Bu günlərdə müşahidəçilər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə onsuz da darmadağın olmuş sülh prosesində növbəti "kərpicin düşməsi"nə şahid olub. Səbəbi Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın avqustun sonunda Azərbaycanın işğal altındakı ərazilərində keçirilmiş hərbi təlimlərə qatılmasıdır. Onun üzərində Azərbaycanın rəmzi olan hədəfləri nişan alması sosial şəbəkələrdə xüsusilə geniş yayılıb. Halbuki, Akopyan cəmi 2 il əvvəl əlində gül dəstəsi tutaraq, sülh çağırışı edirdi...
Koronavirus pandemiyasının tüğyan etdiyi hazırkı tarixi mərhələdə dünyanın üç böyük gücü – Amerika, Rusiya və Çin arasında münasibətlərin daha da pisləşdiyi barədə ekspert fikirlərinə tez-tez rast gəlirik. Həqiqət naminə demək lazımdır ki, həmin ölkələrin hər biri digərini kəskin tənqid edir. ABŞ Çin-i insan haqlarını tapdalamaqda, sivil dünyaya təhlükə törətməkdə qınayır. Rusiyanı silahlanmanın məhdudlaşdırılması ilə bağlı müqaviləni pozmaqda suçlayır. Moskvanı dünyanın müxtəlif regionlarında geosiyasi proseslərə qarışmaqda ittiham edir. Kremlin Yaxın Şərqdə və Avropada atdığı addımları tənqid edir. Pekin isə Amerikanı özünün daxili işlərinə qarışmaqda günahlandırır. Bunların beynəlxalq hüquqa ciddi zərər vurduğunu ifadə edir. Rusiya da Amerikanı beynəlxalq arenada qanunların aliliyinə məhəl qoymamaqda, dövlətlərin daxili işlərinə müdaxilə etməkdə suçlayır. Bu sırada NATO-nun London sammitində Rusiyanın Çinlə bərabər təhlükə kimi xarakterizə edilməsini qərəzli sayır. Yekun olaraq bu cür qarşılıqlı ittihamlar üç böyük dövlət arasında münasibətlərə xeyli risklər gətirir və qlobal geosiyasi vəziyyətin daha həssas səviyyəyə yüksəlməsinə təkan verir.
Təxminən 200 il əvvəl olduğu kimi yenə Azərbaycan torpaqlarına ermənilər köçürülür. Azərbaycanın düşmənləri Cənubi Qafqazda yürüdülən müstəmləkəçilik siyasəti nəticəsində aborigen, yerli sakin olmayan, gəlmə ermənilərə dövlət yaratmaqla özlərinin yaratdıqları beynəlxalq hüququ tapdaladılar. Osmanlı dövlətinə qarşı birləşib onu parçalayandan sonra türk imperiyasının düşmənləri Orta Şərqdə, xüsusilə Livanda, Suriyada Türkiyəyə (sonradan Azərbaycana) qarşı müxtəlif təşkilatlar yaratdılar.
Bu il oktyabrın 31-də Gürcüstanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Bu dəfə deputatları proporsional sistem üzrə seçməlidirlər. Həmin prosesə partiyalar ciddi hazırlaşırlar. Müxalif cəbhədə olanlar birləşdiklərini bəyan ediblər. Onlar seçkidə qalib gəlsələr Mixeil Saakaşvilini baş nazir vəzifəsinə namizəd göstərəcəklərini deyirlər. Bu hadisənin Gürcüstanın siyasi mühitinə necə təsir edə biləcəyi ilə bağlı ekspertlərin proqnozları vardır. Fikirlər müxtəlifdir, lakin ortaq qənaət odur ki, Gürcüstanda siyasi aktorların yeni konfiqurasiyası formalaşa bilər. Bu halda qonşu və dost ölkəni hansı geosiyasi "sürprizlər" gözləyə bilər? Orada vəziyyətin yeniləşməsi bütövlükdə regionda geosiyasi proseslərə necə təsir edər?
Ekspertlər Cənubi Qafqazdakı geosiyasi mənzərəni analiz edərkən mövcud riskləri də vurğulayırlar. Bu zaman əksəriyyət Ermənistan hakimiyyətinin təxribatçı və təhrikedici davranışlarını xüsusi qeyd edir. Belə bir fikir mövcuddur ki, əslində, havadarlarının davam edən dəstəyi Ermənistanı qanunları tapdalamağa şirnikləndirir. Onlar təcavüzkarı silah-sursatla təmin edir, ideoloji, siyasi və diplomatik yardımlar göstərirlər. Hətta böyük həcmdə maliyyə yardımları da ayrılır. Bütün bunların fonunda Cənubi Qafqazda geosiyasi dinamika ən kiçik risklərə belə həssas hala gəlməkdədir. Proseslərin bu məntiqlə davam edəcəyi təqdirdə regionda bütövlükdə vəziyyət necə ola bilər? Risklərin artması və sabitliyin pozulması hansı mənfi fəsadlar verə bilər?
