THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Erməni iblisliyinin anatomiyası

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10612
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bir neçə yüz ildir ki, ermənilərin xalq kimi psixoloji problemlərinin olduğu sirr deyil. İndi həmin problemlər daha da şiddətlənib, erməni iblisliyi özünün apogey həddinə çatıb. Səbəbi odur ki, Ermənistan dövlət kimi bütün sahələrdə dərin böhran yaşamaqdadır. Hətta erməni yazarlar etiraf edirlər ki, XXI əsrin başlanğıcında nə erməniliyin, nə də müstəqil erməni dövlətçiliyinin əsaslı fəlsəfəsi yoxdur.

Ermənilər üçün ən ağır yük Azərbaycanın torpaqlarının bir qismini işğal etmələridir. Ermənistan adlanan dövlət keçən əsrin əvvəllərində Azərbaycan torpaqlarının hesabına süni surətdə yaradılıb. XX əsrin sonlarında yenidən Azərbaycan torpaqlarını işğal etməklə ikinci erməni dövləti yaratmaq xülyasına düşmək "siyasi şizofreniyadan” xəbər verir. Yəni ermənilərin reallığa uyğun yox, öz xəstə təxəyyüllərinin uydurduğu yalançı obraza görə hərəkət etmələri ən böyük faciələridir.

Psixoloji nəzəriyyələrə görə, insan reallığı duymaq qabiliyyətini itirəndə, onun gözlərinə süni obrazlar görünür. Erməni siyasəti üçün isə bu psixoloji apatiya artıq özünütəsdiq formasıdır. Ermənilər Azərbaycanın gerçək obrazını dərk etməkdə çətinlik çəkdiklərindən tez-tez qarabasmaları olur. Azərbaycanın beynəlxalq aləmdə uğurları artdıqca bu qarabasmalar daha da şiddətlənir. Ermənilər xüsusilə Azərbaycanın müstəqil xarici siyasətindən təlaşa düşürlər. Açıq hiss olunur ki, onların siyasi psixologiyasında ümumiyyətlə müstəqil dövlət obrazı yoxdur. Ermənistan şərti olaraq dövlət adlanır. Gerçəklikdə o, Rusiyanın banan dövlətidir. Bu durum onlarda yalançı müstəqil dövlət obrazı yaratmışdır.

Bəzən ermənilər bu kölə psixologiyasından həyəcanlanıb hay-küy salırlar. Lakin dərhal da ağalarından şapalaq yeyərək, qınlarına çəkilməli olurlar. Bunun ən yaxşı nümunələrindən biri qatı ermənipərəst Modest Kolerovun 2011-ci il oktyabrın 3-də dərc edilən analitik yazısıdır. M.Kolerov yazısına "Ermənistan Rusiya və özü üçün mövcuddurmu?” (1) kimi çox məna verən başlıq qoymuşdur. Milli ləyaqəti və dövlətçilik şüuru olan xalq üçün bundan təhqiramiz ifadə tapmaq çətindir. M.Kolerov faktiki olaraq erməniləri millət və Ermənistanı dövlət kimi təhqir edib. Onların gerçək varlıqlarının sual altında olduğunu ifadə edib. Yazısının sonunda M.Kolerov sözün həqiqi mənasında ermənilərin mənliyinə tüpürür. O deyir ki, "əsas sual odur ki, Ermənistan Rusiyanı siyasi, sosial və iqtisadi cəhətdən itirəndə başına nələr gələcək? ...Onda Ermənistan dövlət kimi sadəcə mövcud olmayacaq. Hələ indi o (yəni Ermənistan – Newtimes) mövcuddurmu – ən başlıca sual...budur” (1). Son vaxtlar bu ruhda olan yazılar çoxalır.

