THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənub Qafqaz: regional təhlükəsizlik üçün yeni şans

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
29881
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 fevral 2015 – Newtimes.az

Qlobal səviyyədə mürəkkəb və qeyri-müəyyən proseslərin getdiyi məlumdur. Dünyanın bir sıra regionlarında baş verən münaqişələr bütövlükdə təhlükəsizlik sisteminin qurulmasına mənfi təsirini göstərir. O cümlədən Cənub Qafqazda sabitlik və sülh məsələsi daha çox aktuallıq kəsb edir. Belə vəziyyətdə region dövlətlərinin xarici siyasətinin məzmunu maraq doğurur. Təhlillər göstərir ki, bu istiqamətdə onların hər birinin öz mövqeyi vardır. Ermənistan tamamilə dağıdıcı rol oynayır. İrəvanın son zamanlar atdığı addımlar göstərir ki, regionda qeyri-müəyyənlik daha yüksək səviyyəyə qalxa bilər. Buna qarşılıq Gürcüstanın hansısa təsirli tədbir görmək imkanı məhduddur. Belə ki, Tbilisi geosiyasi seçim məsələsində bir sıra səhvlərə yol verib. Yalnız Azərbaycan regional təhlükəsizliyin səmərəli təşkilində ciddi rol oynaya bilər. Bu həqiqəti geosiyasi güclər qəbul etməlidirlər.

Təcavüzkarın seçimi: tərəddüdlər davam edir

Cənub Qafqazın regional təhlükəsizliyi məsələsi öz aktuallığını saxlamaqdadır. Dünya miqyasında cərəyan edən geosiyasi proseslərin fonunda bu hətta bir sıra hallarda yeni çalarlar ala bilər. Problem ondan ibarətdir ki, ortaya çıxan məqamlar region dövlətlərindən daha həssas siyasət yeritmələrini tələb edir. Bu aspektdə isə vəziyyət heç də aydın deyil. Çünki Ermənistan xarici siyasətində çevik korrektələr etmək iqtidarında deyil.

Müşahidələr göstərir ki, rəsmi İrəvanın bu istiqamətdə yeni addımlar atmaq niyyəti də yoxdur. Əksinə, həmin ölkədə daxili sosial-siyasi vəziyyət getdikcə daha da pisləşir. Son olaraq Gümrüdə bir ailənin qətlə yetirilməsi cəmiyyətdəki psixoloji durumun gərgin olduğunu təsdiqlədi. Qətli Rusiya hərbçisi törətsə də, onun yerli əhali ilə müəyyən problemi olmamış deyildi. Şübhəsiz ki, insanı həyatından məhrum etmək qəbuledilməzdir. Lakin uzun illərdir ki, Ermənistan rəhbərliyi yanlış siyasəti ilə daxili sosial-psixoloji vəziyyəti gərginləşdirib.

Erməni müxalifəti hələlik bu məsələyə sakit yanaşır. Ancaq etiraz səsləri də eşidilməkdədir. Maraqlıdır ki, ekspertlər Gümrü hadisəsini bütövlükdə Ermənistanın geosiyasi seçimi ilə əlaqələndirirlər. Bu kontekstdə Rusiyanın nəzarətində olan siyasi-hərbi təhlükəsizlik sisteminin iflasa uğraya biləcəyini və onun yerini NATO-nun tutmalı olduğunu vurğulayırlar. Belə görünür ki, ermənilər Rusiya iqtisadiyyatındakı çətinliklərdən istifadə edərək, Moskvaya xəyanətə hazırlaşırlar. Reallıqda isə bu, regiona qeyri-müəyyənlik gətirməkdədir.

Məsələ bütövlükdə mürəkkəbdir. NATO-nun genişlənmə haqqında hazırda bir qərara gəlməməsi və müxtəlif regionlarda geosiyasi vəziyyətin ağırlaşması bu təşkilatın strategiyasını müəyyənləşdirməsində bir neçə ssenarini ortaya çıxarıb. Bir sıra ekspertlər hesab edirlər ki, NATO heç bir şeyə baxmadan genişlənmə planını yerinə yetirməli, dünyanın jandarmı rolunu oynamalıdır. Bu kimi fikirləri irəli sürənlər, bir qayda olaraq, sovetlər dövründə həmin məsələləri təhlil edənlərdir.

