THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezidentin növbəti Avropa zəfəri: "Şərq Tərəfdaşlığı"nda yeni mərhələ (I yazı)

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
17102
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 may 2020 – Newtimes.az

Nəhayət, sükut pozuldu. Qlobal koronavirus pandemiyasının yaratdığı geosiyasi və informasiya burulğanı fonunda Avropa İttifaqı (Aİ) da daxil olmaqla, böyük güclərin xarici siyasətdə atacaqları konkret addımlar sanki "yaddan çıxmışdı". Dövlət başçıları əsasən pandemiyanın meydana gətirdiyi yeni dünya mənzərəsini analiz etməyi və ondan çıxış yollarını axtarmağı önə sürürdülər. Reallıqda isə həmin güclər heç biri praktiki təkliflə çıxış etmirlər. Nəticədə, dünya geosiyasi qarışıqlığın və risklərin getdikcə artdığı meydanı xatırladır. Bunun fonunda Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı ilə bağlı atdığı addımlar ekspertlərin marağına səbəb olub. 2020-ci ildən sonra həmin istiqamətdə Brüsselin nəzərdə tutduğu əməkdaşlıq şərtləri üzərində geniş dayanmağa ehtiyac gördük. Bu məsələni Azərbaycanın "Şərq Tərəfdaşlığı" proqramının üzvü kimi yeritdiyi siyasət işığında silsilə yazılarda araşdırmağı vacib sayırıq.

2009-cu ildən başlanan yol: Azərbaycanın düzgün əməkdaşlıq kursunun bəhrələri kontekstində

Bunun fonunda mayın 11-də Brüsseldə Avropa İttifaqı Şurasının "Şərq Tərəfdaşlığı" siyasəti ilə bağlı yeni sənəd təsdiq etməsi geosiyasi analiz həvəskarları üçün "göydəndüşmə" oldu. Dünya mediası dərhal bu məsələni hərtərəfli araşdırmağa başladı. Təbii ki, Azərbaycan mətbuatı və ekspert dairələri də bu hadisəyə aktiv reaksiya verməli idi. Çünki Azərbaycan Aİ ilə onun Şərq qonşuları arasında siyasi birlik və daha sıx iqtisadi inteqrasiyanın təşviqinə yönəlmiş "Şərq Tərəfdaşlığı" proqramının 6 üzvündən biridir. Və hətta bu proqram çərçivəsində Rusiya və Belarusla bərabər tam müstəqil mövqeyi olan dövlətdir!

Azərbaycan KİV-lərində haqlı olaraq Aİ Şurasının qəbul etdiyi və təsdiqlədiyi yeni sənədin ölkəmizin maraqlarına daha çox cavab verdiyi vurğulanır. Məsələnin bu aspektini, Aİ-nin yeni sənədinin indiki məzmununa gətirib çıxaran mərhələlərin təkamül dinamikasının qısa tarixçəsini araşdırdıqda, daha aydın görmək mümkün olur. Beləliklə, Aİ Şurasının təsdiqlədiyi yeni sənəddə ifadə olunan müddəaların kökündə hansı məqamlar dayanır və onlar hansı dəyişikliklərin diqtəsi ilə formalaşıb?

Məlumdur ki, "Şərq Tərəfdaşlığı" təşəbbüsü Aİ tərəfindən 2009-cu ildə dövriyyəyə daxil edilib. Öncə bu proqram başlıca olaraq postsovet məkanının 6 ölkəsi – Azərbaycan, Ukrayna, Moldova, Ermənistan, Gürcüstan və Belarusla assosiativ üzvlüyə qədər dərin və hərtərəfli əlaqələr qurmaq məqsədi daşıyırdı. Əslində, keçən müddətdə bu məqsəddə elə bir ciddi dəyişiklik olmayıb. Sadəcə, "öncə" sözünü ona görə vurğulayırıq ki, Brüssel bu məqsədə çatmaq üçün o zaman iki prinsipə üstünlük verirdi. Birincisi, proqrama daxil olan ölkələri özünün xarici siyasi məqsədlərinin obyekti kimi qəbul edirdi. Üzv dövlətlərin hansısa ciddi müstəqil marağını çox az düşünür, bəlkə də heç nəzərə almırdı.

