THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Beynəlxalq Böhran Qrupunun üç "proqnoz"u: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi kimlər üçün "risk"dir?

Beynəlxalq Böhran Qrupunun üç "proqnoz"u: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi kimlər üçün "risk"dir?
14 may 2018

Müxtəlif "beyin mərkəzləri" dünyada baş verən ciddi geosiyasi proseslər haqqında təhlillər aparır və proqnozlar verməyə çalışırlar. Bu cür yazılarda müəyyən faydalı fikirlər ifadə edilir. Lakin bir sıra hallarda bəzi dairələr öz niyyətlərini obyektiv reallıq kimi qələmə verməklə insanları çaşdırmağa cəhd edirlər. Beynəlxalq Böhran Qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı son hesabat-məruzə də bu qəbildəndir. Orada müəllif münaqişə ilə əlaqəli üç mümkün ssenaridən bəhs edir. İlk baxışdan obyektiv təhlil təsiri bağışlayan məruzəyə daha diqqətlə yanaşdıqda, ortaya başqa məqamlar çıxır. Onlar üzərində daha geniş dayanmağa ehtiyac görürük. Çünki Azərbaycan haqqında yanlış təsəvvürlər formalaşdırmaq kimi bir məqsədin olduğunu duyuruq.

"Dumanlı Albion"da Azərbaycan imzası: İlham Əliyevin London səfərinin strateji və geosiyasi əhəmiyyəti

"Dumanlı Albion"da Azərbaycan imzası: İlham Əliyevin London səfərinin strateji və geosiyasi əhəmiyyəti
04 may 2018

Dövlət başçısı İlham Əliyevin növbəti müddətə Azərbaycan Prezidenti seçildikdən sonra xarici səfərlərinin təhlili maraqlı qənaətlər əldə etməyə və proqnozlar verməyə imkan yaradır. Türkiyə səfəri, ABŞ Prezidentinin məlum məktubu, Fransa, Almaniya rəhbərlərinin İlham Əliyevi təbrik etməsi və Böyük Britaniya səfəri Azərbaycan Prezidentinin nüfuzunu və müstəqil siyasətinin uğurlarını növbəti dəfə nümayiş etdirir. İlham Əliyev Londonda çox aktual mövzularda danışıqlar aparıb və müsbət nəticələr əldə edib. Böyük Britaniya Azərbaycan Prezidentinin seçkidə qalib gəlməsini məmnuniyyətlə qarşıladığını ifadə edib. Bu, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verəcək. Səfər zamanı yeni neft sazişi imzalanıb. Bununla Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin qarşılıqlı faydalılıq, praqmatizm prinsiplərinə əsaslandığı bir daha öz təsdiqini tapıb. Bu məsələlərin təhlili üzərində geniş dayanmağı lazım bilirik.

Prezident Donald Trampın məktubu: ABŞ-Azərbaycan əməkdaşlığının dörd istiqaməti

Prezident Donald Trampın məktubu: ABŞ-Azərbaycan əməkdaşlığının dörd istiqaməti
03 may 2018

Amerikanın dövlət başçısı Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktuba ekspertlər həssas reaksiya veriblər. Səbəbi ondan ibarətdir ki, həcmcə kiçik olan bu məktubda iki ölkənin qarşılıqlı münasibətləri geniş əks edilib. ABŞ Prezidenti dörd istiqamət üzrə əməkdaşlıq etməyi təklif edib. Onlar təhlükəsizlik, sosial təminat, enerji sferası və regional münaqişələrin dinc yolla həlli ilə bağlıdır. Bunlarla yanaşı, məktubda Vaşinqtonun Azərbaycandakı prezident seçkisinə münasibəti də dolayısı ilə ifadə olunub. Açıq duyulur ki, Amerika rəhbərliyi Azərbaycan iqtidarı ilə birgə hərəkət etməyə böyük əhəmiyyət verir. Vaşinqton Azərbaycanı, faktiki olaraq, Cənubi Qafqazın lider dövləti olaraq qəbul edir. Onun müstəqil xarici siyasət kursu həyata keçirdiyini yüksək qiymətləndirir və hörmətlə yanaşır. ABŞ rəhbərliyi ümid edir ki, Azərbaycanla əməkdaşlıq həm regional, həm də qlobal problemlərin həllinə yardım edə bilər. Konkret olaraq, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Bakı yüksək rol oynaya bilər. Bu məqamlar üzərində daha geniş dayanmağa ciddi ehtiyac duyuruq.

