THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yüksək səviyyəli strateji tərəfdaşlıq: İlham Əliyevin Türkiyə səfərinin tarixi məqamları

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1928
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 aprel 2018 – Newtimes.az

Azərbaycanla Türkiyə arasında olan münasibətlər bütün dünya üçün nümunədir. İki qardaş ölkə beynəlxalq hüquq normaları çərçivəsində, tam müstəqil dövlətlər olaraq, əlaqələrini inkişaf etdirirlər. İlham Əliyevin növbəti dəfə Prezident seçiləndən sonra ilk xarici səfərini məhz Türkiyəyə etməsi təsadüfi deyil. Ankarada, iki ölkənin bütün sahələrdə əlaqələrini əhatə edən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası olmalı idi. Bundan başqa, iki ölkənin əməkdaşlığını yeni səviyyəyə qaldırmalı olan müqavilələr imzalanmalı idi. Bütün bunlar baş tutdu. Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı əlaqələrin bundan sora da inkişaf etdirilməsi zərurətini ifadə edən fikirlər bəyan etdilər. Bütövlükdə Azərbaycan Prezidentinin Türkiyəyə səfərinin başlıca siyasi və geosiyasi məqamları üzərində geniş dayanmağa ciddi ehtiyac duyuruq.

Tarixdən gələn ənənə və müasir dövr: ortaq maraqların parlaq nümunəsi

Növbəti müddətə Prezident seçilən İlham Əliyevin ilk xarici səfərini Türkiyəyə etməsi gözlənilən hal idi. Azərbaycanın dövlət başçısını Ankarada xüsusi hörmətlə qarşılayıblar. Türkiyə rəhbərliyi İlham Əliyevə olan böyük hörmət və ehtiramını dəfələrlə ifadə edib. Məsələ yalnız iki ölkənin dost və qardaş olmasında deyil – İlham Əliyevin bir şəxsiyyət kimi bütün dünyada qəbul olunması, ona yüksək qiymətin verilməsi ilə də bağlıdır. O cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın dövlət başçısına daim xüsusi xoş münasibətinin olduğu sirr deyil.

Prezident İlham Əliyevin Ankaraya səfəri iki ölkə arasında əlaqələrin yeni səviyyəyə yüksəlməsi aspektində olduqca ciddi əhəmiyyət daşıyır. Müzakirə edilən məsələlər və alınan qərarlar bunu tam təsdiq edir. Hər şeydən öncə, vurğulamaq istərdik ki, qarşılıqlı, bərabərhüquqlu və faydalı əməkdaşlıq üzrə dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan ikinci nümunə yoxdur. Müstəqil dövlət olaraq Türkiyə və Azərbaycan ortaq maraqlara malikdirlər. Bu barədə Prezident İlham Əliyev tarixi fikir ifadə edib.

Azərbaycan rəhbəri iki ölkə arasında əməkdaşlıqla bağlı növbəti sənədlər imzalanandan sonra Türkiyə Prezidenti ilə birgə mətbuata verdiyi bəyanatda vurğulayıb: "Biz bütün məsələlərdə bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik" (bax: Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 25 aprel 2018).

İlham Əliyev lakonik surətdə Azərbaycanla Türkiyənin iki müstəqil dövlət olaraq hansı prinsiplərə görə bu dərəcədə yaxın əməkdaşlıq edə bildiklərini ifadə edib. Burada təbii ki, etnik, mədəni və tarixi ortaqlıq ciddi rol oynayır. Söhbət Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, "Bir millət, iki dövlət" prinsipindən gedir. Bununla yanaşı, Azərbaycan və Türkiyə müstəqil siyasət yeridən və öz maraqları olan ölkələr kimi münasibətlərini inkişaf etdirirlər. Biri digəri üçün böyük, yaxud kiçik qardaş rolunu oynamır. Əksinə, onlar ortaq maraqlara uyğun surətdə əlaqələrini daha da təkmilləşdirirlər. Bu o deməkdir ki, Azərbaycana Türkiyənin siyasi, geosiyasi, iqtisadi, energetik və hərbi aspektlərdə ortaq maraq dairələri getdikcə daha geniş məsələləri əhatə etməkdədir. Yəni iki qardaş ölkə müstəqil dövlətlər olaraq tarixi yaxınlaşmaya davam edirlər.

Məsələnin ən sevindirici tərəfi bundan ibarətdir. Çünki əgər müstəqil dövlətlər olaraq ortaq maraqlara sahibdirlərsə, Azərbaycanla Türkiyə arasında heç zaman ixtilaf yarana bilməz, onlar bir-birlərinin maraqlarını daim gözləyəcəklər. Həm də kənardan Azərbaycanla Türkiyənin arasını vurmağa çalışanların əl-qolu bağlanmış olur. Mətbuata verdikləri bəyanatlarda prezidentlər bu məqamı müxtəlif kontekstlərdə ifadə ediblər.