2009-cu ildən sonra baş verən geosiyasi proseslər, xüsusilə Rusiyanın fəallığı bu prinsipin tam yanlış olduğunu göstərdi. Lakin bundan əsas olaraq Azərbaycan düzgün və obyektiv nəticə çıxara bildi. Ukrayna, Gürcüstan və Moldova tələsik assosiativ üzvlüyün "ağuşuna atılmaları"nın mənfi nəticələrini hələ də öz üzərlərində hiss etməkdədirlər. Ermənistan isə özünü demək olar ki, beynəlxalq arenada tam biabır etdi. Bir gecənin içində forpost ölkənin rəhbərliyi Aİ-nin ümidlərini puç edərək özünü Kremlin qucağına atdı.

İkincisi, Brüssel "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində üzv dövlətlərə yardımları başlıca olaraq özünün geosiyasi, siyasi və təhlükəsizlik maraqlarına uyğun reallaşdırmağa çalışırdı. Bu zaman həmin təşəbbüsə daxil olan ölkələrin suverenliyi, sosial-iqtisadi və mədəni inkişafda müstəqil addımlar atması Aİ-ni az maraqlandırırdı. Bu isə zaman-zaman bir tərəfdən digər qlobal geosiyasi güclərlə Brüssel arasında, digər tərəfdən isə üzv ölkələrlə Aİ arasında ziddiyyətlərin meydana gəlməsinə səbəb olurdu. Təcrübə göstərdi ki, hər iki səbəbin təsiri çoxdur.

Belə ki, "Şərq Tərəfdaşlığı" ilə bağlı keçirilən sammitlərdə Brüssel mövqeyinə düzəlişlər etdi. Proqramdan üzv dövlətlərin Aİ-yə üzvlüyü məsələsi çıxarıldı. Geosiyasi vəziyyət nəzərə alınaraq daha yumşaq əməkdaşlıq formulu təklif edildi. Bundan başqa, 2013-cü il Vilnüs sammitində Azərbaycan assosiativ üzvlüyü özü üçün normal hesab etməyərək, xüsusi strateji əməkdaşlıq formulunu təklif etdi. Açıq demək lazımdır ki, Bakının bu addımı aydın səmada şimşək effekti yaratdı. Brüssel ciddi surətdə anladı: elə suveren ölkələr var ki, onun hər dediyinə "baş üstə" deməyəcək! Hətta daha müasir, geniş, səmərəli və qarşılıqlı fayda verə bilən model təklif edə bilər! Məhz Azərbaycanın tutduğu prinsipial, qətiyyətli, müasir tələblərə cavab verən suveren mövqeyi Aİ-ni "Şərq Tərəfdaşlığı" proqramı üzərində yenidən düşünməyə vadar etdi. Şübhəsiz, bu, Azərbaycan Prezidentinin əhəmiyyətli diplomatik qələbəsi idi.

Brüssel düzəliş edir: "Şərq Tərəfdaşlığı" və BMT-nin 2030-cu il hədəfləri

Bütün bunlar Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı ilə özünün qonşuluq siyasəti arasında daha sıx bağlantı qurmaq cəhdlərində maraqlı ifadəsini tapdı. Və 2015-ci ildə qonşuluq siyasətinə ciddi korrektələr etdi. Brüsselin yeni siyasətində təhlükəsizlik və xarici siyasətin strateji məqsədləri xüsusi yer tutdu. Bununla yanaşı, Aİ-nin davranışında strateji xarakterli bir düzəliş baş verdi. Məsələ ondan ibarətdir ki, Aİ təhlükəsizliyə və xarici siyasətin strateji məqsədlərinə artıq geosiyasi, hərbi və xarici siyasətdə dominantlıq prizmasından deyil, başqa sahələrdə inkişafa və sabitliyə nail olmaq vasitəsilə çatmaq yolunu seçdi. Bunun üçün təşkilat BMT-nin 2030-cu ilə qədər reallaşmalı olan 17 əsas inkişaf istiqamətlərini "çətir" olaraq istifadə etməyə başladı.