Ruhi və psixoloji sarsıntılar erməniləri küncə sıxışdırıb. Onlar ətrafda baş verənlərə çox emosional və qeyri-sağlam reaksiya verirlər. Şər-böhtan kampaniyaları da buna uyğun tüğyan edir. Xüsusilə Azərbaycan tərəfdən uğurlar haqqında məlumatlar eşidən kimi mağara instinktləri baş qaldırır. Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun "Bloomberg Businessweek" nəşrinə verdiyi müsahibə (2) erməniləri xəstəhal etmişdir. Novruz Məmmədov, əslində, siyasi təfəkkürün tam normal qəbul elədiyi fikir bildirmişdir. O, Azərbaycanın dövlət maraqlarından çıxış edərək, xarici siyasət kursunun mümkün variantlarından danışmışdır. Səbəb kimi də Qərbin Azərbaycana qarşı tutduğu mövqeyində bir sıra qaranlıq məqamların olmasını göstərmişdir.

Novruz Məmmədov Dağlıq Qarabağ məsələsində Qərbin ədalətli mövqe nümayiş etdirmədiyini, təcavüzkara qarşı heç bir addım atmadığını göstərərək, Azərbaycanın ona təklif edilən yeni siyasi quruma üz tutma ehtimalını qeyd etmişdir (2). İstənilən özünə hörmət edən və müstəqil xarici siyasət yeridən dövlət belə hərəkət etməlidir. Lakin erməni şüuru və psixologiyası bu kimi normal siyasi mövqeni qavramaq üçün formalaşmamışdır. Onlar geosiyasətə öz primitiv mağara instinktlərinin ehtiyaclarından qaynaqlanan orta əsr qaba mənfəət mövqeyindən qiymət verirlər. Ona görə də Azərbaycanın sivil və müstəqil dövlət kimi irəli sürdüyü prinsiplərə babalarından miras qalmış kin və küdurətlə baxırlar. Onların bu cür reaksiyalarında əsrlərdir qafalarını və qəlblərini yeyən şovinist millətçilik instiktlərinin yaratdığı erməni müstəsnalığının kif vermiş iyini duymaq olur.

"Panarmenian.net” saytı Novruz Məmmədovun dediklərini özünün uydurduğu "faktlar” əsasında şərh etməyə çalışır (3). Azərbaycan tərəfinin atəşkəsi pozduğu haqqında bir neçə faciəvi səhnə düzəldir. Bu məlumatların əsassızlığını elə Ermənistan Müdafiə Nazirliyi təkzib edib. Hətta bu bədnam qurum erməni mediasına müraciət edərək yalan məlumatlarla cəmiyyəti şantaj etməmələrini istəyib. "Panarmenian.net”də Marina Ananikyan adlı birisinin ədəbsiz (qədim peşədən qalan) fikirlərini məhz həmin şantaj informasiyalarla əsaslandırdığını rəsmi erməni qurumunun özü etiraf etmiş olur.

Adam Homo Sapiens adına utanır! Düşünürsən ki, əsrlərdir Qafqazda yerini tapa bilməyən ermənilərin həyasının həddi varmı? Onlar hətta Freyd və Yunqun analitik psixologiyasının tədqiqatı üçün də yaramayan primitiv psixi reaksiyalar nümayiş etdirirlər. Ermənilərin iblisliyi nə Edqar Morenin "Mənim iblislərim”dəki, nə də A.S.Puşkinin "Kiçik faciələr”indəki iblis obrazlarına uyğun gəlmir. Yaddaşlarda bir epizod da var: "Daş qonaq”da Donna Anna Don Quana deyir: "Siz sırf iblissiniz!”

Newtimes.az

Mənbələr

  1. Модест Колеров. Существует ли Армения для России и для себя самой? / Regnum. 3 октября 2011 г. URL: http://www.regnum.ru/news/1451486.html.
  2. Azerbaijan May Rethink Pro-Western Stance If No Karabakh Support / Bloomberg Businessweek. Apr 30, 2012. URL: http://www.bloomberg.com/news/2012-04-30/azerbaijan-may-rethink-pro-western-stance-if-no-karabakh-support.html.
  3. http://www.panarmenian.net/rus/news/105482/.
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...