THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiya: 2035-ci ilədək mümkün sosial-iqtisadi inkişaf ssenariləri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4789
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 dekabr 2016 – Newtimes.az

Şimal qonşumuzun analitik mərkəzləri ölkənin 20 illik inkişaf variantları ilə bağlı bir neçə hesabat-proqnoz sənədləri hazırlayıblar. Burada rəsmi, müstəqil və müxalif mövqeli analitik təşkilatların təhlilləri yer alıb. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 3 transformasiya ssenarisini təqdim edib. Onların hər birində nəticələr bir qədər fərqlidir. Ancaq heç birində proqnozlar nikbin deyil. Ölkənin davamlı inkişaf xəttində qalacağı barədə də qənaət yoxdur. Keçmiş maliyyə naziri A.Kudrinin analitik mərkəzi isə bir qədər fərqli proqnozlar verib. Onlar İqtisadi İnkişaf Nazirliyindən fərqli olaraq, Rusiya iqtisadiyyatında köklü islahatları nəzərə almağa çalışıblar. Bu halda belə gəlinən nəticələr rəsmi orqanların verdikləri vədlərlə üst-üstə düşmür. A.Kudrinə görə, inkişaf templəri sürətli olmayacaq. Nəhayət, müxalif A.Navalnının analitik təşkilatı daha bədbin ssenari hazırlayıb. Orada Rusiyanın hələlik iqtisadi ziddiyyətlər içində qalacağı vurğulanır. Bütün bunlar böyük dövlət olan Rusiyanın yaxın gələcəyi ilə bağlı hansı nəticələri çıxarmağa imkan verir?

3 ssenari: islahatlarsız inkişaf mümkündürmü?

Rusiyalı mütəxəssislər ölkənin uzunmüddətli inkişafı ilə bağlı analizlər aparıb, proqnozlar verməyə çalışırlar. İqtisadi İnkişaf və Maliyyə nazirlikləri də rəsmi olaraq bir neçə variant təklif ediblər. Bunlardan başqa, bir sıra strateji tədqiqat mərkəzləri (məsələn, "ФБК" və Kudrinin mərkəzi) öz inkişaf ssenarilərini ictimaiyyətə açıqlayıblar. Xatırladaq ki, "ФБК" klubu (Фонд борьбы с коррупцией – Korrupsiya ilə mübarizə Fondu) aparıcı müxalifət liderlərindən olan Aleksey Navalnı tərəfindən yaradılıb. Keçmiş maliyyə naziri Aleksey Kudrin isə Strateji Tədqiqatlar Mərkəzinə (STM) rəhbərlik edir. Belə görünür ki, Rusiyanın 2035-ci ilə kimi sosial-iqtisadi inkişafı ssenariləri ilə bağlı həm rəsmi, həm bitərəf, həm də müxalif təşkilatlarda analizlər aparılaraq, proqnozlar verilməkdədir.

Və maraqlı mənzərə alınıb. Ekspertlər hesab edirlər ki, əslində, bu məsələ ilə əlaqədar ölkədə "proqnozlar ajiotajı" yaranıb (bax: məs., Петр Нетреба. Застой продлится 20 лет / "Газета.Ру", 20 oktyabr 2016). Bir-birindən fərqli qənaət və tezislərə əsaslanan proqnoz müxtəlifliyi müəyyən dərəcədə yayğın mənzərə formalaşdırır. İnsanlar nəyin necə ola biləcəyini dəqiqləşdirə bilmirlər. Ancaq nəzərə almaq lazımdır ki, sürətlə dəyişən dünyada, ümumiyyətlə, dəqiq proqnoz vermək ciddi elmi məşğuliyyət sayılmır. Müəyyən dərəcədə qeyri-müəyyənlik həmişə qalır. Görünür, Rusiyada ajiotaj məsələnin bu tərəfi ilə bağlı deyil. Rəsmi orqanların çox nikbin vədləri fonunda elə də ürəkaçan olmayan mütəxəssis rəyi məyusluq yaradır. Nə etmək olar, siyasət başqadır, elmi proqnoz tamamilə fərqli bir şeydir. Bəs mütəxəssislərin 2035-ci ilə qədər Rusiyanın sosial-iqtisadi inkişafı ilə bağlı proqnozları necədir?