Liberal dünya nizamı: böhranın səbəbləri və "qapalı dairə" sindromu

Liberal dünya nizamı: böhranın səbəbləri və "qapalı dairə" sindromu
01 may 2018

Hazırda müxtəlif ölkələrin analitik dairələri qlobal səviyyədə nizamın təmin edilməsi ilə əlaqədar narahatlıq ifadə edən təhlillər aparır və proqnozlar verirlər. Tanınmış ekspertlərin irəli sürdüyü tezislər sırasında maraqlı olanları da var. Hətta yaranmış qlobal geosiyasi böhranı müasir elmi yanaşma əsasında təhlil etmək cəhdləri də mövcuddur. Lakin bu kimi yanaşmaların nə dərəcədə obyektiv və ədalətli olması haqqında konkret fikir bildirmək çətindir. Bu bağlılıqda nüfuzlu amerikan politoloqu Riçard Haasın bir analizi üzərində dayanmaq maraqlı olardı. Müəllif müasir dünya nizamının bir sıra cəhətlərini təhlil edərək, müasir dünya nizamının əsas özəlliklərini ifadə etməyə çalışıb. Dərin analiz əsasında maraqlı tezislər irəli sürüb. Ancaq məsələyə daha geniş kontekstdə və ədalət prinsipi baxımından yanaşdıqda, meydana bir sıra suallar çıxır. Onlarla bağlı müəyyən təhlillər aparmağa ehtiyac duyduq.

Yüksək səviyyəli strateji tərəfdaşlıq: İlham Əliyevin Türkiyə səfərinin tarixi məqamları

Yüksək səviyyəli strateji tərəfdaşlıq: İlham Əliyevin Türkiyə səfərinin tarixi məqamları
27 aprel 2018

Azərbaycanla Türkiyə arasında olan münasibətlər bütün dünya üçün nümunədir. İki qardaş ölkə beynəlxalq hüquq normaları çərçivəsində, tam müstəqil dövlətlər olaraq, əlaqələrini inkişaf etdirirlər. İlham Əliyevin növbəti dəfə Prezident seçiləndən sonra ilk xarici səfərini məhz Türkiyəyə etməsi təsadüfi deyil. Ankarada, iki ölkənin bütün sahələrdə əlaqələrini əhatə edən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası olmalı idi. Bundan başqa, iki ölkənin əməkdaşlığını yeni səviyyəyə qaldırmalı olan müqavilələr imzalanmalı idi. Bütün bunlar baş tutdu. Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı əlaqələrin bundan sora da inkişaf etdirilməsi zərurətini ifadə edən fikirlər bəyan etdilər. Bütövlükdə Azərbaycan Prezidentinin Türkiyəyə səfərinin başlıca siyasi və geosiyasi məqamları üzərində geniş dayanmağa ciddi ehtiyac duyuruq.

Qoşulmama Hərəkatının Bakı konfransı: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə

Qoşulmama Hərəkatının Bakı konfransı: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə
20 aprel 2018

Azərbaycan paytaxtı mütəmadi olaraq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilib. Burada dünyanın müxtəlif guşələrindən nümayəndələr gəlib, qlobal səviyyədə aktuallıq kəsb edən problemlərin müzakirəsini aparır, konkret qərarlar qəbul edirlər. Aprelin 5-6-da Bakı növbəti vacib tədbirə – "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına ev sahibliyi edib. Tədbirdə Azərbaycan Prezidenti geniş və əhatəli nitq söyləyib. Dövlət başçısı həm Hərəkatın əhəmiyyətini, həm də Azərbaycanın fəaliyyətini analiz edib. İlham Əliyev Ermənistanın təcavüzkarlığını bir daha dünya dövlətləri nümayəndələrinin diqqətinə çatdırıb. Xatırladaq ki, Bakıdakı konfransda 120 ölkənin nümayəndəsi iştirak edib. Əlavə olaraq, xüsusi qonaq qismində şəxslər də tədbir iştirakçıları sırasına qatılıblar. Konfransın əhəmiyyətini nəzərə alaraq, onun bir sıra məsələlərə münasibəti üzərində geniş dayanmağa ehtiyac gördük.

Trampın "ağıllı" raketləri, yoxsa ədalət: dünyanı nə xilas edə bilər?

Trampın "ağıllı" raketləri, yoxsa ədalət: dünyanı nə xilas edə bilər?
13 aprel 2018

Amerika prezidenti Donald Trampın Rusiyanı hədələməsi yenidən bütün dünyada narahatlıq yaradıb. Moskva da cavab verib. Aydın olur ki, iki supergüc bir-biri ilə savaşmağa hazırdır. Hər ikisi hesab edir ki, qalib olacaq. Hər ikisi hesab edir ki, ədalətlidir. Lakin təhlillər göstərir ki, vəziyyət daha mürəkkəbdir və çoxlu sayda təhlükələr meydana gələ bilər. Suriyanı bombalamaq istəyənlər oradakı insanların taleyini qətiyyən düşünmürlər. Əksinə, suriyalılar arasında ixtilafları daha da dərinləşdirən addımlar atmaqdan çəkinmirlər. Belə bir şəraitdə Yaxın Şərqdə geosiyasi proseslər hansı istiqamətdə gedə bilər? Bu kimi suallara cavab üzərində geniş dayanmağı lazım bildik.

