THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Dəyişən dünyada sülh problemləri və Dağlıq Qarabağ münaqişəsi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6338
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Elmi ədəbiyyatlarda sülh həm dar, həm də geniş mənalarda işlənilən bir məfhumdur. Geniş mənada sülh həmçinin sosial ədalət məsələsini ozündə ehtiva etsə də, əksər müəlliflər bu məfhumu daha çox dar mənada istifadə etməyə meyl edirlər. Belə ki, sülh dedikdə ilk növbədə birbaşa, şəxslərə yönəlmiş zorun, güc tətbiqinin aradan qaldırılması nəzərdə tutulur. İnsanlara qarşı bu formada güc tətbiqi isə əsasən müharibələr zamanı baş verir. Bu baxımdan sülh bəşəriyyətin həm də beynəlxalq müstəvidə qorumalı olduğu ən yüksək dəyərdir. Sülh olmayan yerdə digər bəşəri dəyərlərin praktiki olaraq əhəmiyyəti qalmır. İbarəli desək, sülh hər şey demək deyilsə də, sülhsüz hər şey heç nə deməkdir.

Ümumən, dünyada bu gün söz və güc sahibi olan dövlətlər böyük müharibələrin baş verməsində maraqlı görünmürlər. Çünki ən azından belə müharibələr asanlıqla dünya və ya nüvə müharibəsinə çevrilə bilər ki, bundan da heç bir tərəf qalib çıxmaz. Tarixə baxdıqda məsələn I və II dünya müharibələri arasında yalnız 20 il sülh “fasiləsi” olmuşdursa da, son dünya müharibəsindən artıq 70 ilə yaxın sülhlə müşayiət olunan bir müddət keçir. Amma bu günün gerçəkliyi həm də odur ki, dünyada tam sülh şəraitinin bərqərar edilməsi və müharibələrsiz bir dünya düzəninin formalaşması obyektiv olaraq mümkün deyil. Bunun üçün dünya çox böyük və “rəngarəng”-dir. Belə ki, regional və lokal müharibələrin baş verməsi gələcəkdə də istisna deyildir.

Bununla yanaşı qloballaşan dünya düzənində ən mühüm tendensiya olaraq bu gün beynəlxalq güc tarazlığı dəyişir (global power shift). Bu ilk növbədə tarazlığın Qərbdən Şərqə meyllənməsi şəkilində baş verir. Xüsusən də Çin və Hindistanın timsalında yeni böyük güclərin meydana gəlməsini qeyd etmək olar. Digər tərəfdən isə başda ABŞ olmaqla Qərb dünya hegemonluğunu itirməyə və bununla 90-cı illərin birqütblü dünya düzəni artıq çoxqütblü olmağa başlamışdır.

Maraqlı məqam ondan ibarətdir ki, tarixən bu cür qlobal tarazlıqların dəyişməsi həmişə müharibələrlə müşahidə olunub. Bu baxımdan sülh ideyası, missiyası xüsusən aktual bir məsələyə çevirilib. Tədqiqatçıları düşündürən əsas suallardan biri odur ki, hansı şərtlər təmin olunmalıdır ki, qlobal güc tarazlığının dəyişməsi müharibələrsiz, sülh yolu ilə həyata keçsin.

Amma qlobal güc tarazlığının dəyişməsi şəraitində bu tarazlığın “sərhədlərində” yaranmış regional və lokal münaqişələrin qızışması istisna deyil. Belə münaqişələrdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. İlk növbədə Qarabağ münaqişəsinin beynəlxalq dairələrdə necə qəbul edilməsi məsələsinə toxunmaq lazımdır.Aydındır ki, geniş mənada həqiqətin, gerçəkliyin necə olmasından çox onun necə qəbul edilməsi daha önəmlidir. Bu cəhətdən Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq dairələrdə münasibətin həm də bir qavranılma məsələsiolması qənaətinə gəlmək olar. Hər bir məsələ kimi Qarabağ məsələsi də yaxınlığından və uzaqlığından, habelə “istiliyindən” və “soyuqluğundan” asılı olaraq müxtəlif güclər tərəfindən fərqli qəbul olunur.

Bəs qlobal güc tarazlığının dəyişdiyi bir dövrdə Qarabağ münaqişəsinə beynəlxalq münasibət özünü konkret necə büruzə verir? İlk növbədə Qərbdə böyük bir regional münaqişə kimi, hətta demək olar ki, postsovet məkanının ən çətin problemi kimi qəbul olunsa da, regionun çox mürəkkəb geosiyasi durumu ilə əlaqədar, xüsusən də Azərbaycanın müxtəlif güclərin maraq dairələrinin kəsişdiyi bir ölkə olduğuna görə kənar təsirlər münaqişənin effektiv həlli üçün əlverişli deyil. Azərbaycan münaqişə nəticəsində böyük ziyan çəkib ki, bu da ölkənin iqtisadi və siyasi həyatına təsirsiz ötüşməyib. Burada əsas qane etməyən məqam beynəlxalq güclərin münaqişənin sülh yolu ilə həlli prosesində işğalçı dövlətə açıq siyasi təzyiqlər etməməsidir. Türkiyədən başqa region dövlətləri də Ermənistanı təcavüzkar adlandırmayıb.

