Qərb analitikləri və ekspertləri qlobal geosiyasətdə müşahidə edilən prosesləri qiymətləndirməkdədirlər. Onlar bütövlükdə vəziyyətin mürəkkəb və riskli olduğunu etiraf edirlər. Bunun səbəbi kimi Amerikanın uzun müddətdir ki, həyata keçirdiyi xarici siyasətin məzmununa işarə verirlər. Vaşinqton öz maraqlarını təmin etmək üçün dünyanın istənilən regionuna müdaxilə edə bilir. Onun İraqda, Əfqanıstanda, indi də Ukraynada atdığı addımlar bunun əyani sübutudur. N.Çomski və...
İŞİD terror təşkilatının İraqda həyata keçirdiyi hərbi əməliyyatlar regionda zəncirvarı proseslərə təkan verib. Yaxın Şərq boyu bir-birinin ardınca gərginliyi yüksəldən hadisələr müşahidə edilməkdədir. Bir tərəfdən, İraqın ərazi bütövlüyü məsələsi aktuallaşıb, digər tərəfdən də İsrail-Fələstin münaqişəsi yeni miqyas alıb. İŞİD-in üzvləri İsraillə savaşmağa gedə biləcəkləri haqqında informasiyalar yayırlar. Rəsmi Təl-Əviv isə Qəzzəni bombalayır və hətta quru hərəkatı başlayacağını da bəyan edir. Suriyada da vəziyyət gərginləşib...
Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində dövlət başçısı İlham Əliyev dərin məzmunlu və geniş əhatəli nitq söyləyib. Xarici siyasətin mövcud vəziyyəti və onun inkişaf istiqamətləri haqqında fikirlər söyləyən ölkə rəhbəri çox vacib məqamlara toxunub, bu sırada Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında duran mühüm vəzifələri dəqiq ifadə edib. Xarici siyasətdə əldə edilən uğurlar müasir mərhələnin tələbləri...
"İraq və Şam İslam Dövləti" adlanan terror təşkilatı bütün Yaxın Şərqi qorxu altında saxlamaqda davam edir. Rəsmi Bağdadın ona qarşı qətiyyətli mübarizə apara bilməməsi və bəzi siyasətçilərin verdikləri bəyanatlar bir çox suallar yaradır. O cümlədən, İraq kürdlərinin lideri olan M.Bərzaninin kürdlərin müstəqil dövlət qurmaq iddiasında olduğunu açıqlaması regionda vəziyyəti gərginləşdirib. Hazırda İraqda baş verən hadisələrin qlobal geosiyasətlə əlaqəsi məsələsi aktuallaşıb. Bu kontekstdə...
Bir müddət əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edib. Bununla yanaşı, bir sıra dövlətlərin rəhbərləri, o cümlədən Fransa Prezidenti Fransua Olland, Avropa Şurasının yetkililəri qeyd ediblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün addımlar atmaq lazımdır. Hətta Fransua Olland deyib ki, onun ölkəsi də bu məsələdə çox fəal iştirak etməyə hazırdır. İndi həm Fransa, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri...
AŞPA-nın sessiyasında Azərbaycanın dövlət başçısı İlham Əliyev nitq söyləyib. Prezident çıxışında regional və qlobal geosiyasət üçün aktual olan bir sıra məqamlara toxunub. O cümlədən, beynəlxalq hüququn normaları və prinsiplərinə əməl edilməsi zərurətini bir daha ortaya qoyub. Münaqişələrin həllinə məhz bu aspektdə yanaşmağı doğru hesab edən İlham Əliyev dünya ictimaiyyətinin diqqətini BMT TŞ-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin indiyə qədər həyata keçirilməməsinə yönəldib...
Hazırda dünya miqyasında müşahidə olunan iqtisadi tənəzzül Qərbin multikultural dəyərlərinə öz mənfi təsirini göstərir. Belə ki, Avropada iqtisadi böhran, xüsusən də işsizlik səviyyəsi yüksək olan ölkələrdə yeni sakinlərə münasibət daha aqressivdir. Fransanın "Le Parisien Dimanche" qəzeti Avropa İttifaqına üzv ölkələrdə işçi miqrantların sərbəst hərəkətinə məhdudiyyət qoyulması ilə əlaqədar keçirilən referenduma fransızların münasibətini öyrənmək məqsədilə rəy sorğusu keçirmişdir...
ABD çekilirse
Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.
Davamı...