BMT-nin həmin inkişaf istiqamətləri sosial, mədəni, iqtisadi və ekoloji sferalarda irəliləyişə və dövlətlərarası əməkdaşlığa nail olmağı nəzərdə tutub ki, bunda son məqsəd bütövlükdə dünyanın dayanıqlı inkişafına çatmaqdan ibarətdir. Bunun üçün 17 istiqamət çərçivəsində BMT 169 vəzifə müəyyən edib. Belə görünür ki, Aİ BMT-dən nümunə götürərək sabitliyi və dayanıqlı inkişaf perspektivini sosial, mədəni, iqtisadi və ekoloji aspektlərdə həm təşkilat daxilində, həm də yaxın qonşularla münasibətlərdə yeni əməkdaşlıq səviyyəsini təmin etməkdə görməyə başladı.

Bu mövqe Azərbaycanın təklif etdiyi əməkdaşlıq formuluna tam uyğun idi və təsadüfi deyil ki, həmin zamandan sonra Brüssel Bakı ilə danışıqlarda daha fəal olmağa başladı. Aparılan danışıqlar hər iki tərəf üçün səmərəli olan xətt üzrə getməkdədir. Onun ilk təsdiqi 2017-ci ilin fevralında Aİ və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlara start verilməsi oldu. 2018-ci il iyulun 11-də isə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının sədri Donald Tuskun iştirakı ilə Azərbaycan və Aİ arasında tərəfdaşlığın prioritetləri haqqında sənəd paraflandı.

Brüssel daha tez-tez Azərbaycanla əməkdaşlığın, xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, sosial-iqtisadi sferada əlaqələrin inkişafının strateji əhəmiyyətindən bəhs etdi. Bakıya rəsmi səfərə gələn Aİ-nin yüksək vəzifəli rəsmiləri Azərbaycan Prezidenti ilə əməkdaşlıqda çox maraqlı olduqlarını ifadə etdilər. Azərbaycanın həyata keçirdiyi çoxlu sayda iqtisadi, enerji, mədəni və ekoloji layihələr Aİ-ni Cənubi Qafqazda bu ölkəni əsas tərəfdaş kimi görməyə məcbur etdi. "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr edilmiş yubiley sammitində bu, özünü qabarıq surətdə göstərdi. Həmin sammit həm də 2015-ci il Riqa sammitində müəyyənləşdirilən yeni 4 baza əməkdaşlıq istiqamətinin bir daha təsdiqlənməsi zərurətini nümayiş etdirdi. Onu mütləq vurğulamaq lazımdır ki, 2017-ci il beşinci "Şərq Tərəfdaşlığı" sammitində (Brüssel) bu istiqamətlər üzrə 2020-ci ilədək 20 əsas hədəf müəyyən edilmişdi. Məhz onlara qısa nəzər saldıqda 2020-ci ildə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Aİ-nin siyasətinin məzmununun başlıca məqamları aydın olur.

Beləliklə, 4 əsas istiqamət və 20 hədəf nələrdən ibarətdir? Keçən müddətdə həmin hədəflərə nə dərəcədə nail olundu? 4 prioritet istiqamət kimi aşağıdakılar müəyyənləşdirilib:

1) iqtisadiyyatın möhkəmləndirilməsi (iqtisadi inkişaf və bazar imkanlarının daha da yaxşılaşdırılması);

2) idarəetmə sisteminin möhkəmləndirilməsi (uyğun idarəetmə və idarəçilik institutlarının gücləndirilməsi);

3) qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi (qarşılıqlı əlaqələrin nəqliyyat, enerji, ətraf mühit və iqlim dəyişikliyi sferalarında artırılması);

4) cəmiyyətin möhkəmləndirilməsi (insanlar arasında mobillik və təmasların genişləndirilməsi).

(davamı var)

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...