İqtisadi İnkişaf Nazirliyi 3 variantda ssenari hazırlayıb. Onlar "baza", "baza+" və "məqsədli" adlanırlar (bax: əvvəlki mənbəyə və: Петр Нетреба. Путину рассчитали стагнацию / "Газета.Ру", 21 sentyabr 2016). Onların hər biri ehtiyatlı yeniləşmələri nəzərdə tutur. 20 il ərzində Rusiya iqtisadiyyatının faktiki olaraq staqnasiya vəziyyətində olacağı proqnozlaşdırılır. Bu zaman neftin qiymətinin ucuzlaşması, əməkhaqqı artımının zəifləməsi və əhalinin sayının azalması gözlənilir (bax: Петр Нетреба. Застой продлится 20 лет / "Газета.Ру", 20 oktyabr 2016). Maraqlıdır ki, analizdə hətta 2024-cü il üçün islahatların aparılması nəzərə alınmayıb. Bu, o anlama gəlir ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkədə sosial-iqtisadi islahatların geniş və əsaslı şəkildə aparılacağına inanmır.

Beləliklə, 2016-cı ilin oktyabrında İqtisadi İnkişaf Nazirliyinin təklif etdiyi hesabatlarda iqtisadiyyatda struktur dəyişiklikləri nəzərə alınmayıb. Baza variantda 18 ilə sənaye istehsalının inkişaf tempi ildə 2%-i keçmir. 2025-ci ildə sənaye istehsalı 2024-cü ilə nisbətən 1,9% artmalıdır, lakin 2035-ci ildə bu rəqəm 1,7%-yə düşməlidir. 2017-ci ildə isə sənaye artımının 1,1% olacağı gözlənilir. Belə çıxır ki, Rusiyada sənaye istehsalı bəzi gözləntilərə zidd olaraq artan xətlə, dəyişkən templə inkişaf edəcək. Uzaq perspektivdə isə hətta bir qədər geriləmə də ola bilər. Bunu mütəxəssislər həyəcan yaradan faktor hesab edirlər.

Sərmayə qoyuluşu dinamikası qısa müddətdə artsa da, 2035-ci ildə azalaraq, ildə 2,5% təşkil edəcəyi proqnozlaşdırılır. Mütəxəssislərin fikrincə, bu model xammal iqtisadiyyatının köklü diversifikasiyasını nəzərdə tutmur, çünki neftin qiyməti onun üçün böyük əhəmiyyət daşıyır (bax: əvvəlki mənbəyə). Neftin qiyməti isə cüzi arta bilər – 2035-ci ildə bir barelin qiymətinin 54,9 ABŞ dolları ola biləcəyi proqnozlaşdırılır. Bunun nəticəsində Ümumi Daxili Məhsul (ÜDM) 2025-ci ildə 2,2% artacaqsa, 2035-ci ildə bu rəqəm yalnız 1,7% təşkil edəcək (bax: əvvəlki mənbəyə).

Bu varianta görə, əhalinin həyat səviyyəsi 20 il müddətində keyfiyyətcə dəyişməyəcək. Əməkhaqqının artımı çox zəif olacaq.

Ən yüksək artım 2025-ci ildə gözlənilir – 2,1%, 2035-ci ildə isə bu rəqəm cəmi 1,6% olmalıdır. ABŞ dolları ilə rublun kursunun 2025-ci ildə 76,9, 2035-ci ildə isə 78,4 olması gözlənilir. Mütəxəssislər ondan narahatdırlar ki, əhalinin iqtisadi cəhətdən fəal hissəsi 2025-ci ildə 72,3 milyondan 2035-ci ildə 68,1 milyon nəfərə qədər azalacaq (bax: əvvəlki mənbəyə).

Alternativ proqnozlar: bədbinlikdən zəif nikbinliyədək

Diqqəti çəkən məqamlardan biri ondan ibarətdir ki, İqtisadi İnkişaf Nazirliyinin hətta ən nikbin proqnozlarında belə ürəkaçan faktlar çox azdır. Məsələn, "məqsədli" inkişaf ssenarisinə görə, 2025-ci ildə iqtisadi inkişaf cəmi 4,4% təşkil edə bilər. Neftin qiyməti isə 62,9 ABŞ dolları olar. Bu variantda da iqtisadiyyatın xammal üzərində inkişafı modeli əsas götürülür. 2035-ci ildə neftin qiyməti 76,7 ABŞ dolları ola bilərsə, iqtisadi inkişaf tempi azalaraq 3,3% civarında tərəddüd edər (bax: əvvəlki mənbəyə).

