THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa İttifaqı: yeniləşmənin yolayrıcında – II hissə

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8732
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 oktyabr – Newtimes.az

Avropa İttifaqında yeni sosial-iqtisadi inkişaf modelinə ehtiyacın yaranması bu qurumun taleyi ilə bağlı müxtəlif proqnozlara yol açıb. Anlitiklər bir-birindən fərqli inkişaf ssenariləri göstərirlər. Hətta Aİ rəsmiləri də mövcud vəziyyətin dəyişməsi zərurətini vurğulayırlar.

(Davamı. Əvvəli portalın ötən buraxılışında)

Dərin inteqrasiya modeli

Birinci ssenaridən fərqli olaraq, bu variantda Avropa İttifaqı inkişaf edərək güclü geosiyasi məkana çevrilə bilər. Bu, iqtisadiyyatın ən yeni texnologiyalar əsasında intensiv inkişafı sayəsində mümkün ola bilər. Burada bilik iqtisadiyyatı modeli əsas götürülməlidir. Avropa ölkələri dünyanın ən yaxşı təhsil sistemini yaratmalıdır. Aİ məkanında olan universitetlərə bütün ölkələrdən çoxlu sayda tələbə axını olmalıdır.

Aİ təhlükəsizlik və kəşfiyyat sahələrində aparıcı yer tutmalıdır. Bunun üçün ən mükəmməl texnologiyalardan istifadə ediləcək. Bununla Avropa ölkələri terrorizmə, narkoticarətə və korrupsiyaya qarşı səmərəli mübarizə aparmaq şansına malik olacaq. Onun sərhədləri etibarlı şəkildə qorunacaq. Aİ-yə qonşu olan ölkələrdən qaynaqlana biləcək təhlükələrin qarşısı dərhal alınacaq. Üstəlik, onlarda sabitliyin yaradılması üçün 250 minlik peşəkar Avropa ordusundan istifadə etməyə ehtiyac yaranacaq.

Maraqlıdır ki, bu variantda analitik Böyük Britaniyanın Aİ-dən çıxması ehtimalını nəzərə alır. Onun əvəzində Xorvatiya və İslandiya İttifaqa daxil olmalıdır. Lakin Böyük Britaniyasız da Aİ sürətlə inkişaf edəcək. Bütün sahələrdə inteqrasiya dərinləşəcək. Avropa iqtisadiyyatı faktiki olaraq "küldən dirçələrək” intensiv inkişaf mərhələsinə qədəm qoyacaq.

Bu variantda Aİ-nin dünyanın əsas geosiyasi gücü olması proqnozlaşdırılır. Çünki Rusiya parçalanma prosesi nəticəsində zəif düşməlidir. Onun hakim elitası dövlətin qüdrətinin bərpası qayğısına qalmayacaq. ABŞ daha zəif vəziyyətə gələcək. Çin və Hindistan isə Aİ-nin potensialı qarşısında geri çəkiləcək. Türkiyə bu variantda da Aİ-yə daxil olmaqdan imtina edəcək. Bununla yanaşı, Ankara İttifaqla yaxın əməkdaşlıq etməyə çalışacaq. Aİ Türkiyə vasitəsi ilə Yaxın Şərqdəki xaosun öhdəsindən gələcək.

Avropanın yeniləşməsi ssenariləri

Üçüncü ssenari Aİ-nin zəifləməsi və hissələrə parçalanmasından sonra, özünü toparlayıb, yenidən formalaşmasını nəzərdə tutur. Bu, avropalıların öz səhvlərini dərk etməsi əsasında mümkün ola bilər. Onlar hazırkı İttifaq modelinin zəif cəhətlərini təhlil edərək, qüsurları aradan qaldırmağa çalışmalıdırlar. Lakin əgər üçüncü ssenaridən söhbət gedirsə, bu, Aİ-nin indiki formada mövcudluğunun mümkünsüzlüyünü qəbul etmək deməkdir.

Yəni hazırda Aİ-də ümumi vəziyyət çox ağırdır. Proseslər gec və ya tez Avropa İttifaqının parçalanmasına aparacaq. Avrozona dağılacaq. Yeni vahid valyuta yaratmaq ehtiyacı meydana çıxacaq. Avropa İttifaqına daxil olan ölkələrin öz təhlükəsizliyini təmin edə bilməməsi bu sahədə ümumi problemlər yaradacaq. ABŞ-ın diqqətini Sakit okean regionuna yönəltməsi nəticəsində Aİ özünü qoruya bilməyəcək.

Avropaya Rusiyanın yardım etməsi imkansız olacaq. Çünki bu ölkənin özü zəifləyəcək. Belə görünür ki, Aİ-nin taleyi ilə bağlı hər üç variantda Rusiyanın zəifləməsi nəzərə alınır. Ancaq bu, belə olmaya bilər. Rusiyanın güclənəcəyi şərtini nəzərə alaraq Aİ-nin taleyi ilə bağlı hər hansı proqnoz verilmir. Bu, təbii ki, qüsurlu yanaşmadır.

