THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda daxili vəziyyətin pərdəarxası

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6114
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Ermənistanda daxili siyasi vəziyyət son dövrlər yenidən gərginləşməkdədir. Bir müddət əvvəl ölkənin Milli Təhlükəsizlik Xidməti “Civilitas” fondunu pulların yuyulmasında ittiham edərək, araşdırmalara başladı. “Civilitas” fondunun və “CivilNet” analitik-informasiya resurslarının sahibi Ermənistanın keçmiş xarici işlər naziri, hazırda isə “Çiçəklənən Ermənistan” partiyasından deputat olan Vardan Oskanyandır.

Oskanyanın fonduna qarşı təzyiqlər partiyanın sədri, Ermənistanın ən zəngin adamlarından biri olan Qaqik Çarukyanın hakim partiya ilə koalisiyadan imtina etməsindən sonra başlayıb. Ona görə də, bir çox müşahidəçilər bu təzyiqlərin siyasi xarakterli olduğunu bəyan edirlər. Elə Çarukyanın bəzi biznes obyektlərinə, məsələn, Ararat Sement Zavoduna da əngəllər yaradılmağa başlayıb. Amma məsələnin daha maraqlı tərəfi pərdənin arxasında qalanlardır.

Belə ki, Çarukyan adətən Ermənistanda Rusiya maraqlarının daşıyıcısı olub. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Çiçəklənən Ermənistan” partiyasının “kölgə lideri” hesab edilir. Amma hazırda partiyanın ikinci adamı olan Vardan Oskanyan əksinə, həmişə “Qərbin adamı” kimi tanınıb. Onun fondu və media strukturları Respublikaçılar Partiyasını maliyyələşdirən sponsorlardan birinin pulları hesabına qurulub. Bu şəxs “Civilitas” Fondu ilə bağlı cinayət işində adı hallanan, ABŞ-ın Çindəki keçmiş səfiri, Mormonların Beynəlxalq Dini İcmasının lideri Con Hantsmandır.

Yada salaq ki, Obamanın qarşıdakı seçkidə Respublikaçılar partiyasından olan əsas rəqibi Mitt Romni də dini əqidə etibarilə mormondur. Ermənistanda isə hazırda 3 minə yaxın mormon yaşayır. Buradan belə bir nəticəyə də gəlmək mümkündür: Respublikaçılar indidən Ermənistanda özlərinə platsdarm hazırlayırlar ki, yaxın gələcəkdə Yerevanı Rusiyadan uzaqlaşdırmaq üçün səylərə başlasınlar. Bu məqsədlə hətta din faktorundan da istifadə edilir. Qaqik Çarukyanın hakim Respublikaçılar Partiyası ilə koalisiyadan imtina etməsi də, elə güman ki, Vardan Oskanyanın Qərbin təsirini ona ötürməsi nəticəsində mümkün olub.

Amma bütün bu oyunlarda diqqəti çəkən daha bir məqam da var. Faktiki olaraq, Oskanyan-Çarukyan cütlüyünə qarşı təzyiqlər Hillari Klintonun Ermənistana səfərindən sonra başladı. Sarkisyana səxavətlə komplimentlər deyən və onu dəstəklədiklərini bildirən demokrat Klinton Ermənistanda Respublikaçı-mormonların qurduğu oyuna qarşı əks gedişlərin başlanmasına xeyir-dua verə bilərdimi? Güman ki, hə. O halda, Amerikadakı iki əsas qüvvənin hərəsinin Ermənistanda öz oyununu oynaması nəticəsinə gəlirik. Bu oyunların son hədəfi Ermənistanda prezident kürsüsündə kimi görməklə bağlıdır. Amma hər şeydən əlavə, gedən proseslər son nəticədə Ermənistandakı siyasi sistemin nə qədər qeyri-sabit və xarici təsirlərə nə qədər açıq olduğunu göstərir.

Vüsal Məmmədov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...