündə bu kimi mövqelər təsadüfən formalaşmır. Onların təməlində cəmiyyətdə özünü göstərən yeni sosial, iqtisadi, siyasi, mədəni, ekoloji və əxlaqi problemlərin demokratik üsulla həll edilməsi imkanlarının tükənməsi durur. Bu isə çox ciddi məsələdir, çünki bütövlükdə sosial-mədəni mühitin dəyişilməsini nəzərdə tutur. Məhz həmin aspekti indiki Qərb siyasi partiyaları qəbul edə bilmirlər. Onların əsas "həll yolu” hələlik polis dəyənəyidir.

Məsələ bununla bitmir. Dillərindən "demokratiya” və "fərqli düşüncə sahibləri ilə dialoq” kəlmələri düşməyən Qərb siyasətçiləri başqalarını ittiham etməyə çox həvəs göstərirlər. Onlar hər fürsətdə bu terminologiyadan istifadə edərək, digərlərini anti-demokratik davranmaqda suçlamağa çalışırlar. Azərbaycanda bir yaxşı misal var: "Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır”! Problemin daha düşündürücü tərəfi başqa bir məqamla bağlıdır.

Biz, sürətlə inkişaf edən müsəlman ölkələrinə qarşı sərt və ikili standarta əsaslanan mövqelərin mövcudluğunu nəzərdə tuturuq. Türkiyədə, Pakistanda və ya Azərbaycanda kiçik bir hadisə baş verən kimi "insan haqları”, "söz azadlığı”, "tolerantlıq” kimi gəlişigözəl sözlər Qərb mediasının manşetlərinə çıxarılır. Müxtəlif beynəlxalq təşkilatların bəyanatları səsləndirilir. Azərbaycanda "İnternetdə kimsəni təhqir etmək olmaz” deyəndə dərhal "ifadə azadlığı məhdudlaşdırılır”, deyə bağırırlar. Türkiyədə etirazçılara qarşı zorakılıq geniş təbliğ olunur, əlavə olaraq, uydurmalar yazılır, ittihamların ardı-arası kəsilmir. Avropanın mərkəzində isə etirazçıları dəyənəklə döyür, təhqir edir, baş-ayaq polis avtobuslarına atırlar, heç bir təşkilat bəyanat vermir. Vaşinqton susur, Paris haqq qazandırır, Berlin isə ictimai qayda-qanundan dəm vurur. Çox qəribədir ki, təxminən eyni vaxtda hansısa müsəlman ölkəsini nədəsə qınayan bəyanatlar da verilir.

Bütün bunların dünyadakı geosiyasi, siyasi və iqtisadi vəziyyətə mənfi təsir etdiyi bilinməlidir. Çünki hər kəs eyni bir hadisəyə fərqli münasibəti görür. Həmin üsulla demokratiyanı nəinki yaymaq olar, hətta ona böyük zərbə vurmaq mümkündür. Faktiki olaraq, Qərb ölkələri bununla məşğuldurlar. İndi orada islamofobiya adi hala çevrilib. Bir-birinin ardınca tarixdə görünməmiş cinayət üsulları "ixtira” edilir. Bu prosesin daha geniş miqyasda sosial-siyasi partlayış yarada biləcəyinə şübhə yoxdur.

Bunlarla yanaşı, Qərb öz sürətli inkişaf yolunu tapmış dövlətləri çətin vəziyyətə salmağa çalışır. Pis nümunədir. Bu xətt bütövlükdə bəşəriyyəti çox çətinlikərə sürükləyə bilər. Qlobal xaosun dərinləşməsinə səbəb olar. Mədəniyyətlər və dinlərarası dialoqun perspektivləri çox zəifləyər. Bundan heç bir dövlətin qazanc götürəcəyinə ümid etmək mümkün deyil. Bəs belə isə, nəyə görə Qərb ölkələrinin ikili standart siyasətləri dəyişmir?

Doğrudan da, düşündürücü məsələdir. Görünür, onlar xilas yolunu tapa bilmirlər. Bu səbəbdən başqalarını da öz günlərinə salmağa çalışırlar. Almaniya, İngiltərə, İspaniya və Yunanıstanda polisin etirazçılara qarşı çox sərt davranması onu göstərir ki, Avropa yeni radikal siyasi partiyaların yaranması ərəfəsindədir. Totalitar dövlətlərdə olduğu kimi, Avropa ölkələrində də zorakılıq adiləşir. Keçən əsrdə bu cür tendensiya Avropada Hitleri, Mussolinini meydana gətirdisə, indi daha radikal bir siyasətçi ortaya çıxa bilər. Bu halda Qərb demokratiyasının aqibəti necə olacaq?

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...