THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İranın Ermənistan əlaqələri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6369
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

EMANUELE OTTOLENGHI, "The Weekly Standard”.  

Mart ayının 20-də Ermənistan müdafiə naziri Seyran Ohanyan Vaşinqtona səfər etmişdir. Səfər zamanı danışıqların mövzusu əsasən ABŞ-ın bu kiçik ölkəyə müdafiə yardımı üzərində cəmlənmişdi. Regional məsələlər də müzakirə olunsa da Ohanyanın amerikalı həmkarı Leon Panettanın Ermənistanla İran arasındakı hədsiz isti münasibətləri müzakirə etmələri barədə heç bir dəlil yoxdur. Lakin Panetta bu müzakirələri etməli idi.

ABŞ kimi Avropa İttifaqı və qərbli müttəfiqlər İranı sarsıdıcı sanksiyalarla sıxma cəhdlərini genişləndirərkən Tehran bu təsiri yumşaltmaq üzərində işləyir. Çox zaman İran 3-cü ölkəni bu məqsədlər üçün istifadə etmişdir. İran öz rejiminin qanunsuz satınalma fəaliyyətlərinə kömək etmək və maliyyələşdirmək üçün Birləşmiş Ərəb Əmirliklərindən tutmuş ta Almaniyaya qədər biznes şəbəkələri və öncül şirkətlər yaratmışdır. Lakin Birləşmiş Ərəb Əmirlikləri və Almaniya İranın digər keçmiş tərəfdaşları ilə yanaşı sanksiya cəhdlərinə qoşulmuşdur.

Buna görə də, İran fəaliyyətini genişləndirmək üçün geostrateji və yerli faktorların kombinasiyası ilə onun təsirini yerli hakimiyyət tərəfindən qəbul edən ölkələr axtarmışdır. Ermənistan çox tezliklə İslam Respublikasının yeni tranzit nöqtəsinə çevrilmişdir və İran rejiminin nüvə silahı proqramına tərəf addımlamasında və sanksiyaların qarşısını almaq cəhdlərində bu ölkə vacib yer tuta bilər.

Ermənistan İranın sanksiyaları pozmaq planlarına tam uyğun gəlir. Buna misal olaraq 2011-ci il Qlobal Korrupsiya İndeksinə görə Ermənistanın 183 ölkə arasında 129-cu yeri tutmasını göstərmək olar. İrəvanın Rusiya ilə geniş ticari münasibətləri Ermənistanı gömrük və sərhəd orqanlarının ixracata olan nəzarətə diqqətsiz yanaşmadan faydalanan rahat tranzit məntəqəyə çevirir.

Bundan əlavə, Ermənistan İranın düz yanında yerləşir və ölkənin xoşagəlməz coğrafi və tarixi kombinasiyası onun digər qonşu dövlətlərlə ticarət münasibətlərini çətinləşdirir.

Ermənistan üçün İranın onun ölkəsində olması kiçik iqtisadiyyatının inkişafı deməkdir. Ermənistan-İran Ticarət Palatasının başçısı Levon Aharoniyana görə 2010-cu ildə iki ölkə arasındakı qarşılıqlı ticarət keçən ildəkindən 50% çox, yəni 310 milyon ABŞ dolları olub. Bu əsasən İrandan Ermənistana gələn il ərzində təxminən 45 000 yük maşını daşımaları hesabınadır. Ermənistan inkişaf agentliyinin direktor müavini Valeri Şabanovun bildirdiyinə görə isə, 2010-cu ildə Ermənistanın paytaxtında 818 İran şirkəti fəaliyyət göstərib. Ermənistanın ən böyük ticarət tərəfdaşı Rusiyanın isə paytaxtda 1000 şirkəti olub.

İrəvandakı ABŞ səfirliyindən 2009-cu ildə sızdırılan məlumatlarda İranın Ermənistanın biznes mühitində fəaliyyətinə şərait yaratmanın təhlükəsinin göstərmişdi. 2003-cü ildə Ermənistan Bolqarıstandan 1000 ədəd RPG-22 və 600 ədəd Kalaşnikov pulemyotları satın almışdır. Erməni vasitəçi İranın sərhədində bu silahların bir hissəsini ABŞ qoşunlarını öldürən iraqlı üsyançılara ötürmüşdü. 2009-cu il gizli teleqramları göstərir ki, Amerika diplomatları, 2003-cü ildə müdafiə naziri və bu razılığın imzalanmasında məsul olan hal-hazırkı Ermənistan prezidenti Serj Sərkisyandan acıqlıdırlar. Hesabatda həmçinin Ermənistanın münasibətləri düzəltmək arzusunu və İrana gələcəkdə silah ötürülməsində yer almayacaqlarını bildirilmişdir. Buna baxmayaraq rəsmi heç bir sənəd yoxdur.

