Ermənistanın qonşu dövlətlərə qarşı iddiasından əl çəkməsi bölgədə əməkdaşlığa yeni yollar açar. 30 ilə yaxındır ki, ermənilərin Azərbaycana qarşı fəaliyyəti, onun torpaqlarını işğal etməsindən daha çox Ermənistan ziyan çəkir. "Əməkdaşlıq yolu" erməniləri, Ermənistanı ələbaxımlıqdan da xilas edər. Odur ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə region dövlətlərinə və beynəlxalq ictimaiyyətə yeni layihə təqdim etdi: "Regional əməkdaşlıq, regional münaqişələrdən faydalıdır''. Bundan bölgədəki maraqların hamısına pay çatar.
Fransanın maskası artıq yırtılmışdır. Qaradan o tərəfə rəng yoxdur. Sözü ilə əməli üst-üstə düşməyən bir dövlətlə yol yoldaşı olmağa dəyməz. Müstəqil, suveren dövlətin ərazini parçalamağı özünə rəva bilən, separatçılığı, terrorçuluğu dəstəkləyən bir dövlətlə yalnız başa düşdüyü dildə danışmaq lazımdır. Rəsmi Bakı artıq xəbərdarlıq etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünə qəsd edən, onu parçalamaq niyyətinə düşən hər hansı ölkə lazımi cavabı alacaqdır. Ermənistan kimi saysız-hesabsız müharibə cinayətləri törətmiş dövlətə dəstək verənlərlə Azərbaycan bir sırada dura bilməz.
Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə əvvəlcə həmsədrlərdən danışıqlar prosesinin detallarını öyrənmək və hakimiyyətini möhkəmləndirmək üçün vaxt istədi. Həmin ilin dekabrındakı parlament seçkilərində Paşinyan hakimiyyətini möhkəmləndirən kimi XİN-in qarşısında vəzifə qoydu: danışıqlar prosesinin məzmunu dəyişdirmək.
Minsk qrupunun digər həmsədrləri olan Fransa və ABŞ diplomatik kanallar vasitəsilə Moskvadan incidiklərini bildiriblər. Onlar hesab edirlər ki, artıq "Ermənistanın kapitulyasiyası haqqında akt" adı ilə daha məşhur olan döyüş əməliyyatları zonasında atəşkəs haqqında üçtərəfli bəyanatın hazırlanması və imzalanması ərəfəsində və gedişində bu iki həmsədr "unudulub".
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin açarının Rusiyada olduğun deyənlər haqsız deyilmiş. Düzdür, 44 günlük döyüşlər bu açarın Azərbaycanın əlində olduğunu da göstərdi. Ancaq problemin yaranma tarixinə nəzər yetirsək, onun müəllifinin daha çox çar Rusiyası, keçmiş SSRİ və Rusiya olduğu da sirr deyil. Bu baxımdan sentyabrın 27-də başlayan döyüşlərə və ondan sonrakı prosesdə Kremlin mövqeyi böyük əhəmiyyət kəsb edir. Son hadisələr zamanı ABŞ az qala susmuşdu. Fransa Ermənistana hər cür yardımlar etməklə yanaşı, onlara siyasi dəstək də verirdi. Rusiyadan da işğalçılara yardımlar axın edirdi. Hətta, Moskvanın müttəfiqi İran İslam Respublikasının da Ermənistana dəstək verdiyinə dair məlumatlar yayılırdı. Bu baxımdan ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi orta hesabla Ermənistanın xeyrinə idi.
Azərbaycan ictimaiyyəti noyabrın 10-da sülhməramlı sözü ilə yenidən rastlaşdı. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan bəyanatla cəbhədə atəşkəs elan edildi. Həmin bəyanata əsasən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Rusiyanın sülhməramlı kontingenti daxil oldu.
Hazırda Cənubi Qafqaz dramatik hadisələrlə dolu tarixinin gərgin səhifələrindən birini yaşamaqdadır, halbuki yaşanmaqda olan dövrün mürəkkəbliyinə baxmayaraq Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazılır. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağa məqsədyönlü şəkildə gətirilmiş muzdlu terrorçu quldur dəstələri və himayəçi dövlətlərin hərbi qüvvələrinin köməyi ilə 1988-1994-cü illər arasındakı dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bölgənin ətrafındakı 7 rayonu işğal edərək 26 il ərzində vaxtilə çiçəklənən bir diyarı "boz zonaya" çevirmişdi. Azərbaycan Ordusu Ermənistanın 6 il ərzində apardığı müharibə nəticəsində işğal etdiyi torpaqların böyük bir hissəsini cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi, işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, milli ordumuzun gücü və potensialını bütün dünyaya göstərdi.
Azərbaycan 44 günlük müharibədə bölgədə yeni şərait yaratdı. Ermənistan danışıqlar yolu ilə çıxmaq istəmədiyi işğal etdiyi torpaqlardan hərb yolu ilə qovuldu. Bundan başqa, düşmən ordusu darmadağın edildi. Ermənistana 2 milyard ABŞ dollarından artıq məbləğdə ziyan vuruldu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...