Bunlardan fərqli olaraq, bir qrup ekspert isə NATO-nun mövcud sərhədlər daxilində fəaliyyətini gücləndirməsini tövsiyə edir. Onların arqumenti bundan ibarətdir ki, hazırda qlobal miqyasda geosiyasi mənzərə qeyri-müəyyənliklərlə xarakterizə olunur və təşkilat geniş bir məkanda təhlükəsizliyi təmin edə bilməz. Bu mənada NATO ehtiyatlı tərpənməlidir. Eyni zamanda, regional təhlükəsizlik məsələlərini də tam kənara atmamalıdır. Məsələn, Cənub Qafqaza Qara dəniz-Xəzər hövzəsinin təhlükəsizliyi aspektindən yanaşıla bilər. Burada aparıcı faktor kimi Qara dənizi götürmək olar. Cənub Qafqaz isə onunla bir yerdə nəzərdən keçirilə bilər. Doğrudur, bu mövqenin tərəfdarlarının rəsmi orqanlara təsiri böyük deyil. Lakin bu bir proqnoz olaraq mövcuddur.

Nəhayət, ekspertlər sırasında, ümumiyyətlə, NATO-nun yalnız üzv-dövlətlərin təhlükəsizliyi ilə məşğul olmasını məsləhət görənlər də vardır. Onlar təşkilatın bütün qüvvələri səfərbər edib, öz sərhədləri daxilində qalmasına üstünlük verirlər. Bu kontekstdə Şimali Atlantika Alyansının genişlənməsindən söhbət gedə bilməz. Əlavə olaraq, onun müxtəlif regionlara təsiri məsələsi də tam aydın olmur.

Azərbaycan: ümid yeri

Belə şəraitdə Ermənistanda NATO-ya üz tutmağı tövsiyə edənlərin nə dərəcədə reallığa uyğun davrandıqlarını demək çətindir. Hətta onların böyük yanlışlıq içində olduğu nəticəsini çıxarmaq da olar. Bunun kökü isə rəsmi İrəvanın xarici siyasətini düzgün qurmamasındadır. Məhz həmin səbəbdən indiki şəraitdə region üçün ən böyük təhlükə Ermənistandan gəlir. Təsadüfi deyil ki, son vaxtlar ermənilər müxtəlif kontekstlərdə Azərbaycan, Türkiyə və Rusiyanı ittiham etməyə çalışırlar. Onlar vəziyyəti belə təqdim edirlər ki, guya bu dövlətlər Ermənistana qarşı birləşirlər. Əsas məqsəd isə qondarma "erməni soyqırımı"nın yaxınlaşan ildönümündə türklərin və azərbaycanlıların böyük siyasi zərər görməməsinə nail olmaqdır. Rusiya məhz bu səbəbdən Ermənistanı Avrasiya İqtisadi İttifaqına cəlb edib, bununla da rəsmi İrəvanın əl-qolunu bağlayıb.

Türkiyə isə həm sərhədləri açmamaq, həm də beynəlxalq aləmdə diplomatik fəaliyyətini gücləndirməklə öz günahlarını ört-basdır etməyə çalışır. Nə qədər qəribə olsa da, ermənilər bu cür cəfəng fikirlər ortaya atır, bunların fonunda isə Azərbaycanı təcavüzkar ölkə kimi təqdim etməyə cəhd göstərirlər. Belə ki, guya Bakı aqressiv bəyanatlar verməklə diqqəti özünün qarşılaşdığı əsas problemlərdən yayındırmaq istəyir. O cümlədən neftin qiymətinin sürətlə aşağı düşməsi guya Azərbaycan iqtisadiyyatını inkişafdan sala bilər və bunun qarşısını almaq üçün rəsmi Bakı psixoloji üsullardan istifadə edir.

