THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Danışıqlar başlayır – döyüşlər gündəlikdədir

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11547
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 oktyabr 2020 – Newtimes.az

Azərbaycanın Qarabağın işğaldan azad edilməsi ilə bağlı apardığı döyüşlərin növbəti, danışıqlar mərhələsi başlayır.

Bu həm də Ermənistan hakimiyyətinin bu döyüşləri uduzmasıdır. Atəşkəslə bağlı bu ölkənin baş naziri Nikol Paşinyan, prezidenti Armen Sarkisyan beynəlxalq ictimaiyyət qarşısında çoxsaylı xahiş-minnət edir, yalvarır. Azərbaycan hakimiyyətinə isə beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çoxsaylı müraciətləri olub.

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində həm atəşkəs, həm şərtlər açıqlanıb: "Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. ...Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik''.

Döyüşlərdən sonra Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi.

Bundan sonrakı mərhələdə danışıqlar prosesi baza prinsipləri, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında yenidən davam edəcək.

Danışıqlar prosesində Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz tələbləri kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan vaxt qrafiki hazırlanmalıdır.

Döyüş meydanında Azərbaycan əsgərlərinin əldə etdiyi uğurlar diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir.

Azərbaycan Prezident İlham Əliyev işğala əsaslanan status-kvonu özü dəyişdirdi. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi.

O, böyük güclər və Ermənistanın havadarları tərəfindən olan təzyiqlərə sinə gərməkdədir. Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Ali Baş komandanın rəhbərliyi altında Azərbaycan silahlı qüvvələri 10 günlük müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi.

Ermənistanın dövlət olaraq iqtisadi əsasları əhəmiyyətli dərəcədə sarsıdıldı. Bütün hallarda danışıqlar başlasa da, Azərbaycanın şərtləri təmin olunmayanadək müharibə təhlükəsi gündəlikdədir.

Sədrəddin İsmayılov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...