Müharibədə istənilən vasitə keçərlidir deyilir. Amma, yəqin, Qarabağın azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlar erməni tərəfini, deyəsən, çaş-baş salıb, onlar bu ifadəni tamamilə tərsinə anlayıblar. Ermənistan hakimiyyəti çaşqınlıq içindədir. Niyə ciddi dövlət məmurları bir-birini bu qədər təkzib edir? Vəziyyət anbaan gərginləşir, çünki ermənilər "Deyilənlər doğrudur?" sualından sonra "Kimin dediyinə inanaq?" sualını verirlər. Bütün sualları da cavabsız qalır. Bu xaos etibarlı məlumatın olmaması, fərarilik və öz vətəndaşına qarşı zorakılıq kimi geniş miqyaslı problemlərə yol açır. Dövlət rəsmilərinin fikirləri hansı məsələdə fərqlidir? Niyə Ermənistan həqiqəti tanımır?
İkinci Qarabağ müharibəsinin 39-cu gününü yaşayırıq. Bu müddət ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna vurduğu maddi ziyanın həcmi 3 milyard dollardan artıqdır. Nəzərə alsaq ki, düşmən döyüşlərdə artıq 8 ədəd C-300 zenit-raket kompleksini (ZRK) itirib və onlardan birinin qiyməti 115-160 milyon dollar civarındadır. Zənnimizcə, işğalçı ölkədə acınacaqlı mənzərə tam aydındır.
1 aylıq müharibə nəticəsində Ermənistan iqtisadiyyatına ən azı 3,5 milyard ABŞ dolları dəyərində ziyan vurulduğu məlumdur. Əlavə olaraq, alternativ xərcləri və itirilmiş imkanları nəzərə aldıqda isə bu zərərin məbləği bir neçə dəfə artıq olur. Ümumi Daxili Məhsulu (ÜDM) 13,7 milyard, rəsmi rezerv aktivləri 2,6 milyard ABŞ dolları olan bir ölkə üçün bunlar kifayət qədər yüksək göstəricidir.
Müzəffər Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi ərazi bütövlüyünü təminetmə əməliyyatı və əldə etdiyi zəfərlər dünya miqyasında əks-səda yaradıb. Ekspertlər bu hadisəni müxtəlif aspektlərdə analiz etməyə çalışırlar. Onlar birmənalı olaraq Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrindən qat-qat güclü olduğunu qəbul edirlər. Hətta Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovanisyan bildirib ki, Azərbaycan yüksək texnologiyalara əsaslanan silahlara malikdir ki, bu cür hazırlıq supergüclərin ordusunda ola bilər. O, ayrıca vurğulayıb ki, elə sahələr var ki, Azərbaycan Ordusu Ermənistan ordusundan 12 dəfə güclüdür!
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə bilmir. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində qısa müddət ərzində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut, Mincivan və Ağbənd qəsəbələri və 160-dan çox kənd bir ay keçməmiş işğaldan azad olundu. Azərbaycanın bu qələbələri illərdir erməni əhalisi arasında güclü ordu barədə yaradılmış mifləri dağıdır. Ermənistan cəmiyyəti panikaya qapılıb və ictimai rəydə hakimiyyətə yönəlmiş xeyli cavabsız suallar yaranıb. Acı reallıqlar qarşısında çarəsiz vəziyyətə düşən Ermənistan hakimiyyəti bir tərəfdən də ordu daxilində xəyanətlərlə üzləşməkdədir. Belə ki, son 20 gündə artıq Ermənistan ordusunda 4 yüksək vəzifəli şəxs işdən qovulub.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Cənubi Qafqaz bölgəsinə sabitlik, inkişaf və əməkdaşlıq vəd edir. Bu, yaxın perspektivdə bölgə insanlarının əmin-amanlıqda yaşamaları üçün də şərait yaradır. Əlbəttə, işğaldan sonra inkişaf, sabitlik, əməkdaşlıq və əlaqələr baxımından Cənubi Qafqaz regionu həm də dünya üçün örnək bölgəyə çevrilə bilər.
Ermənistan işğalçı ordusunun Füzuli rayonunda darmadağın edilərək məğlubiyyətə uğraması ikinci Qarabağ müharibəsinin dönüş nöqtəsi kimi 30 illik Ermənistan-Azərbaycan münaqişəsində tarixə düşəcək. Ekspertlərin mütləq əksəriyyəti müasir dövrün ən amansız müharibələrindən birinə dair qısa icmallarında oxşar mövqedən çıxış edirlər: işğalçı, amma ötən əsrin 70-ci illərin sovet ordusu stilində pis silahlanmış XXI əsrin yüksək texnoloji silahları ilə silahlanmış, inzizamlı, yaxşı strukturlaşmış, mükəmməl koordinasiya olunan Azərbaycan ordusunun cəsur əsgərləri ilə qarşı-qarşıya gəlib.
Dünyanın nüfuzlu geosiyasi mərkəzlərindən olan Aİ-nin mövqeyi faktiki baxımdan Cənubi Qafqazda geosiyasi mənzərəni yeni risklərə atır. Birincisi, erməni terroruna yeni səviyyədə şans verilir. İkincisi, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinin önü kəsilir. Üçüncüsü, Azərbaycana münasibətdə ədalətsiz, haqsız və beynəlxalq hüququn normalarına uyğun olmayan mövqe ortaya qoyulur. Azərbaycan öz ədalətli və haqlı mövqeyində qalır, ona sadiqdir. Avropa isə dəyişməlidir, sülh, barış naminə. Eyni zamanda, özünün təhlükəsizliyinin təmini naminə...
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...