Avropa İttifaqının zəifləməsi və hissələrə ayrılmasına baxmayaraq, özünü yeniləşdirə biləcək. Bu, daha demokratik bir sistem olacaq. Üçüncü variantda da Böyük Britaniyanın qurumdan çıxması ehtimalı nəzərə alınır. Eyni zamanda, yeniləşmiş Aİ-yə çox az sayda ölkənin qəbul edilməsi proqnozlaşdırılır. Yenidən qurulacaq Avropa öz təhlükəsizliyini tam təmin edə biləcək. Onun digər regionlarla əlaqəsi daha da genişlənəcək.

Sonuncu ssenari Avropa İttifaqının 2022-ci ildə daha güclü bir təşkilata çevrilməsini nəzərdə tutur. Həmin variantda Aİ-nin qlobal geosiyasi mühitdə əsas rəqibləri ona qarşı düşmən mövqe tutmamalıdırlar. Daha maraqlısı odur ki, Avropanın ABŞ-ın dəstəyinə elə bir ehtiyacının qalmayacağı proqnozlaşdırılır. Görünür, avropalılar Amerikanın əsas gücünü Sakit okean regionuna yönəltməsinin uzun sürəcəyi qənaətindədirlər. Digər tərəfdən, ABŞ-ın özünün daxili sosial-iqtisadi inkişafının ləngiməsini də nəzərə alırlar (daha ətraflı baxın: 4).

Hansı variant daha realdır?

Hələlik bu suala birmənalı cavab verən yoxdur. Əslində, müxtəlif ssenarilər quranlar da etiraf edirlər ki, söhbət nəzəri modellərdən gedir. Onlardan hansının reallaşacağını zaman göstərəcək. Bununla yanaşı, üçüncü ssenarinin bugünkü reallığa daha yaxın olduğu fikri var. Avropa İttifaqı ilə bağlı fərqli təkamül ssenarilərindən danışılması isə bir həqiqəti ortaya qoyur.

Həqiqət ondan ibarətdir ki, Qərbdə Avropa İttifaqının hazırkı formada uzun müddət mövcudluğuna inanmırlar. Bunun səbəbi qurumun indi dərin böhran içində olmasıdır. Böhran siyasəti, idarəetməni, iqtisadiyyatı, mədəniyyəti və ideologiyanı əhatə edir. Buna görə, Avropa İttifaqı yeniləşməyə məhkumdur.

Ancaq məsələ ondan ibarətdir ki, Aİ-nin daxili vəziyyəti və qlobal geosiyasi reallıqlar, yeniləşmə prosesinin hansı ssenari üzrə gedəcəyini proqnozlaşdırmağı mürəkkəbləşdirir. Əgər söhbət uzun müddətdən gedirsə, bu cür proqnoz vermək çox risklidir. Ona görə də Aİ-nin müxtəlif ssenari üzrə təkamül edə biləcəyi haqqında yalnız nisbi mənada danışmaq mümkündür.

Diqqəti çəkən başqa məqam Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqların olmasıdır. Bu, hərbi və energetik sahələri əhatə edir. Avropaya yaxın regionlarda baş verən geosiyasi proseslər Qərbi qorxuya salır. Görünür, qlobal miqyasda geosiyasi mənzərənin dəyişməsində qeyri-müəyyən məqamlar çoxdur (daha ətraflı baxın: 5).

Həmin məqamlardan biri sürətlə inkişaf edən bir sıra dövlətin güc mərkəzi olmaq iddiasından qaynaqlanır. Bir neçə yüz il aparıcı rol oynayan Qərb üçün bu iddialar qorxulu röyalara bənzəyir. Onlar alternativlərdən çəkinirlər. Bu səbəbdən də proqnozlarda bədbinliyə daha çox meyl edirlər. Reallıqda isə söhbət ümumiyyətlə dünya nizamının tam və birdəfəlik dağılmasından getmir – məsələ Qərblə yanaşı, digər sivilizasiyaların da söz sahibi ola bilməsi şansının artmasındadır.

Bunlar onu göstərir ki, Avropa İttifaqı ilə bağlı verilən proqnozlarda əsas məqsəd Qərbin alternativ geosiyasi mərkəzlərin mövcud olduğu dünyaya adaptasiya imkanlarının müəyyənləşdirilməsindən ibarətdir. Təklif edilən ssenarilərdən də göründüyü kimi, Avropa üçün dünya hələ uzun müddət risk və təhlükələrlə dolu olacaq. Risklərin hökm sürdüyü dünyada yeniləşmənin bir variantda olması mümkün deyildir.

Kamal Adıgözəlov

Mənbələr

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...