
Bakı, 1 aprel 2013 – Newtimes.az
KXDR hakimiyyəti Cənubi Koreya ilə "müharibə vəziyyəti"nə girir. Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən "Röyters" xəbər verir.
Şimali Koreyanın bütün dövlət orqanlarına göndərilmiş bəyanatda deyilir ki, bundan sonra "iki Koreya arasında bütün məsələlər müharibə dövrü şərtlərinə uyğun həll olunacaq". Bəyanatda həmçinin Pxenyan xəbərdarlıq edir ki, Seulun mümkün təxribatı təqdirində hərbi döyüşlər başlaya bilər.
Yeri gəlmişkən, bu ay Pxenyan
bildirib ki, Cənubi Koreya ilə ABŞ-ın birgə hərbi təlimlərinə etiraz əlaməti
olaraq Seulla imzaladığı bütün sülh sazişlərindən çıxır. Martın 29-da isə
KXDR-in lideri Kim Çen İn raket qoşunlarının hazırlıq vəziyyətinə gətirilməsi
barədə əmr imzalayıb.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...