Qloballaşan dünya düzənində beynəlxalq güc tarazlığı dəyişir. Meydana yeni geosiyasi oyunçular çıxır. Onların mübarizəsi münaqişələri yenidən alovlandıra bilər.
Otto Bismark "siyasət hər şeydən, hətta ikrah doğurandan belə faydalanmaq ustalığıdır", demişdi. Son illər dünyanın böyük geosiyasi gücləri Qafqaza daha çox maraq göstərirlər. Onların hər biri bu regionda öz maraqlarının təmin olunması üçün addımlar atırlar. Hazırda isə Cənubi Qafqazda diplomatik hərəkətlilik heyrət doğurur. ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri artıq başa çatıb. İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun da böyük bir nümayəndə heyəti ilə Azərbaycanda apardığı danışıqlar yekunlaşıb. ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmorun ölkəmizə səfəri də geridə qalıb. Avropa İttifaqının (Aİ) prezidenti Herman Van Rompuy isə iyulun 5-də Azərbaycana gələcək.
Meksikanın Los-Kabos şəhəri iki gün dünya siyasətinin mərkəzinə çevrildi. "Böyük iyirmilik" (G20) adlanan təşkilata üzv olan ölkə başçılarının orada keçirilən növbəti sammitinə ümidlə baxanlar az deyildi. G20, 1999-cu ildə yaradılıb. Bu təşkilata dünyanın iqtisadi cəhətdən ən güclü 19 ölkəsi və Avropa İttifaqı daxildir. Dünya ÜDM-nin 90%-i, dünya ticarətinin 80%-i və əhalinin təqribən 70%-i G20-yə daxil olan dövlətlərin payına düşür. Əvvəllər G20 çərçivəsində maliyyə nazirləri və mərkəzi bankların sədrləri ildə bir dəfə görüşlər keçirirdi. Dünya maliyyə böhranı ilə əlaqəli olaraq 2008-ci ildən təşkilat dövlət başçıları səviyyəsində toplantılar keçirir. Meksikada keçirilən sammit sayca yeddincidir.
7 may 2012-ci il. Vladimir Putin "Rusiya Federasiyasının xarici siyasət kursunun reallaşdırılması tədbirləri haqqında" fərman imzalayıb (bundan sonra qısaca – fərman). Dünya siyasi dairələri bunu adi sənəd kimi qəbul etməyiblər. Onun təhlilinə çoxlu sayda yazılar həsr edilib. Xüsusilə, Qərb analitikləri, politoloqları və siyasətçiləri fərmanın mahiyyətini dərk etməyə çalışırlar. Səbəb nədir?
XX əsrin ikinci yarısı və XXI əsrin əvvəlinin siyasi səhnəsində Pandora roluna iddiaçılar az olmayıb. Marqaret Tetçer, Madlen Olbrayt, Tansu Çillər, Angela Merkel, Helle Torninq-Şmitt (Danimarkanın baş naziri)... Siyahını uzatmaq olar. Lakin bu gün dünya siyasətinin "sirli sandığı" ABŞ-ın dövlət katibi Hillari Klintonun əlindədir. XXI əsrin əvvəllərində "Pandoranın sandığını açması", qarşısının alınması mümkün olmayan faciələrə gətirib çıxara bilər.
Vladimir Putin ilk xarici səfər proqramı ilə dünyanı həm təəccübləndirə, həm də planlarının ciddiliyinə inandıra bildi. Rusiya paralel olaraq Qərb və Şərq istiqamətində xarici siyasətinin qarşısında duran vəzifələri reallaşdırmağa başlayıb. Səfərin yekunlarının ilkin təhlili göstərir ki, Avrasiya məkanında ciddi geosiyasi dəyişikliklərin startı verilmişdir.
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.
Davamı...