Ankara sammiti: Yaxın Şərqdə qüvvələr nisbəti dəyişir

Ankara sammiti: Yaxın Şərqdə qüvvələr nisbəti dəyişir
12 aprel 2018

Türkiyə paytaxtında prezidentlər Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin görüşüb Yaxın Şərqin aktual problemlərini müzakirə etməsinə ekspert dairələrindən böyük maraq göstəriblər. Türkiyə, Rusiya və İran dövlət başçıları konkret olaraq Suriyadakı münaqişəni sona çatdırmaq üzərində geniş dayanıblar. Analitiklərin qənaətinə görə, bu görüşə Ankara güclü arqumentlərlə hazırlaşıb. Türk ordusu yüksək peşəkarlıqla Afrini terrorçulardan təmizləyib. Ankara kənar təzyiqlərə boyun əyməyərək hərbi əməliyyatları başa çatdırıb. İndi onunla bütün dünya hesablaşmaq məcburiyyətindədir. Rusiya da kifayət qədər siyasi fəallıq nümayiş etdirib və öz mövqeyini qorumaqdadır. Bu səbəbdən də Ankara görüşündən ekspertlər çox şey gözləyirdilər. Proqnozlar özünü doğrultdu. Rusiya, Türkiyə və İran Suriya münaqişəsini həll etmək istiqamətində növbəti ciddi addım atdılar. İndi müxtəlif səviyyələrdə dünya siyasətinə yeni bir konfiqurasiyanın gəldiyindən bəhs edirlər. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmaq istərdik.

Azərbaycan-İran: perspektivli əməkdaşlıq formatları və qlobal geosiyasi proseslər

Azərbaycan-İran: perspektivli əməkdaşlıq formatları və qlobal geosiyasi proseslər
09 aprel 2018

Yeni regional əməkdaşlıq formatı çərçivəsində Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda müzakirələr aparmasına dünya ekspertləri xüsusi diqqət yetirmişdilər. Belə proqnozlaşdırılırdı ki, dördtərəfli formatda yeni bir əməkdaşlıq konfiqurasiyası meydana gəlir. Onun geosiyasi və iqtisadi təsiri isə yalnız regionun sərhədləri ilə məhdudlaşmır. Söhbət "Cənub-Qərb" dəhlizinin formalaşması imkanlarından gedir. İran Prezidenti Həsən Ruhaninin Azərbaycan səfəri bu məsələlər fonunda daha çox maraq doğururdu. Həqiqətən, Bakıda Azərbaycanla İran arasında Astara-Rəşt dəmiryolu xəttinin inşasının maliyyələşdirilməsi barədə vacib sənəd imzalandı. Bununla da iki proqnoz özünü doğrultdu. Birincisi, Ermənistanın ümid bəslədiyi bəzi layihələr arxivə atıldı, çünki İran Azərbaycanla əməkdaşlığa üstünlük verdi. İkincisi, regional və qlobal əməkdaşlıq kontekstində növbəti perspektivli əməkdaşlıq formatı – dördtərəfli əməkdaşlıq öz səmərəsini göstərməyə başladı. Bu məqamlar prizmasından İran Prezidentinin Azərbaycan səfərinin geosiyasi məqamları üzərində daha geniş dayanmaq zərurəti hiss olunur.

Diplomatik müharibə: dünya siyasəti dalana dirənir

Diplomatik müharibə: dünya siyasəti dalana dirənir
03 aprel 2018

Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Silahlı Qüvvələri Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripalın və onun qızı Yuliyanın zəhərləndirilməsindən sonra dünya siyasətində sözün həqiqi mənasında bir dram yaşanır. Məsələ London-Moskva münasibətlərinin sərhədini çoxdan aşıb. ABŞ və Aİ yaranmış situasiyada Böyük Britaniyanı haqlı saydıqlarını açıq bildirsələr də, bununla kifayətlənmirlər. Avropa İttifaqının 20-yə yaxın ölkəsi bəyan edib ki, Rusiya diplomatlarını deportasiya edə bilərlər. Martın 22-də Aİ-nin Rusiyadakı səfirinin geri çağırılması ilə həmin prosesə start verilib. XXI əsrdə ilk dəfədir ki, böyük geosiyasi güclər arasında qarşıdurma geniş miqyas almaqdadır. Mütəxəssislər proseslərin həmin istiqamətdə inkişafının bütün dünya üçün ciddi təhdid olduğu barədə xəbərdarlıq edirlər. O cümlədən yeni "soyuq müharibə" və silahlanma yarışının meydana gəlməsi istisna edilmir. Həmin kontekstdə "diplomat müharibəsi"nin mümkün geosiyasi sonucları ilə bağlı analizə ehtiyac duyuruq.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...