Müstəqil dövlətçilik naminə: inkişaf paradiqmasına verilən üstünlük

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında deyib: "...İnşallah, əziz qardaşımın siyasi liderliyi ilə "Can Azərbaycan" inkişaf etməyə, güclənməyə, bölgənin sabitlik zirvəsi kimi parlamağa davam edəcək... İnşallah, Türkiyə olaraq bu müddətdə Prezident İlham Əliyevlə birlikdə çiyin-çiyinə hər sahədə – siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə birgə fəaliyyət göstərməyə və gələcəyi qurmağa davam edəcəyik. Bu məsələdə mövqeyimiz qətidir" (bax: əvvəlki mənbəyə). Azərbaycanın dövlət başçısı da öz növbəsində bəyan edib: "İlk növbədə, əziz qardaşımı və bütün qardaş türk xalqını əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçmişdir. Biz – Azərbaycanda Türkiyəni sevən insanlar qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşılayırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi ürəkdən sevindirir" (bax: əvvəlki mnbəyə).

İki Prezidentin bu cür fikirlər ifadə etməsi nəyi göstərir? Hər şeydən əvvəl, həm Azərbaycan, həm də Türkiyənin bir-birinin müstəqil dövlət olaraq inkişaf etməsindən sevinc hissi keçirdiyi və qürur duyduğu görünür. Yəni hər iki ölkə bir-birlərinə yalnız inkişaf paradiqması arzulayırlar, münaqişələrdən, ixtilaflardan, hərbi toqquşmalardan kənar olmalarını istəyirlər. Belə mövqe yalnız həqiqi mənada dost və qardaş olan və eyni zamanda, bir-birinin müstəqilliyinə hörmət edən ölkələr arasında ola bilər.

Bu, tarixi bir faktdır. Türkiyə Prezidenti hər kəlməsində Azərbaycana olan sevgisini, hörmətini və dəstəyini ifadə edir. Azərbaycan Prezidenti də açıq ürəklə deyir – "Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur. Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin inkişafını görürük. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir" (bax: əvvəlki mənbəyə).

Dünyada ən yaxın iki müstəqil dövlət olmağın başlıca əlaməti bundan ibarətdir. Və şübhəsiz ki, həmin keyfiyyətdə Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya nümunə ola bilər.

Məhz bu kontekstdə tam əminliklə deyə bilərik ki, bu iki dövlət regionda sabitlik, inkişaf, əməkdaşlıq və təhlükəsizliyin təminatçılarıdırlar. Zatən, Azərbaycan Prezidenti bu məqamı daim vurğulayır. Son olaraq Ankarada keçirilən Azərbaycanla Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası bu tezisi tam təsdiq etdi. Orada qəbul olunan qərarlar, imzalanan sazişlər göstərir ki, iki qardaş ölkə arasında əlaqələr beynəlxalq hüququn normaları çərçivəsində, kimsəyə zərər vermədən sürətlə inkişaf etməkdədir.

Bununla bağlı Rəcəb Tayyib Ərdoğan maraqlı fikir ifadə edib. Mətbuat üçün verilən bəyanatda Türkiyə Prezidenti deyib: "İkitərəfli əlaqələrimizlə yanaşı, Azərbaycanla birlikdə Gürcüstan, Türkmənistan, İran və Pakistanla yaratdığımız üçtərəfli əməkdaşlıq formatı da çox mühüm əhəmiyyət kəsb edir. Bu formatlar ölkələrimiz və regionumuz üçün faydalı olacaq layihələrin davam və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir" (bax: əvvəlki mənbəyə).

Deməli, hər iki ölkənin rəhbərliyi regional və qlobal miqyasda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ciddi surətdə bir yerdə fəaliyyət göstərirlər. Çoxlu sayda dövlətlərlə ayrı-seçkilik etmədən əməkdaşlıq qurmaq böyük siyasi iradə tələb edir. Yeri gəlmişkən, onu vurğulayaq ki, bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü əməkdaşlıq formatları səmərəli rol oynayır.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ilk xarici səfərini Türkiyəyə etməsinin arxasında çox ciddi milli və dövləti maraqlar dayanır. Dövlət başçısı Azərbaycanın müstəqil inkişafı və suverenliyi naminə lazım olan hər bir addımı atmaqda davam edir. Türkiyə ilə iqtisadiyyatı, informasiya sahəsini, müdafiə sənayesini, iqtisadi əlaqələri, ətraf mühitin qorunmasını nəzərdə tutan sanballı müqavilələrin imzalanması bu tezisin doğruluğunun konkret sübutlarıdır.

Azərbaycan müstəqil dövlət quruculuğu prosesini inamla davam etdirir və bunun üçün müstəqil siyasət həyata keçirir. Dostlar buna təbii ki, sevinirlər, düşmənlər isə narahat olurlar. Bu, onların problemidir. Odlar diyarı isə bütün dünyaya nümayiş etdirir ki, xarici siyasətin bütün istiqamətlərində, ilk növbədə, milli maraqlar mövqeyindən çıxış edir. Bu bağlılıqda Türkiyə-Azərbaycan əməkdaşlığının region üçün inkişaf, sabitlik və təhlükəsizlik aspektlərində həlledici rol oynadığına da şübhə yoxdur. Prezident İlham Əliyevin son Türkiyə səfəri bunu bir daha bütün məqamları ilə sübut etdi!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...