THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan Klintonu atəşkəsi pozmaqla qarşıladı

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3705
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klintonun 4-7 iyun tarixlərində Cənubi Qafqaz ölkələrinə səfəri uzun zamandır ABŞ xarici siyasətindən kənarda qalmış bölgəyə yeni bir canlanma gətirdi. Klinton bölgə və beynəlxalq aləmdəki problemləri müzakirə etmək, Gürcüstan-Rusiya münasibətlərinə açıqlıq gətirmək, ABŞ-ın Gürcüstana verdiyi dəstəyi yeniləmək, Ermənistanda və Azərbaycanda Dağlıq Qarabağ problemini, insan haqları və demokratiya məsələlərini müzakirə etmək, enerji, təhlükəsizlik, iqtisadi əməkdaşlıq perspektivlərini dəyərləndirmək, Vladimir Putinin yenidən hakimiyyətə gəlməsindən sonra post-sovet ölkələrinə yönəlik siyasətindəki yeni nüansları ortaya çıxarmaq və qarşısını almaq üçün Cənubi Qafqaza səfərə gəlib.

Bölgə və beynəlxalq aləmdə, xüsusilə Cənubi Qafqaza sərhəd olan bölgələrdə son zamanlarda cərəyan edən geosiyasi hadisələrin dinamizmi dəyərləndirildiyi zaman, Klintonun Cənubi Qafqaz səfərinin bir az gecikmiş səfər adlandırmaq olar.

Klinton bölgədə sabitlik və təhlükəsizlik atmosferini möhkəmləndirmək üçün gəlsə də, səfər başlar-başlamaz Ermənistan onu atəşkəsi pozmaqla qarşıladı. Ermənistan ordusu işğal altında olan Dağlıq Qarabağ və Ermənistan ilə sərhəd rayonlarında bir neçə istiqamətdən atəşkəsi pozdu. Hər iki tərəfdən onlarla əsgərin öldürüldüyü və yaralandığı haqqında məlumat daxil olur. Cəbhə bölgəsində və Ermənistan ilə sərhəd rayonlarında gərginlik hələ də qalır.

Klinton ziyarəti zamanı Ermənistanın atəşkəsi pozmasından sonra Dağlıq Qarabağ probleminə diqqət çəkərək, region təhlükəsizliyinin təmin edilməsində atəşkəs şərtlərinə əməl edilməsinin vacibliyini vurğulayıb. Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında “Azərbaycanda və Ermənistanda olarkən əsgərlərin ölümləri haqqında xəbərlər məni mütəəssir etdi. Bu ölümlərin mənası yoxdur, qan tökülməsinin qarşısını almaq və sülhə nail olmaq lazımdır” deyən Klinton atəşkəsi pozan Ermənistanı nədənsə ittiham etmədi.

Klintonun səfəri əsnasında Ermənistanın atəşkəsi kobud şəkildə pozaraq cəbhə xətti və sərhəd bölgələrində diversiya aktlarına başlaması haqqında region mətbuatında müxtəlif fikirlər səslənməkdədir. Ancaq bu fikirlərdə adətən problemin mahiyyəti və son zamanlarda yaşanan hadisələrin dinamizmi diqqətlərdən kənarda qalır.

Belə ki, etibarli mənbələrə istinadən Rusiyanın son bir neçə ildə Dağlıq Qarabağ probleminin həll edilməsində göstərdiyi vasitəçilik missiyasının nəticə verməməsi, Putinin Rusiyada yenidən prezident seçilməsi ABŞ-ı regionda öz təsirini artırmağa və Dağlıq Qarabağ problemini həll etməyə sövq edir. Böyük bir ehtimalla Klintonun Cənubi Qafqaza səfərindən sonra ABŞ-ın bölgəyə yönəlik xarici, siyasi və təhlükəsizlik siyasətində yeni nüanslar ortaya çıxacaqdır.

Klintonun bölgəyə səfəri zamanı Aazərbaycan və Ermənistana Dağlıq Qarabağ probleminin həll edilməsində ATƏT Minsk Qrupunun təkliflərindən fərqli, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini ehtiva edəni yeni sülh planı təqdim edəcəyi gözlənilirdi. Buna görə də, Ermənistan səfər başlamadan əvvəl atəşkəs rejimini pozaraq vəziyyəti daha da gərginləşdirdi. Ermənistanın atəşkəsi pozması Klintonun planlarını alt-üst etdi və görünən odur ki, özünün də ifadə etdiyi kimi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Fransa görüşündə tərəflərə problemin həll edilməsində yeni plan təqdim edəcəklərini bildirdi.

Yeni planın tam təfərrüatı bilinməsə də bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsində maraqlı olmayan dövlətlər Fransa görüşünün uğursuz nəticələnməsi üçün Ermənistana güzəştə getməməsi üçün təzyiqlərini artıracaq. Hətta bu görüşdən əvvəl və görüş zamanı Ermənistanın yenidən atəşkəsi pozma ehtimalı olduqca yüksəkdir. Ermənistan problemin həll edilməsi üçün müstəqil mövqeyə sahib deyil və konstruktiv mövqe nümayiş etdirmir.

Bu günə qədər problemin həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində Ermənistan son anda yeni təkliflər verərək masadan qalxmışdır. Hər iki ölkənin XİN rəhbərlərinin Fransa görüşündə də bu ssenarinin təkrarlanması mümkündür. Ermənistan problemin həll edilməsində sərbəst olsaydı çoxdan bu problem həll olunar və Ermənistan silahlanmaya xərclədiyi maliyyə vasitəsini iqtisadiyyata yönəldərək, sosial-iqtisadi problemlərini əhəmiyyətli dərəcədə həll edərək, ölkəsinin və vətəndaşlarının rifahını yüksəldərdi.

Dr. Hatəm Cabbarlı,

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...