THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Hillari Klintonun Cənubi Qafqaz ziyarətinin düşündürdükləri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6257
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

ABŞ-İran gərginliyinin, Suriyaya beynəlxalq təzyiqlərin artdığı, Çikaqo Sammitində NATO-nun perspektivi ilə bağlı planlaşdırılan layihə və proqramların həyata keçirilməsinin qeyri-müəyyənliyi, Avropa Birliyi məkanında iqtisadi böhranın nəticələrinin hələ də davam etdiyi, İranın Azərbaycana qarşı beynəlxalq hüquq və siyasi etik normalarına sığmayan şəkildə təzyiq göstərdiyi ərəfədə ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klinton 4-7 iyun 2012-ci il tarixində Cənubi Qafqaz ölkələri və Türkiyəni ziyarət edəcək. Klinton Cənubi Qafqaz ölkələrinin Prezidentləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək. Eyni zamanda Gürcüstanda Strateji Əməkdaşlıq Komissiyasının iclasının açılışında və Türkiyədə terrorizmlə mübarizə ilə bağlı təşkil edilən beynəlxalq konfransda iştirak edəcək.

Belə bir şəraitdə Klintonun bölgəni ziyarət etməsi ABŞ-ın Cənubi Qafqaz dövlətlərinə yönəlik xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı yeni planlarının olduğunu göstərməkdədir. NATO-nun 20-21 mayda keçirilən Çikaqo Sammitində Gürcüstanın bu quruma üzv olması ilə bağlı bir neçə ildir davam edən tələbi yenə də qəbul olunmadı, sadəcə Gürcüstanla NATO çərçivəsində əməkdaşlığa davam edilməsi və genişləndirilməsi haqqında qərar alındı. Görünən odur ki, NATO Rusiyanın məsələyə münasibətini nəzərə alaraq, hələlik Gürcüstanı tam hüquqlu üzv olaraq qəbul etməkdə tələsmir. ABŞ-ın Şərqi Avropada raket əleyhinə müdafiə və hava müdafiə sistemini yerləşdirməyə çalışdığı bir ərəfədə Gürcüstanın NATO-ya üzv qəbul edilməsi  Rusiya ilə gərgin olan münasibətləri daha da korlaya bilər.

Klinton Ermənistanda Prezident Serj Sərkisyan və XİN rəhbəri Edvard Nalbandyan ilə iki tərəfli münasibətləri, siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, bölgə və beynəlxalq problemləri, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcək. Böyük bir ehtimalla Klinton bölgə ziyarətində demokratiya və insan haqları problemini daha geniş müzakirəyə çıxaracaq. Ermənistanda 6 mayda keçirilən parlament seçkilərində yaşanan problemlər, insan haqlarının pozulması, söz azadlığının məhdudlaşdırılması, seçki saxtakarlığı, müxalifət partiyaları və mətbuata qarşı edilən təzyiqlər barədə Klinton ABŞ hökumətinin iradlarını Sərkisyana bildirəcəkmi? Antidemokratik rejimlərə "müharibə” elan edən, iqtisadi və siyasi sanksiyalar həyata keçirən ABŞ, nədənsə bu sanksiyaların heç birini Ermənistana tətbiq etmir. Əksinə bu ölkəyə hər il qarşılıqsız olaraq on milyonlarla dollar maliyyə yardımı edir. ABŞ-ın bu cür ikili standartları onun demokratiya, insan haqları, söz azadlığının qoruması siyasəti ilə mütənasib deyil.

Klintonun bölgəyə səfərindən əvvəl ABŞ Dövlət Departamentinin 2011-ci il insan haqları məruzəsində "Etnik erməni separatçıların Ermənistanın dəstəyi ilə hələ də Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonunu nəzarətdə saxladığı” qeyd edilmişdir. Bu, Klintonun Azərbaycana səfərindən əvvəl iki ölkə arasındakı münasibətə də mülayim abı-hava yaratmışdır. Mətbuata istinadən Klinton Prezident İlham Əliyev ilə iki tərəfli münasibətləri, enerji təhlükəsizliyi, iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsini, bölgə və beynəlxalq təhlükəsizlik problemlərini, demokratiya, insan haqları və söz azadlığı məsələlərini müzakirə edəcəkdir.

Son zamanlarda Azərbaycan ABŞ-ın, Avropa dövlətlərinin və Avropa Parlamentinin demokratiya, insan haqları və söz azadlığı məsələləri ilə bağlı haqsız iradları ilə qarşı-qarşıya qalmışdır. Azərbaycanın bu sahədə müəyyən problemləri olsa da, bu məsələlərlə bağlı son 20 ildə ciddi irəliləyiş də əldə edilib. Mövcud problemlər isə Qərb dünyasının iddia etdiyi kimi həll edilməyəcək qədər mürəkkəb deyil. Azərbaycandan demokratiya, insan haqları, söz azadlığı sahəsindəki problemləri birdəfəlik həll etməsini tələb etmək, bəzi fərdlərin qarşılaşdığı problemləri kütləviləşdirmək yanlışdır. Azərbaycan kifayət qədər demokratik bir dövlətdir və demokratik ənənələrini inkişaf etdirmək üçün Avropanın müxtəlif qurumları ilə əməkdaşlığını genişləndirir, enerji problemlərinin həllinə öz töhfəsini verir, iqtisadi, siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq edir.

ABŞ və Avropanın Azərbaycanı demokratiya, insan haqları və söz azadlığının pozulması ilə ittiham etməsinə baxmayaraq, bir çox hallarda özləri bu ümumbəşər dəyər və normaları kobud şəkildə pozurlar. Belə ki müstəqil ekspertlərin rəylərinə görə Avropa və ABŞ-da miqrantların, dini azlıqların (xüsusilə müsəlman dini azlıqların) haqları pozulur və hökumətlər lazımi tədbirləri almırlar. ABŞ və Avropa Yəməndə, Misirdə, Liviyada, Suriyada (Suriya hələ də bu müdaxiləyə qarşı mübarizə edir) demokratik dəyərlərin təmin edilməsi üçün mövcud rejimləri dəyişsələr də, təəssüflər olsun ki, bu dövlətlərdə demokratiyanı deyil, separatçılığı, vətəndaş müharibəsini, siyasi və iqtisadi böhranı və bölünmüşlüyü "müvəffəqiyyətlə” təmin edə biliblər.

Demokratik dəyərlərin, insan haqlarının və söz azadlığının bayraqdarı olduqlarını iddia edən ABŞ və Avropa Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsini görmək istəmir, təxminən 1 milyon qaçqın və məcburi köçkünün insan haqlarının təmin edilməsi üçün Azərbaycanın təşəbbüslərini dəstəkləmir. Dövlətlərin ərazi bütövlüyünün qorunmasının Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində yer almasına, beynəlxalq hüququn prinsipi olmasına baxmayaraq, ABŞ separat Dağlıq Qarabağ rejiminə hər il milyonlarla dollar yardım edir. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilsə də, ABŞ hələ də Azərbaycana ABŞ-ın birbaşa yardım etməsini qadağan edən 907-ci düzəlişi birdəfəlik ləğv etməyib.

Azərbaycan demokratik, insan haqlarına əhəmiyyət verən, söz azadlığını təmin edən bir dövlətdir. ABŞ və Avropanın ikili standartları isə onların səmimiliyini ciddi şəkildə şübhə altına alır.

Dr. Hatəm Cabbarlı,

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...