Təbii ki, bu absurd fikirlərin heç bir əsası yoxdur. Əksinə, proseslər göstərir ki, Azərbaycan regionda yeganə dövlətdir ki, dünyanı bürümüş böhranların ona təsiri yoxdur. Ölkə rəhbərliyinin yeritdiyi mükəmməl və müstəqil siyasət cəmiyyətdə sabitliyi və iqtisadi inkişaf templərini saxlamağa imkan verir. Dövlət başçısı İlham Əliyev məsələnin bu tərəfini aydın və dəqiq məntiqlə ifadə edib.

Bunlarla yanaşı, Azərbaycan regionda təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verməkdədir. Mübaliğəsiz demək olar ki, indiki şəraitdə məhz Bakının atdığı addımlar Cənub Qafqazda daha kəskin geosiyasi vəziyyətin yaranmasına imkan vermir. Nə Ermənistan, nə də Gürcüstan bu funksiyanı yerinə yetirə bilmir. Səbəb isə tam aydındır – onlar geosiyasi seçim məsələsində zaman-zaman ciddi xətalara yol veriblər və hazırda dəqiq mövqelərini müəyyənləşdirə bilmirlər.

Belə bir vəziyyət hər iki dövləti bu və ya digər dəyişikliklərə qarşı çox həssas edir. Gürcüstan məsələsi bu aspektdə həqiqətən də narahatlıq doğurur. Rusiya Ermənistanla quru yolunu bərpa etmək üçün Abxaziya və Cavaxetiya faktorlarından istifadə edə bilər. Erməni KİV-i bu məsələdən dəfələrlə yazıb. İndi onlar Çeçenistan vasitəsi ilə Rusiyanın Ermənistana dəmiryolu xətti çəkə biləcəyini vurğulayırlar. Bunlar hələ söz səviyyəsində olsa da, istənilən zaman konkret təxribat hərəkətinə təkan verə bilər.

Gürcüstanın vəziyyətini çətinləşdirən əsas məqamlardan bəhs edərkən, onun daxili sosial-iqtisadi vəziyyətinin ağır olduğunu unutmaq olmaz. Adətən, zəif ölkəni sürətlə sabitlikdən çıxara bilirlər. Burada Azərbaycan və Türkiyənin Tbilisiyə verdiyi dəstəyi vurğulamaq lazımdır. Onun hesabına hələlik qonşu dövlətdə sabitliyin pozulması ilə bağlı elə bir ciddi hadisə baş vermir.

Bunlar Cənub Qafqazda regional təhlükəsizliyin təmin edilməsinin mürəkkəbliyi ilə yanaşı, Azərbaycanın əsas faktor olduğunu da göstərir. Həmin məqam ölkənin qlobal siyasət üçün daha böyük əhəmiyyət kəsb etdiyini ifadə edir. Bunu böyük dövlətlər görməli və qəbul etməlidirlər. Azərbaycanın daxili işlərinə qarışmağa çalışmaq əvəzinə, onunla regional təhlükəsizliyin təmini aspektində təmasları gücləndirmək faydalı olar. Bakı xarici siyasətini elə qurub ki, Qərb, Rusiya, Türkiyə, İran, Avropa İttifaqı ilə münasibətləri normal səviyyədədir. Onların heç birinin Azərbaycana qarşı iradı ola bilməz. Uğurlu balanslaşdırma siyasəti öz müsbət bəhrələrini verməkdədir.

Beləliklə, bu regionda geosiyasi proseslər ziddiyyətli məqamlarla müşayiət olunsa da, vacib bir həqiqəti də ortaya qoyur. Cənub Qafqazda təhlükəsizlik sisteminin qurulmasında aparıcı rol oynaya biləcək ölkə məlumdur – bu, Azərbaycandır. Regionda maraqları olan böyük geosiyasi güclər bunu nəzərə almalıdırlar. Yaranmış şansdan səmərəli istifadə etməklə böyük bir geosiyasi məkanda sülh, sabitlik və inkişaf əldə etmək mümkündür.

Leyla Məmmədəliyeva

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...