THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Tərəfdaşlıq prioritetləri və ərazi bütövlüyü: Aİ ilə NATO-nun əhəmiyyətli mesajları

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3384
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 iyul 2018 – Newtimes.az

Siyasətdə konkret nəticələr əsas götürülür. Vədlər verilə bilər, ancaq vətəndaşlar onların yerinə yetirilmədiyini gördükdə, liderdən üz döndərə bilirlər. Nikol Paşinyan hazırda bu vəziyyətdədir. Azərbaycanın dövlət başçısı İlham Əliyev isə əksinə, bütün dünyada verdiyi vədləri yerinə yetirən və etibarlı tərəfdaş kimi fəaliyyət göstərən lider olaraq qəbul edilir. Prezidentin Brüsselə iyul ayının 10-12-si arası etdiyi səfərin nəticələri bunu bir daha təsdiq edir. İlham Əliyev Avropa İttifaqı üçün çox mühüm bir sənədin paraflanmasına nail olub. "Tərəfdaşlıq prioritetləri" adlanan həmin sənəddə Aİ ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın başlıca prinsipləri öz əksini tapıb. Bu sənədin strateji əhəmiyyəti hələ çox təhlil edilməlidir. Eyni zamanda, Brüsseldə NATO-nun növbəti sammitində qəbul edilən bəyannamədə Azərbaycanın siyasi sərhədlərinin toxunulmazlığı vurğulanıb. Bu da ciddi əhəmiyyəti olan hadisədir. Bu kimi məqamların işığında Prezident İlham Əliyevin Brüssel səfərinin bir sıra məqamları üzərində geniş dayanmağa böyük ehtiyac görürük.

İki vacib aspekt: Brüssel sənədləri

Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərləri həmişə müsbət nəticələrlə yadda qalır. İyul ayında dövlət başçısının Brüssel səfəri isə iki aspektdən daha çox önəm kəsb edirdi. Onun birinci aspekti Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrin yeni müstəvidə necə davam etdiyinin müəyyənləşdirilməsi ilə bağlıdır ki, bu da iki cəhətdən aktual idi. Hər şeydən öncə, Azərbaycan-Aİ münasibətlərinə digər böyük geosiyasi güc mərkəzlərinin verəcəyi reaksiya maraq doğururdu. Çünki məlumdur ki, Rusiya Gürcüstan və Ermənistana onların Avropa ilə əməkdaşlığının məzmunu ilə bağlı xəbərdarlıq edib. İkinci cəhət isə Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının yeni məzmununun özəllikləri ilə əlaqəli idi.

Birinci aspektin hər iki cəhətinin digər geosiyasi güc mərkəzləri tərəfindən normal qarşılandığı artıq məlumdur. Belə ki, Moskva Bakının bu istiqamətdə atdığı addımlara qətiyyən etiraz etmir, əksinə, onları qəbul edir. Çünki bu əməkdaşlığın strategiyası heç kəsin maraqlarına qarşı yönəlməyib. Brüsseldə paraflanan "Tərəfdaşlıq prioritetləri" adlı sənədin birinci bəndindən bu, aydın görünür.

Sənəddə yazılıb ki, birgə tərəfdaşlıq prioritetləri əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Azərbaycan və Avropa İttifaqı tərəfindən qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq razılaşdırılıb. Yəni burada ortaq dəyərləri gözləmək şərti ilə hər iki tərəf üçün qarşılıqlı faydalı tərəfdaşlıqda hansı istiqamətlərin prioritet kimi qəbul edildiyi vurğulanıb. Bunda da əsas məqsəd hansısa inteqrasiyaya nail olmaqdan ibarət deyil – başlıcası əməkdaşlığı gücləndirməkdir. Eyni məqsəd Rusiya-Aİ münasibətlərində də qarşıya qoyula bilər. Və burada kimlərəsə qarşı nəyinsə ola bilməsi mümkün deyildir.

Birgə dəyərlərin ayrıca vurğulanması da təsadüfi deyil. Bu o deməkdir ki, tərəflərdən hər hansı biri digərinə iradəsini qəbul etdirə bilməz. Söhbət yalnız qarşılıqlı surətdə qəbul edilən addımlardan gedə bilər. Deməli, bu vəziyyətdə tərəflərin müstəqil siyasət kursuna sadiq qalmaları bəri başdan razılaşdırılır. Təcrübə göstərir ki, Azərbaycan bütün tərəfdaşları ilə beynəlxalq hüquq çərçivəsində, balanslaşdırılmış məzmunda əlaqələr qurur.

Bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Avropa ilə əməkdaşlığını gücləndirmək niyyəti safdır, sülhə, barışa və tərəflərin maraqlarının eyni dərəcədə təmin edilməsinə dayanır və başqasına qarşı yönələ bilməz. Vurğulanan məqam birinci bənddə yer almış digər bir müddəanın da çox aktual olduğunu təsdiqləməkdədir. Biz, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığının da dəstəklənməsinə sadiqliyinin ifadə olunduğunu nəzərdə tuturuq.

İndiyə qədər Avropa İttifaqı "dövlətlərin beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi" ifadəsini Azərbaycanla imzaladığı sənədlərə salmırdı. Bu, siyasi baxımdan bir çatışmazlıq idi. Çünki, ümumiyyətlə, Aİ ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini daim vurğulayırdı və Azərbaycanla bağlı bundan o tərəfə konkretlik etmirdi. İndi isə birmənalı vurğulanır ki, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış siyasi sərhədləri toxunulmazdır. Deməli, bu prinsipin pozulması həm də Aİ üçün siyasi problemdir. Və Brüssel onun düzəldilməsinə çalışmalıdır.

Onu vurğulayaq ki, Ermənistan siyasi dairələri bu məqamdan bərk narahat olublar. Nikol Paşinyan Brüsseldə pul dilənəndə, Azərbaycan rəhbəri yuxarıda vurğulanan mühüm sənədin paraflanması mərasimində iştirak edirdi. İlham Əliyev konkret siyasi uğura imza atırdısa, N.Paşinyan "yardım edin" deyə, hay-küy salmaqla məşğul idi. O, Brüssel hava limanında da şikayət etdi ki, Avropa "erməni inqilabı"na lazımi qiymət vermir.

Əslində, Brüssel çox gözəl bilir ki, Ermənistanda inqilab deyilən proses nə demokratiya, nə də sivil inkişaf naminə edilib – məsələ ölkədəki klanlararası savaşın yeni mərhələsi ilə bağlıdır. Digər tərəfdən, kənardan böyük geosiyasi güclərdən biri öz təsirini göstərmişdi. Bu bağlılıqda hamı bilir ki, Ermənistan nə qədər atılıb-düşsə də, Rusiyanın hərbi və iqtisadi çətirinin altından çıxa bilməz.

Bunlardan sənəddə vurğulanan məqamların birinci aspekti çərçivəsindəki ikinci cəhəti də olduqca əhəmiyyətlidir. Burada Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətinə dəstək ifadə olunub və eyni zamanda, ölkəmizdə iqtisadi islahatlar prosesinə yardım edilməsi istiqamətində Avropa İttifaqının mümkün töhfəsi vurğulanıb. Aydındır ki, bu məqam da Brüsselin prinsipial mövqeyini əks etdirir. Belə ki, Azərbaycana dost olmayan dairələr ölkədə həyata keçirilən islahatların real məzmununa kölgə salmağa və onu antisivil məzmunda təqdim etməyə çalışırlar. Brüssel isə bu sənədlə bəyan edir ki, o, nəinki Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramlarını müsbət qiymətləndirir, hətta bununla bağlı öz töhfəsini verməyə də hazırdır.

Ermənistanla münasibətlərdə bu kontekstdə hansısa konkret sənəd varmı? Brüssel daim Ermənistanın normal bir proqram təklif etməsini istəyir. Əvəzində isə maliyyə yardımının vacibliyindən başqa bir fikir eşitmir. Çünki Ermənistan müstəqil deyil, o, Kremlin icazəsi olmadan hansısa proqram tərtib edib, Avropaya təqdim edə bilməz.

Geosiyasi aspekt: Azərbaycanın real statusu

"Tərəfdaşlıq prioritetləri" sənədində tərəflər arasındakı əməkdaşlığın geosiyasi aspekti də prioritetlərdən biri kimi vurğulanıb. Orada qeyd edilib ki, Azərbaycan əlverişli geosiyasi mövqeyə malikdir. Bu, faktiki olaraq Azərbaycanı Cənubi Qafqazın geosiyasi qovşağı statusunda qəbul etmək deməkdir. Təbii ki, hazırkı mərhələdə məsələnin bu tərəfi çox önəmlidir və birbaşa strateji maraqlara aiddir.

