THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriya hadisələrinin pərdəarxası

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5011
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 noyabr – Newtimes.az

Bu gün beynəlxalq münasibətlər sistemində, eləcə də dünya mətbuatında ən aktual məsələ Suriyada baş verən hadisələrdir. Lakin hadisələrə baxış və onun təhlili yanaşma nöqteyi-nəzərindən dəyişməkdədir. Hadisələrin pərdəarxasına baxdığımızda, iki əsas tendensiyanı müşahidə edə bilərik:

Birinci tendensiya Qərbin Ərəb baharı və ya başqa cür desək, ərəb oyanışı adlandırdığı prosesdir. Bu proses bəzi dairələr tərəfindən həmin ölkələrdə yaşayan xalqların demokratiya uğrunda mübarizəsi kimi təqdim edilsə də, geniş yayılmış fikir bundan ibarətdir ki, bu proses əslində böyük güclərin yeni “iri bazar uğrunda mübarizə”sinin nəticəsi və təcəssümüdür. Həmin güclər isə, öz siyasətini həyata keçirmək üçün Səudiyyə Ərəbistanı və Qətər kimi bəzi region dövlətlərinin yardımından istifadə edirlər (baxın).

İkinci tendensiya isə, birinciyə paralel olaraq meydana gələn, planlaşdırılmış və yaxud planlaşdırılmadan həyata keçirilən “dünyəviliyə hücum” prosesidir. Çünki Suriyada mövcud olan cəmiyyətə nəzər salsaq, görərik ki, bu ölkə region ölkələrindən olan Qətər və Səudiyyə Ərəbistanından daha dünyəvidir və mədəniyyət, elm sahəsində daha irəlidədir. Bunu Tunis üçün də söyləmək mümkündür. Buna baxmayaraq, dini mövhumatçılığın dünyəviliyə hücumu özünü qabarıq göstərməkdədir.

Məsələnin bu iki tendensiyanın işığında təhlil edilməsi olduqca maraqlı məqamlardan xəbər verir.

Şübhəsiz ki, hadisələrin bu cür cərəyan etməsində maraqlı tərəflər vardır. Ərəb ölkələrində baş verən proseslər ABŞ-Avropa-Səudiyyə Ərəbistanı-Qətər tandeminin mövcud olduğunu üzə çıxardı. Bu ölkələrin demək olar ki, nəinki mövqeləri tamamən üst-üstə düşür, hətta onlar əlbir şəkildə fəaliyyət göstərirlər. Qərb analitiklərinin də qeyd etdiyi kimi, bu proseslər Qərb ölkələrinin siyasi, Səudiyyə Ərəbistanı və Qətərin isə maliyyə dəstəyi ilə həyata keçirilir.

Tunis və Liviyada müvəffəqiyyətlə başa çatan proses artıq Suriyada da yekunlaşmaq ərəfəsindədir. Hətta bundan sonra növbənin İrana çatacağını da deyənlər az deyildir. Lakin görünən odur ki, indi Qərb Suriyaya müxtəlif səbəblərə görə birbaşa müdaxilə etmək niyyətində deyil. Heç Səudiyyə Ərəbistanı və Qətər də bu prosesdə birbaşa iştirak etmək istəmirlər.

Belə gərgin bir vəziyyətdə bölgə dövlətlərindən olan Türkiyənin vəziyyəti olduqca mürəkkəbdir. Bu ölkə Suriyaya xaricdən müdaxilə edilməsi baxımından daha aktivdir. Elə bunu istəyən qüvvələr də vardır.

Kənardan Türkiyənin Suriya ilə müharibəyə girməsi üçün təhriklər də səngimir. NATO da bunun üçün Türkiyəyə lazım olan bütün dəstəyi verəcəyini bildirir.

Məsələ orasındadır ki, bu prosesin haraya aparacağı bəlli deyil. Türkiyə ordusu Suriyaya girərsə, bunun nəticəsi nə olacaq, Türkiyə bundan nə qazanacaq, aydın deyil.

Bu gün regionda formalaşan geosiyasi atmosfer onu göstərir ki, region dövlətləri arasında Suriyanı dəstəkləyənlər də az deyildir. Müsəlman dövlətləri içərisində İran, İraq, Fələstin, Livan bu siyahının başında gəlir. Böyük dövlətlərdən Rusiya və Çini də bu siyahıya əlavə etsək, mənzərə daha da qarışıq görünür. Əslində Suriyanın tarixi düşmənlərindən olan İsrail də heç istəməzdi ki, vəziyyət bu həddə çatsın.

Beləliklə, Yaxın Şərq regionunda proqnozlaşdırıla bilməyən bir situasiya yaranır, xüsusilə də Türkiyə üçün. Qarşıya çıxan sual isə budur: Türkiyəyə bu həqiqətən də lazımdırmı?

Əgər bu baş verərsə, yəni türk ordusu Suriyaya girərsə, NATO həqiqətən də Türkiyəni dəstəkləyəcəkmi? Əslində NATO-nun köməyi olmadan da Türkiyə bu savaşdan qalib çıxar. Çünki Türkiyə buna qadirdir, məhz ona görə ki, bu millət heç vaxt cəbhədə uduzmayıb. Türk ordusu vətəni, dövləti və milləti naminə şəhid olmaq üçün yetişdirilib. Bu nöqteyi-nəzərdən, deyək ki, türk ordusu qalib gəldi. Bəs sonra?

Bəşər Əsəd rejimi yıxıldıqdan sonra, türk ordusu Suriyada iqtidara kimi gətirəcək və yaxud ümumiyyətlə gətirə biləcəkmi? Suriya bölünəcəkmi? İraqda olduğu kimi, Suriyada da bir kürd dövləti yaranacaqmı? Separatçı kürd məsələsi ilə başı ağrıyan Türkiyənin qonşuluğunda birdən-birə eyni vaxtda iki kürd dövlətinin yaranmasının Türkiyəyə təsiri necə olacaq?

Bu sualların verilməsi təsadüfi deyildir, çünki bu yaxınlarda ABŞ-in “New York Times” qəzetində Frank Jacobs və Parag Khanna adlı iki müəllif dünyanın yeni xəritəsini dərc etmişdi (baxın). Həmin xəritədə Əsəd rejiminin yıxılmasından sonra bölgədə ələvi və kürd dövlətinin yaranacağı göstərilir. Bu nöqteyi-nəzərdən, türk ordusunun Suriyaya girməsi bu oyunun bir hissəsi ola bilərmi?

Məsələyə bir də başqa aspektdən yanaşaq. Türk ordusu Suriyaya girərsə, müsəlman dünyasının gözündə Türkiyənin imici necə olacaq? Özünü regional güc olaraq görən Türkiyə bu addımı ilə ərəb dünyasını arxasına alacaq, yoxsa qarşısına? Suriyada adi rejim dəyişikliyi üçün məhmətcikləri şəhid etməyə dəyərmi? Və ən nəhayət, şəhid olan məhmətciklərin qanının bədəlini Türkiyəyə kim və necə ödəyəcək? Məncə, Türkiyə Suriyaya hərbi müdaxiləyə başlamadan əvvəl, bu sualların dəqiq cavabını öyrənməlidir.

Newtimes.az

Copyright © 2012 | Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...