Bu gün Cənubi Qafqazda sülhün bərqərar olması, regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması üçün yeni imkanlar yaranıb. Ermənistanla Azərbaycan arasında ötən ilin payızında 6 həftə davam etmiş müharibədən sonra regionda münasibətlərin normallaşdırılması, iqtisadi inteqrasiya prosesinə start verilib.
ABŞ-Türkiyə münasibətləri yeni bir sınağını yaşayır. Donald Trampın prezidentliyi dövründə Birləşmiş Ştatlar NATO-dakı müttəfiqinə qarşı sanksiya tətbiq etməklə qeyri-adi bir hadisənin müəllifi oldu. İraqın şimalında yerləşən Gara bölgəsində Türkiyənin 13 silahsız vətəndaşının terrorçu PKK/YPG-PYD qruplaşması tərəfindən 2015-ci ildə qaçırılaraq fevralın 13-də qətlə yetirilməsinə ABŞ Prezidenti Cozef Baydenin şübhəli yanaşması, hadisəni törədən terrorçuları birbaşa dilə gətirməməsi iki ölkə arasında yeni gərginliyə səbəb olub.
Azərbaycanın 44 günlük döyüşlərdə qələbəsi heç şübhəsiz gələcəkdə də araşdırılacaq. Ancaq heç kimə sirr deyil ki, qələbənin qazanılmasında başlıca səbəb torpaqların Azərbaycana aid olması, bu istiqamətdə xalqla hakimiyyətin birliyi və Prezident İlham Əliyevin yürütdüyü ardıcıl siyasətdir. Dövlət başçısı keçirdiyi bütün görüşlərdə Qarabağın Azərbaycan torpaqları olduğunu, işğalçının bu ərazilərdən çıxmasını tələb edib. O həm müxtəlif dövlətlərin başçıları ilə rəsmi və qeyri-rəsmi görüşlərdə, həm də beynəlxalq toplantılarda bu məsələ ilə bağlı qətiyyətli mövqe sərgiləyib.
Yaxşı nəticələr yalnız o halda mümkündür ki, bu addımlara qarşılıq verilsin. Lakin görünən odur ki, Ermənistan Azərbaycanın düşmənçiliyin aradan qaldırılması, inamın gücləndirilməsi istiqamətindəki addımlarına qarşılıq vermir. Halbuki, müharibəni bitirmiş mühüm razılaşmaların həyata keçirilməsi məhz qarşılıqlı güzəştlərdən, həqiqi səylərdən asılıdır.
ABŞ başda olmaqla Qərb bloku Rusiyanın ədalətini Azərbaycanın ərazi bütövlüyünə hörmət, Qarabağ məsələsinin həllinə münasibətlə ölçür. Cozef Baydenin hakimiyyəti dövründə ölkəsinin ədalətli olacağı istiqamətində fəaliyyət göstərəcəyinə ümid var. Bununla da o, prezident Baydenin senator Baydendən fərqli olduğunu göstərə bilər. Azından bunu Cənubi Qafqazda yaranan yeni şərait tələb edir.
Xülyalarla yaşayan Ermənistan tərəfi hələ də "status" çağırışlarını davam etdirir. Amma artıq qatar gedib, bu məsələ tarixdə qalıb. Azərbaycan illər uzunu Qarabağa ən yüksək muxtariyyət verməklə Ermənistan silahlı qüvvələrinin oradan sülh yolu ilə çıxarılmasını istəyib, lakin erməni havadarlarının iştahası böyük olduğundan buna razılıq verməyiblər. Vətən müharibəsindən sonra isə bu, mümkün deyil. Çünki rəşadətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz torpaqlarını döyüşərək, itkilər verərək, igid oğullarının qanı bahasına işğaldan azad edib.
Azərbaycan dövləti qonşularla iqtisadi və siyasi maraqların harmoniyasının unikal modelini ortaya qoya bildi. Qonşu dövlətlərlə prioritet ikitərəfli münasibətlərin fəal üçtərəfli əməkdaşlığa transformasiyası baş verdi. Bununla da üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran platformaları formalaşdı və təmsilçiləri olduqları dövlətlərin və xalqların mənafeyinə xidmət etməyə başladı. Artıq postmüharibə dövrünün yeni reallıqları fonunda Prezident İlham Əliyev beştərəfli və hətta Ermənistanın iştirakı ilə altıtərəfli əməkdaşlıq platformalarının yaradaılmasının mümkünlüyü ideyasını irəli sürüb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğalı altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...