Çünki Cənubi Qafqazda böyük dövlətlərin geosiyasi maraqları daha kəskin şəkildə toqquşmağa başlayıb. ABŞ, Avropa İttifaqı, Rusiya, İran, Türkiyə və Çin regionla bağlı aktiv fəaliyyət göstərirlər. Bu məqam özü ilə konkret ziddiyyətləri də regiona gətirir və onun hər bir yerli dövlətə təsiri qaçılmazdır. Məsələn, Ermənistan bu mübarizənin altında faktiki olaraq əzilir. O, geosiyasi güc mərkəzləri arasında dəqiq mövqe seçə bilmir. Ermənistanın Rusiyaya bağlı olması onu real manevr imkanlarından məhrum edir. Bu səbəbdən hələ də Ermənistanın geosiyasi statusu qeyri-müəyyən olaraq qalır. Qərb ondan mövqeyini dəqiqləşdirməyi tələb edir, Rusiya isə "getsən, cəzalandırılacaqsan" deyir.

Bunun konkret təsdiqi Aİ-nin Ermənistandakı təmsilçisinin İrəvana faktiki olaraq bu cür irad tutmasıdır: "sizin Aİ siyasətiniz dəyişmir, ancaq bizdən Ermənistan siyasətinin dəyişməsini istəyirsiniz". Bu o deməkdir ki, Brüssel ümumi halda İrəvanla əlaqələrin inkişafına meylli olduğunu ifadə etməsinə baxmayaraq, hələlik konkret mövqenin olmadığını da qeyd edir. Ermənistanın yeni baş naziri də Avropanın mövqeyindən narazıdır. O, Brüsseldən qayıdarkən, sözdə deyil, əməldə Avropadan dəstək gözlədiyini açıq deyib. Deməli, hər iki tərəf üçün geosiyasi aspektdə qeyri-müəyyən məqamlar mövcuddur.

Gürcüstanla bağlı situasiya bir qədər fərqlidir. Tbilisi açıq surətdə qərbyönlü siyasət yeridir. Ancaq bu, Rusiya tərəfindən normal qarşılanmır və həmişə dolaşıqlıq yaranır. Son olaraq Vladimir Putin Gürcüstanın NATO-ya qəbul edilməsi imkanı ilə bağlı verilən vədlərə münasibətini sərt ifadə edib. O deyib ki, Kreml buna qarşı nə lazımdırsa, edəcək. Yəni faktiki olaraq Aİ-nin Gürcüstan istiqamətində də bir geosiyasi qeyri-müəyyənlik mövcuddur. Rusiya Avropanın Gürcüstanda islahat proqramlarını reallaşdırmasına imkan vermir. Onu da deyək ki, Tbilisi Aİ ilə assosiativ üzvlüklə bağlı saziş imzalayıb.

Belə görünür ki, həm assosiativ üzvlük sazişinin mövcudluğu, həm də NATO-nun aktiv dəstəyinə baxmayaraq, Gürcüstanın qlobal geosiyasi proseslərdə statusu məsələsi açıq olaraq qalır. Bu məqam ABŞ Prezidenti D.Trampın V.Putinlə görüşməkdə maraqlı olması fonunda daha düşündürücü görünür. Ekspertlərin fikrinə görə, Amerika Rusiya ilə əlaqələrini öz maraqlarını nəzərə almaqla inkişaf etdirməyə çalışacaq. Bu halda Ermənistan və Gürcüstan kimi dövlətlərin geosiyasi maraqları arxa plana keçir və onlarla bağlı güzəştlər ola bilər.

Məhz bunların fonunda Aİ-nin "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanı regionun ciddi geosiyasi gücü hesab etməsi çox əhəmiyyətlidir. Brüssel sənəddə bu mövqeyinin konkret detallarını da ifadə edib. Belə ki, orada göstərilib ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə ciddi töhfə verir. Bu kontekstdə ayrıca göstərilir ki, "Cənub Qaz Dəhlizi" layihəsinin tezliklə tam yekunlaşması prioritetlərdən biridir. Və bununla yanaşı, layihənin işləməsi, yəni Avropa bazarlarına təbii qazın çatdırılması Brüssel üçün əsas prioritetlər sırasındadır.

Demək mümkündür ki, məhz yuxarıda vurğulanan konkret layihələrə görə, Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazın nəqliyyat və geosiyasi qovşağı kimi qəbul edir və onun qlobal dünya siyasətindəki roluna bu bağlılıqda qiymət verir. Çox əhəmiyyətlidir ki, artıq Qərb dövlətləri də Azərbaycanın regionda aparıcı rolunu əməldə etiraf edirlər və münasibətlərini bu reallığı nəzərə alaraq qurmağa çalışırlar. Bu şərtlər daxilində Aİ-nin hansısa xüsusi maraqlara görə etibarlı tərəfdaşı ilə ziddiyyətə girməsi ehtimalı çox aşağıdır. Erməni siyasilərinin bəslədikləri ümidlərin puç olmaqda olduğu şübhəsizdir. Buradan başqa bir maraqlı nəticə də alınır.

