THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: "ABŞ Dövlət Departamentinin son hesabatı Azərbaycandakı reallığı əks etdirmir"

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
80834
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 fevral 2014 – Newtimes.az

Bu bəyanat və ya hesabat çox qeyri-obyektivdir, Azərbaycandakı reallığı əks etdirmir.

Burada bütün məsələlərə yanaşmada ifrat qərəzlilik müşahidə olunur.

Bunu Newtimes.az-a açıqlamasında Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ Dövlət Departamentinin son hesabatına münasibətini bildirərkən dilə gətirib.

"Bu hesabatı biz əlbəttə, qəbul etmirik. Çox təəssüf ki, ABŞ Azərbaycana qarşı qərəzli mövqeyini həmişə olduğu kimi, fürsət düşəndə nümayiş etdirib. Biz bunu tez-tez müşahidə edirik'', - deyən PA rəsmisinin sözlərinə görə, insan hüquqları, fikir və ifadə azadlığı, sərbəst toplaşma azadlığı və digər məsələlərlə bağlı göstərilən mövqe Azərbaycandakı reallıqdan tam fərqlidir.

"Təəssüf ki, biz belə qərəzli mövqeni tez-tez müşahidə edirik. Əgər belə olmasaydı, elə bu günlərdə 22 il əvvəl bir gecədə qətlə yetirilmiş 613 nəfər günahsız uşaq, qadın və qocanın hüquqları barədə verilən suala ABŞ Dövlət Departamentinin sözçüsü cənab Psaki deməyə heç olmasa bir söz tapardı.

Jurnalisti sualını təkrar edərək, "niyə mövqe bildirmirsiniz, deyə'' irad tutmağa məcbur etməzdi. Və yaxud, 20 ildən artıq bir müddətdə ərazilərimizi işğal altında saxlayan tərəfə "işğalçı desək, bu, təhqir hesab edilə bilər” bəyanatını necə başa düşmək lazımdır? Budur ABŞ-ın ədalətli mövqeyi?'' - N.Məmmədov deyib.

PA rəhbərinin müavini deyib ki, amma göründüyü kimi, budəfəki hesabatda onu tərtib edən "dostlar'' Azərbaycandakı real prosesləri yox, özlərinin qərəzli mövqelərini nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxıblar.

"Bilirsiniz, bu gün dünyanın 50-dən çox ölkəsində müxtəlif səbəblər üzündən gərginlik yaşanır, 10-a yaxın ölkədə müxtəlif xarakterli münaqişə və müharibə gedir. Bu proseslər isə heç də özbaşına olmur. Azərbaycan belə bir beynəlxalq şəraitdə 20 ildir ki, sabitlik və dinamik inkişaf adasına çevrilib.

Bunu hamı əla görür və qiymətləndirir. Bunu elə 2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri də nümayiş etdirdi. Əminəm ki, Azərbaycan xalqı öz tarixi nailiyyətini - 20 il ərzində nail olduğu bu sabitliyi və dinamik inkişafı bundan sonra da qoruyub saxlayacaq'' - N.Məmmədov sonda sözlərinə əlavə edib.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...