Türkiyə yenidən tarix səhnəsinə çıxır. O, yeni bir geosiyasi güc kimi formalaşır. Onun strateji dərinliyi dünya miqyasını əhatə edir. Ankara ədalətli və dayanıqlı dünya nizamının bərqərar olmasına çalışır.
Otto Bismark "siyasət hər şeydən, hətta ikrah doğurandan belə faydalanmaq ustalığıdır", demişdi. Son illər dünyanın böyük geosiyasi gücləri Qafqaza daha çox maraq göstərirlər. Onların hər biri bu regionda öz maraqlarının təmin olunması üçün addımlar atırlar. Hazırda isə Cənubi Qafqazda diplomatik hərəkətlilik heyrət doğurur. ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri artıq başa çatıb. İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun da böyük bir nümayəndə heyəti ilə Azərbaycanda apardığı danışıqlar yekunlaşıb. ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmorun ölkəmizə səfəri də geridə qalıb. Avropa İttifaqının (Aİ) prezidenti Herman Van Rompuy isə iyulun 5-də Azərbaycana gələcək.
Meksikanın Los-Kabos şəhəri iki gün dünya siyasətinin mərkəzinə çevrildi. "Böyük iyirmilik" (G20) adlanan təşkilata üzv olan ölkə başçılarının orada keçirilən növbəti sammitinə ümidlə baxanlar az deyildi. G20, 1999-cu ildə yaradılıb. Bu təşkilata dünyanın iqtisadi cəhətdən ən güclü 19 ölkəsi və Avropa İttifaqı daxildir. Dünya ÜDM-nin 90%-i, dünya ticarətinin 80%-i və əhalinin təqribən 70%-i G20-yə daxil olan dövlətlərin payına düşür. Əvvəllər G20 çərçivəsində maliyyə nazirləri və mərkəzi bankların sədrləri ildə bir dəfə görüşlər keçirirdi. Dünya maliyyə böhranı ilə əlaqəli olaraq 2008-ci ildən təşkilat dövlət başçıları səviyyəsində toplantılar keçirir. Meksikada keçirilən sammit sayca yeddincidir.
7 may 2012-ci il. Vladimir Putin "Rusiya Federasiyasının xarici siyasət kursunun reallaşdırılması tədbirləri haqqında" fərman imzalayıb (bundan sonra qısaca – fərman). Dünya siyasi dairələri bunu adi sənəd kimi qəbul etməyiblər. Onun təhlilinə çoxlu sayda yazılar həsr edilib. Xüsusilə, Qərb analitikləri, politoloqları və siyasətçiləri fərmanın mahiyyətini dərk etməyə çalışırlar. Səbəb nədir?
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir
Davamı...