THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Tarixən torpaq iddiası ilə yaşayanlar indi “öz torpaqlarını” tərk edirlər?

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6130
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Son zamanlar bir sıra dövlət rəsmiləri, siyasətçilər, ekspertlər, analitiklər Ermənistanda mövcud olan miqrasiya problemini tez-tez gündəmə gətirirlər. Demək olar ki, hər gün miqrasiyanın Ermənistana zərəri, onun sarsıdıcı nəticələri haqda eşidirik.

Demoqrafik göstərici Ermənistan üçün hər hansı bir xarici düşməndən daha təhlükəli olmaqda davam edir. Eyni zamanda ictimai rəy demoqrafik vəziyyətin təsirindən yan keçməmiş və bu problemin Ermənistan üçün daha katostrafik şəkil almağa başlamasına dəlalət edir.

Bu təhlükəli statistik və mənəvi-psixoloji göstəricilərin fonunda hakimiyyətin nə ilə məşğul olduğunu gördükdə bizə yalnız təəccüblənmək düşür. Əhalisinin yaşamaq üçün rahat şərait, iş axtarmaq məqsədi ilə vətənlərini tərk etdikləri bir zaman ölkə rəhbərliyi hakimiyyətdaxili münasibətlərin müəyyən edilməsi ilə məşğuldur – bir qrup hakimiyyəti əldə saxlamağa digəri hakimiyyətə qayıtmağa cəhd edir.

Bəs belə olan halda nə etməli? Sual bir qədər mürəkkəb, çoxşaxəlidir və bir neçə sözlə cavab vermək çətindir. Mövcud vəziyyətdə Ermənistanda baş verən mühacirət dalğasının qarşısını almaq üçün bunun səbəbini araşdırıb tapmaq gərəkdir. Aydındır ki, miqrasiyanın belə sürətlə vüsət almasının səbəbi ölkədəki ağır sosial-iqtisadi durumdur. Belə ki, əhalinin baş götürüb digər ölkələrə getməsi məyusluğun, ümidsizliyin və perspektivsizliyin nəticəsidir.

Lakin son zamanlar ölkəni daha çox imkanlı adamlar tərk etməyə başlamışdır. Ermənistan cəmiyyəti üçün miqrasiya adi hala çevrilmişdir. Bu gün ölkədə elə bir ailə yoxdur ki, onun ailə üzvündən və ya qohumundan kimsə xaricə yaşamağa, işləməyə üz tutmasın.

Artıq Ermənistan kəndlərində yaşlı nəsil yalnız qadınlardan ibarətdir, çünki onların həyat yoldaşları qazanc dalınca xarici ölkəyə üz tuturlar, hətta bəziləri orada yenidən ailə quraraq həyatlarını yeni “vətənlərində” davam etdirmək qərarına gəlirlər. Ancaq bu hal yalnız kəndlərdə baş vermir. Ermənistanın Miqrasiya Xidmətinin məlumatına əsasən, 2010-cu ildə Ermənistanı tərk edən miqrantların sayı 75 min, 2011-ci ildə 80 min, 2012-ci ilin ilk 5 ayı ərzində isə bu rəqəm 70 mindən çox olmuşdur. Ermənistanı tərk etmiş miqrantların 65%-i işləmək üçün Rusiyaya, daha sonra ABŞ, Ukrayna və digər ölkələrə üz tuturlar.

“90-cı illərdə Ermənistanı 1 milyondan çox insan tərk etmişdir. Miqrasiyanın qarşısını almaq üçün respublikada stabil iş yerlərinin, yaşamaq üçün əlverişli şəraitin və ədalətin mövcud olması çox vacibdir” – bu fikri Ermənistanın hazırkı Baş naziri Tiqran Sarkisyan Ermənistan Milli Konqresinin üzvünün ölkə parlamentində ona ünvanladığı sualına cavab verərkən səsləndirmişdir.

Eyni zamanda BMT-nin “Miqrasiya və insan potensialının inkişafı: imkanlar və çağırışlar” adlı illik hesabatında qeyd olunmuşdur ki, 1992-ci ildən 2010-cu ilədək zaman çərçivəsində Ermənistanı 1 milyon 500 minə yaxın insan tərk edərək xarici ölkələrə üz tutmuşlar. Əgər bu 8 il ərzində 1 milyondan çox insan ölkəni tərk etmişdirsə, bu illik orta hesabla 120-150 min nəfər edir, deməli ictimaiyyətə verilən son illərin miqrasiya göstəriciləri heç də həqiqəti özündə əks etdirmir. Bu Sarkisyan hakimiyyətinin ölkədə geniş şəkildə vüsət alan miqrasiya problemindən qorxmasından, respublikada mövcud olan real vəziyyətin dünya ictimaiyyətindən gizli saxlanılmasından xəbər verir.

“Nə etməli? Əlimizdən gələni edək ki, bu insanlar ölkəni tərk etməsinlər və bu narazı kütlə burada qalsın və inqilab baş versin? Necə etməli ki, bu insanlar Ermənistanda qalsınlar? Elə etməliyik ki, ölkədə həyat tərzi xaricdəkindən yaxşı olsun. Lakin Ermənistanda həyat şəraiti yaxşılaşdıqda narazı kütlə azalmır” – bu fikirləri Ermənistanın Baş naziri Tiqran Sarkisyan ölkə mətbuatında müsahibəsində səsləndirmişdir. Belə olan halda olduqca maraqlı və həddindən çox vacib bir məqam ortaya çıxır. Yəni Ermənistanda təkcə gedənlər deyil, eyni zamanda qalanlar da narahatlıq doğuran faktora çevrilmişlər. Buna görə də bu qalanlardan neçəsinin Ermənistanı öz düşüncə və baxışlarında tərk etdikləri məlum deyil.

Miqrasiya problemi Ermənistan cəmiyyətinin ən ağrılı problemi olaraq qalmaqdadır. Bir tərəfdən də ailə quranların, doğulan uşaqların sayının azalmaqda olduğunu nəzərə alsaq yaxın gələcəkdə Ermənistanda yaşayanların sayının 1 milyona yaxın, hətta daha az olacağını ehtimal etmək mümkündür.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...