Yuxarıda vurğulanan məqamlar təsdiq edir ki, sənəddə Azərbaycan və Avropa İttifaqının birbaşa enerji və nəqliyyat uzlaşmaları yaratmaq kimi birgə strateji məqsədləri mövcuddur və bu, nəzərə alınır. Bu kontekstdə tərəfdaşlıq prioritetləri sənədində Azərbaycanın strateji enerji tərəfdaşı kimi rolu qəbul edilir.

Ölkəmizin coğrafi mövqeyinə görə təbii nəqliyyat qovşağı olaraq bağlantıları, ticarət və logistikanı inkişaf etdirmək imkanları tanınır. Etiraf edək ki, geosiyasi baxımdan kifayət qədər ciddi bəndlərdir. Bu, Bakının enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin işləməsi aspektlərində Avropa üçün əhəmiyyətinin nümayişidir.

Hazırkı mərhələ üçün çox mühüm əhəmiyyət daşıyan başqa bir məqam da sənəddə xüsusi qeyd edilib. Belə ki, Brüssel Avropa İttifaqının həm neft, həm də qeyri-neft sektoru daxil olmaqla ölkəmizə qoyulan birbaşa xarici sərmayələrin yarısına pay sahibi kimi əsas investisiya tərəfdaşı olduğunu ifadə edir. Ümumilikdə, bu, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti və geniş iqtisadi islahatlar proqramının qəbul edilməsi deməkdir.

Bir müqayisənin fonunda həmin bəndin strateji əhəmiyyəti daha aydın dərk edilə bilər. Ermənistanın yeni baş naziri Brüsselə səfərində əsas diqqəti ölkəyə sərmayə qoyuluşlarına yönəldəcəyini bəyan etmişdi. Onun görüşlərdə bu məqamı daim qabartmağa çalışdığı haqqında informasiyalar yayılıb. Nəticədə, real olaraq Aİ 10 milyon avro yardım edə biləcəyini bildirdi. Bu rəqəm erməni liderin heç xoşuna gəlməyib. O, tutarlı sərmayə qoyuluşu istəyib. Cavabında isə deyiblər ki, çox danışma, konkret proqramlar təqdim et.

Buradan belə nəticə çıxır ki, Ermənistan indiyə qədər Brüsselə bir dənə də olsun real proqram təqdim etməyib. Niyə? Çünki təqdim edə bilmir və işi daim yardım dilənməkdən ibarət olub. Ermənilərə elə gəlir ki, Qərb də, Rusiya da onları daim yedirtməlidir, əvəzsiz pul verməlidir. Artıq belə hoqqalara uymaq halı nə Qərbdə var, nə də Rusiyada. Ona görə də N.Paşinyan hara gedirsə, əliboş qayıtmalı olur.

Bütün bunların fonunda tərəfdaşlıq prioritetləri sənədində humanitar sferada əməkdaşlıq məsələsinin də yer alması çox önəmlidir. Çünki XXI əsr mədəniyyət, dialoq, qarşılıqlı yardımlaşma və barış əsridir. Sənəddə ayrıca qeyd olunur ki, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına ciddi töhfələr verir və bu, razılıqla qarşılanır. Bu sahədə Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərir. Həmin kontekstdə paraflanan sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivlərinin yer alması vacib faktor kimi qəbul edilir.

Bunlarla yanaşı, tərəfdaşlıq prioritetləri sırasında yaxşı idarəçilik, mobillik və insanlararası əlaqələr, humanitar, təhsil və qarşılıqlı maraq doğuran digər əsas sahələrdə də əməkdaşlıq yer alıb. Bu sahələr müasir tarixi mərhələdə cəmiyyətlərarası və fərdlərarası münasibətlərdə böyük yer tutur. İnsanların kommunikativ mobilliyi onların hüquqlarının təmin edilməsi və azadlıqları ilə birbaşa əlaqələndirilir.