Deməli, rəsmi olaraq Rusiyada 2035-ci ilə qədər elə bir inkişaf gözlənilmir. Bu, uzunmüddətli durğunluq deməkdir. Mütəxəssislər əsas maneə kimi İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına uyğun olaraq Maliyyə Nazirliyinin vəsait ayıra bilməməsini göstərirlər. Bu ziddiyyətin aradan qaldırılması yolu isə hələlik tapılmayıb.

"ФБК"-nın Strateji Təhlil İnstitutunun gəldiyi qənaətlər daha bədbin xarakterlidir. Onun verdiyi analizə görə, Rusiya iqtisadiyyatının əsas problemi struktur səviyyəsində ziddiyyətlərin olmasındadır. Bu vəziyyətin də yaxın perspektivdə düzələcəyi gözlənilmir. Bu səbəbdən indi tənəzzülün sürətinin yavaşıması müvəqqəti xarakter daşıyır. Gələn il müəyyən dərəcədə iqtisadi irəliləyiş müşahidə oluna bilər. Lakin ilin sonunda Ümumi Daxili Məhsul 1% azala bilər. Rəsmi dairələrin inkişafla bağlı verdikləri vədlər əsassızdır. Bunun əsas səbəbi ölkə iqtisadiyyatının strukturunun qüsurlu olması və bu sahədəki disproporsiyanın mövcudluğudur. Ümumiyyətlə, "ФБК" yaxın 3 ildə Rusiyada inkişafın olacağını proqnozlaşdırmır (bax: Петр Орехин. Тревожный семнадцатый год / "Газета.Ру", 2 dekabr 2016).

A.Kudrinin rəhbərlik etdiyi təhlil mərkəzi də sürətli inkişafı proqnozlaşdırmır. Bu mərkəzin qənaətinə görə, Rusiya yalnız 2024-cü ildən sonra dünya üzrə orta inkişaf səviyyəsinə çıxa bilər. 2025-ci ildə Ümumi Daxili Məhsulun artımı yalnız 30% ola bilər. Bu isə ölkədə 6-7 il müddətində iqtisadi strukturda köklü islahatların aparılması halında mümkündür. Həmin proqnozda əməkhaqqılarının 2035-ci ildə 1,9 dəfə artacağı, inflyasiyanın isə 4%-dən 2,4%-ə düşəcəyi göstərilir. ÜDM-in 2035-ci ildə 2 dəfə artacağını A.Kudrinin rəhbərlik etdiyi mərkəz proqnozlaşdırır (bax: Петр Орехин. Кудрин не верит в быстрый рост / "Газета.Ру", 7 noyabr 2016).

Yuxarıdakı təhlillər onu göstərir ki, Rusiyanın 20 il müddətində inkişaf strategiyası müəyyən ziddiyyətli məqamlarla xarakterizə olunur. Bütövlükdə ölkənin analitik mərkəzləri ciddi dəyişiklik proqnozlaşdırmırlar. Yalnız A.Kudrinin rəhbərlik etdiyi mərkəz islahatların aparılması halında 20 ildən sonra inkişaf sürətinin arta biləcəyini proqnozlaşdırır. Maraqlıdır ki, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi A.Kudrin qədər nikbin proqnozlar vermirlər. Müxalif "ФБК" isə daha bədbin nəticələri gözləyir.

Deməli, yaxın illərdə Rusiyanın sosial-iqtisadi vəziyyəti daha çox siyasi islahatların aparılmasından asılı ola bilər. Əgər bu istiqamətdə demokratikləşmə prosesi ciddi ölçüdə aparılsa, iqtisadi inkişaf və əhalinin həyat səviyyəsinin yüksəlməsi müşahidə olunacaq. Başqa variantlarda köklü irəliləyiş gözlənilmir. Belə çıxır ki, Avrasiya məkanının ən böyük dövlətində hansı sosial-iqtisadi proseslərin üstünlük təşkil edəcəyi yaxın perspektiv üçün dəqiq deyil.

Bu isə regionun başqa ölkələrində də risk faktorunun qalacağı anlamına gəlir. Yalnız müstəqil siyasət yeridən dövlətlərdə davamlı inkişafı müşahidə etmək mümkün olacaq və yuxarıda vurğulanan riskli məqamlardan onların kənarda qalacağını demək mümkündür.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...