Hazırda ekspertlər Avropa İttifaqından Böyük Britaniyanın çıxmasının dəqiqləşməsindən sonra bu təşkilatın gələcəyi məsələsi üzərində düşünürlər. Təhlillər aparıb, proqnozlar verirlər. Yanaşmalar və kriteriyaların müxtəlifliyindən, fərqli ssenarilərdən bəhs edilir. Onların hamısını birləşdirən xüsusiyyət Aİ-nin inkişaf etməsi, yəni, təşkilatın dağılmayacağı və ya ciddi surətdə zəifləməyəcəyi şərtinin qəbul edilməsidir. Aİ müasir dünya siyasətinin əsas aktorlarından biri olaraq qalacaq. Bu tezisdə irəli sürülən ssenarilər prizmasından baxdıqda isə, bir qədər fərqli mənzərə yaranır. Aydın olur ki, həm ssenarilərin özləri tam əsaslandırılmayıb, həm də onların reallaşması konkret şərtlərlə təmin edilməyib. Belə çıxır ki, təşkilatın ekspertləri, mütəxəssis və rəsmi nümayəndələrində belə onun gələcəyi barədə dəqiq təsəvvürlər yoxdur. Bu məqam qlobal proseslərə qeyri-müəyyənlik elementi gətirir.
Bir çox politoloq hesab edir ki, Moskvanın hərbi dəstəyi olmasaydı, Yerevan Azərbaycan ərazilərini işğal altında saxlaya bilməzdi. Demək, Rusiyanın Ermənistana hərbi dəstəyinin arxasında gizli geosiyasi motivlərin dayana biləcəyini düşünən ekspertlərin fikirləri bu məqamda üstünlük qazana bilər. Digər ekspertlər isə düşünür ki, Moskva Yerevanla Bakını müharibə vəziyyətində saxlamaqla onların üzərində, nəticə etibarı ilə bütünlükdə regional məsələlərə nəzarətini davam etdirməyə çalışır. Bəzilərinə görə isə Rusiya həqiqətən neytral vasitəçidir və bu çətin münaqişədə heç kimin tərəfini tutmur.
Təcavüzkar Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində bu ilin iyul ayında növbəti hərbi təxribatı xeyli narahatlıq yaratdı və meydana çoxlu suallar çıxardı. Ekspertlər rəsmi İrəvanın bu riskli və təhlükəli addımının arxasında hansı geosiyasi və geoiqtisadi maraqların dayandığını analiz edir, eyni zamanda, Cənubi Qafqazın geosiyasi mühitinə təsir imkanları olan böyük dövlətlərin bu prosesdə rolu üzərində dayanırlar. O cümlədən ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımları təhlil edirlər. Vurğulanan məqamlara daha geniş prizmadan nəzər saldıqda, meydana bir sıra maraqlı suallar çıxır və onlara cavab tapılması zərurəti aydın hiss edilir. Deyilənlər ümumilikdə Tovuz hadisələrinin geosiyasi analizinə geniş diqqət yetirmək ehtiyacını ortaya qoyur.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı uzun illərdir ki, aparılan danışıqların konkret nəticə verməməsinin səbəbləri çoxdur. Ancaq başlıca maneə rəsmi İrəvanın tutduğu qeyri-konstruktiv mövqedir. Buna qarşılıq olaraq münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun təcavüzkara açıq şəkildə və qətiyyətlə işğalçı olduğunu deməsi və zəbt etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmasını tələb etməsi lazımdır. Təəssüf ki, Minsk qrupunun həmsədrləri hələlik bu qətiyyəti və ədalətli mövqeni ortaya qoya bilmirlər. Beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar kimi xarakterizə edən sənədlər qəbul ediblər. BMT, Avropa İttifaqı, Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri bu barədə mövqelərini bildiriblər. Onlarla yanaşı, Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinə magistral yolun çəkilməsi ilə əlaqədar Avropa Parlamenti üzvlərinin birgə bəyanatı öz konkretliyi və dəqiq mövqeyi ilə fərqlənir. Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa Komissiyasına və Komissiyanın vitse-prezidentinə Şərq Tərəfdaşlığı ilə bağlı tövsiyələr" adlı qətnamə də Avropa İttifaqının prinsipial mövqeyini əks etdirən bir sıra ciddi müddəalardan ibarətdir.
Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda sərhəd xətti istiqamətində törətdiyi hərbi təxribat ancaq döyüş əməliyyatları ilə məhdudlaşmadı. Azərbaycan Ordusunun güclü zərbələri altında diz çökən işğalçı və havadarları çox məyus oldular. Erməni əsgəri Azərbaycan Ordusunun atəş gücünü öz üzərində aşkar hiss etdi. İndi bir sıra ekspertlər baş verənləri analiz etməyə çalışırlar. Müxtəlif qiymətləndirmələr, arqumentlər eşidirik. Lakin ermənilərin Tovuz istiqamətində hücum cəhdinin taleyini həll edən tək faktor var: Azərbaycan Ordusunun şücaəti, hərbi sistemimizin qüdrəti, zərgər dəqiqliyi ilə işləməsi, Ali Baş Komandan-ordu rəhbərliyi-müxtəlif qoşun növləri arasında yüksək koordinasiyalı fəaliyyət-Azərbaycan əsgərinin vətənsevərliyi, qeyrəti, fədakarlığı və peşəkar hazırlığının bir-birini tamamlaması! Məhz bunların sayəsində ermənilərin hərbi və informasiya təxribat potensialı tükəndi. Və ondan sonra Nikol Paşinyan KTMT-yə üz tutdu, kömək istədi!
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...