Nəhayət, sənəddə vurğulanır ki, tərəfdaşlıq prioritetləri 2018-2020-ci illəri əhatə edir və tərəfdaşlıq bərabərhüquqlu, qarşılıqlı xarakter daşıyır. Rəsmi İrəvanın son zamanlar tez-tez ortaya çıxarmağa çalışdığı məqamlar aspektində məsələnin bu tərəfi əhəmiyyətlidir. Belə ki, Ermənistanın yeni rəhbərliyi dünyaya özünü insan haqlarını qoruyan, demokratiyanı müdafiə edən, humanizmin beşiyi kimi təqdim etməyə cəhd göstərir. Bunun fonunda Azərbaycanı antidemokratik, antihumanist, dünya sivilizasiyasını inkişafdan salan və idarəetmədə geridə qalan bir ölkə olaraq xarakterizə etməyə çalışır. Bununla da Dağlıq Qarabağ məsələsini ermənilərin xeyrinə həll etməyin lazım gəldiyini irəli sürür. Yəni Ermənistanı müdafiə etmək, dünya demokratiyasını müdafiə etmək kimi təqdim olunur.

Təbii ki, buna ekspertlər ironiya ilə yanaşırlar. Onlar ermənilərin xarici dəstəklə çox vəhşi üsullarla, günahsız dinc sakinləri qətlə yetirmək, uşaqları, qadınları və qocaları əsir götürməklə Azərbaycan torpaqlarını işğal etdiyini bilirlər. Bu əməllərin sahibləri indi demokratiyadan, insan haqlarından, qadın hüquqlarının qorunmasından necə danışa bilərlər? Onlar bir zamanlar törətdikləri vəhşilikləri qəhrəmanlıq nümunəsi kimi videokadrlarla dünyaya nümayiş etdirirdilər. Serj Sarkisyan dəfələrlə demişdi ki, "ermənilər dünyaya nümayiş etdirdilər ki, dinc sakinləri qətlə yetirə bilərlər". Ölkənin ilk prezidenti Levon Ter-Petrosyan isə Xocalıdakı erməni vəhşiliyi ilə bağlı verilən suala "müharibə müharibədir" deyə cavab vermişdi.

Bunları erməni terrorçu və separatçıları unuda bilərlər, lakin nə azərbaycanlılar, nə də mütərəqqi dünya ictimaiyyəti unutmaz. Erməni siyasətçiləri başda olmaqla bu vəhşilikləri törədənlərin hamısı ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Onda müttəhim erməni terrorçuları öz "demokratikliklərini" müdafiə edərlər.

Siyasi sərhədlərin toxunulmazlığı: Bakının növbəti uğuru

Avropa İttifaqı ilə imzalanan sənədin yuxarıda vurğulanan məqamları fonunda daha bir sənədin əhəmiyyəti aydın görünür. Bu, Azərbaycan Prezidentinin Brüssel səfərinin ikinci mühüm aspekti ilə bağlıdır. Konkret olaraq Brüsseldə NATO-nun növbəti sammitinin yekun bəyannaməsində qeyd edilib ki, NATO Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində dəstəkləyir. Bu tezis olduqca vacibdir. İlk dəfədir ki, Şimali Atlantika Alyansı məhz Dağlıq Qarabağ münaqişəsinin həlli bağlılığında Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini rəsmən bəyan edir. Bu, Aİ ilə imzalanan sənəd işığında olduqca əhəmiyyətli məqam təsiri bağışlayır. Yəni, faktiki olaraq Qərb bütövlükdə Azərbaycanla iqtisadi, siyasi, mədəni, energetik, nəqliyyat sferaları ilə yanaşı, təhlükəsizlik və suverenlik məsələlərində də əməkdaşlığa hazırdır. Əvvəlki mərhələlərdə Azərbaycanın ərazi bütövlüyü Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü kontekstində ümumi qeyd olunurdu. İndi isə konkret münaqişə ilə bağlı mövqe bildirilir.

Ermənilər NATO-nun bu addımından bərk narahat olublar. Onların ekspertləri bunu təhlükəli gedişat kimi xarakterizə edirlər. Yazırlar ki, erməni diplomatiyası bu məsələdə xeyli uduzub və səbəbi bilinmir. Azərbaycan NATO-dan ciddi dəstək almaqdadır, lakin Ermənistan konkret heç bir şey edə bilmir. Ermənilər üçün ən narahatedici məqam isə ondan ibarətdir ki, nə Qərb, nə də Rusiya rəsmi Bakının bu addımlarının qarşısını almır. Əksinə, onlar əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduqlarını deyirlər.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri bütün mənalarda çox uğurlu olub. Azərbaycan Avropa İttifaqı və NATO ilə mühüm sənədlər imzalayıb. Bu proses onu göstərir ki, rəsmi Bakının xarici siyasət kursunu Qərb tam qəbul edir. Eyni dərəcədə Avropa Azərbaycan rəhbərliyinin apardığı islahatları, daxili siyasətin bütün aspektlərini də dəstəkləyir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...