Digər tərəfdən isə son illər Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas təşəbbüsün Rusiyanın əlində olması aydın şəkildə görünür. Qərb gücləri də bunun belə olmasını qəbul edirlər. Onlar hesab edirlər ki, ilk növbədə beynəlxalq müstəvidə yenidən güclənmiş Rusiyanın iradəsinə qarşı münaqişənin həlli qeyri-mümkündür. Qarabağ münaqişəsinin ədalətli həllinin ABŞ və Avropa İttifaqının əsas maraq dairəsində olmadığını nəzərə aldıqda, onların münaqişənin həllində daha çox seyrçi mövqe tutması göz qabağındadır.

Bundan başqa Qərbdə ümumi fikir həm də belədir ki, Ermənistan və Azərbaycan kiçik dövlətlərdir və onların arasındakı münaqişə dünya sülhü üçün o qədər də əhəmiyyət kəsb etmir. Yəni qismən səthi bir yanaşma var. Hesab edilir ki, münaqişə ilə bağlı bir hərbi-siyasi status-kvo formalaşıb, nisbi “sakitlikdir”, müəyyən regional layihələr həyata keçirilir və sair. Yəni problemin həllinə “aktual” motivi görməməklə yanaşı həm də hazırkı duruma bir “öyrəşmə” effekti diqqəti cəlb edir. Nəyi isə dəyişmək üçün müəyyən resurslar, səylər tələb olunur ki, Qərb güclərinin buna hələ hazır olmadığı görünür.

Qarabağ münaqişəsinə beynəlxalq münasibətlə bağlı başqa məsələ isə erməni diasporasının rolu və erməni xalqının beynəlxalq arenada tarixən formalaşmış qurban imici ilə bağlıdır. Qərbdə, eləcə də Rusiyada hesab edirlər ki, Ermənistan tərəfini elə də “sıxışdırmaq” olmaz. Bundan dolayı həm Qərb, həm də Rusiya əsas olaraq ona çalışır ki, iki ölkə arasında “müharibəsizlik” şəraiti davam etsin. Habelə konkret olaraq Ermənistanın münaqişə ilə bağlı hazırkı durumda əsas günahkar olması müəyyən dairələrdə hələ də qəbul edilmir.

Azərbaycan torpaqlarının işğal olunması, yüz minlərlə insanın qaçqın düşməsi, Azərbaycan xalqına qarşı törədilən müharibə cinayətləri heç bir formada qəbuledilməzdir. Bununla belə ilk növbədə dünya siyasətində bir struktur ədalətsizliyinin (structural injustice) olmasını dərk etmək lazımdır. Azərbaycan öz ərazilərinin itirilməsi ilə əsla barışmamaq kimi prinsipial mövqeyində haqlıdır. Hər halda beynəlxalq güclər yaxşı anlayırlar ki, Qarabağın müstəqilliyi və ya Ermənistana birləşməsi yalnız Azərbaycan xalqının və rəhbərliyinin bununla razılaşması halında mümkün ola bilər.

Beləliklə Azərbaycan gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində uzaqgörən siyasətini davam etdirməli, iqtisadi, siyasi, regional baxımdan daha da güclənməsini təmin etməlidir. Elə bir vəziyyət yaranmalıdır ki, beynəlxalq güclər xüsusən də Qərb və Rusiya Azərbaycansız regionun tərəqqisinin, habelə Ermənistanın özünün inkişafının və regional sülhün mümkün olmamasını görsün. Bunu ilk olaraq qlobal güclər dərk edərlərsə, sonda Ermənistan da bu vəziyyətdən ən çox özünün itirən olmasını görməli olacaqdır. Çünki bu gün dünya siyasətində ərazilərə hakim olmaq vacib deyil. Əsas amil resurslara malik olmaqdır. Resurslar isə təbii ehtiyatlarla yanaşı insan amili, təhsilin və iqtisadiyyatın və digər sahələrin yüksək səviyyədə inkişafıdır. Bu istiqamətdə Azərbaycanın uğurları yaxın 5-10 il ərzində dəyişən dünyada münaqişə ilə məşğul olan böyük gücləri yeni fakt qarşısında qoyacaqdır.

Azər Babayev,

siyasi elmlər doktoru (Almaniya)

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...