İstisna olsa da, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Ermənistan iqtisadiyyatına nüfuzetməsi ehtimal edir ki, əslində belə bir hal ola bilər.

Buna Təbriz və Yeraskh arasında planlaşdırılan boru kəmərini misal göstərmək olar. Qayane Abrahamyan cari ilin yanvar ayında eurasianet.org saytında bunu "Ermənistan-İran əməkdaşlığının diqqət mərkəzi” kimi qeyd etmişdi. Abrahmyana görə Ermənistanın bu layihəni maliyyələşdirmə imkanı məhdudur. Lakin Ermənistanın enerji naziri Movsisyan təsdiqləyir ki, İrana qarşı beynəlxalq ehtiyatlılıq şübhəsiz Ermənistanın neft  boru layihəsindəki özünün ödəməli olduğu 100 milyon ABŞ dollarlıq hissəsini maliyyələşdirmək üçün özəl sərmayədarlardan istifadə planlarını alt-üst edir.

Bu sazişə İran tərəfindən Milli İran Neft emalı zavodları və İnkişaf Şirkəti cəlb olunub. Bu şirkət İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) üçün layihə müqavilələrinin bağlanması ilə tanınan İranın Milli Neft Şirkətinin törəmə müəssisəsidir. Buna misal olaraq İİKK-nın tikinti filialı Xatam al-Anbiyanın Xəzər dənizi ilə Fars körfəzini birləşdirən 850 km-lik boru kəməri layihəsində yer almasını göstərmək olar.

Burada narahat olmaq üçün digər məqamlar da var. Hayk Gevorgyan keçən il  "Armenian Times”a yazır ki, "Ermənistan-İran neft boru kəməri Ermənistanın kölgə iqtisadiyyatının  maraqlarına xidmət edəcək. İran hesabatlarında bildirilir ki, illik olaraq İrandan Ermənistana 440.000 ton neft vurulacaq, ancaq Ermənistanın illik neft və dizel yanacaq tələbatı cəmi 250.000 tondur. Ölkəyə idxal edilən neft məhsulları Ermənistanda rəsmi tələb olunan miqdardan artıqdır.” Bəs geri qalan artıq məhsula nə olur? Ehtimal ki, geri qalan məhsul qaçaqmalçılıqla silinir. Bu da İİKK üçün mühüm gəlir mənbəyidir.

Hal-hazırda İranla Ermənistan arasında mövcud olan qaz boru kəməri İranın yardımlarına qədər Ermənistan tərəfindən maliyyələşdirmə qıtlığı yaşayırdı. ABŞ-ın İrəvandakı səfirliyinin 2004-cü il gizli teleqram yazışmalarına istinadən bildirilir ki, İranın İxracat və İnkişaf Bankı boru kəmərinin İran sərhədindən 41 km şimalda yerləşən Ermənistanın Qacaran ərazisinə qədər olan 30 milyon dollarlıq hissəsini maliyyələşdirməyə razılıq verib. Ermənistanın Enerji Nazirliyi bu borcu illik 5%-lik payla 7 il sonra qaytaracaq.

İİKK-nın digər filialı İran İxracat və İnkişaf Bankı ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Rusiyanın "Qazprom” şirkəti əlavə olaraq layihənin başa çatdırılması üçün 200 milyon ABŞ dolları sərmayə  qoyub, ancaq İran tərəfindən maliyyələşən hissə müqavilə ilə SUNİR kimi tanınan İran şirkətləri konsorsiumuna verilib. SUNİR-in səhmdarlarından ən azından üç İran müəssisəsi "Mahab Ghodss Consulting Engineering Co”., "Mehrabad İndustrial Co.”, və "Fulmen Co.”, ya sanksiyaya məruz qoyulub ya da şantaj olunub.

Bu nə istisna, nə də bir təsadüf deyil. Ermənistanda həyata keçirilən bir çox İran layihələri hər iki ölkənin enerji nazirləri tərəfindən imzalanan sazişlərlə təşviq olunub. İranlı Majid Namjoo İİKK veteranıdır və İİKK-yə aid olan şirkətlərə layihələr verir. Buna misal olaraq Araz çayı üzərində iki ölkə arasında sərhədləri bölən Mehri bəndi layihəsində aparıcı şirkət  "Farab Co.”-nun sədri Rasul Zərgərpurdur. İİKK-nın mühəndislik layihələrində yardımçı müəssisəsi olan tikinti nazirliyində keçmiş nazir müavini olan Zərgərpur həm də İİKK veteranıdır.

Ermənistan İranla inkişaf edən münasibətlərində təqsirsiz görünə bilər. Lakin Ağ Ev ümid etsə ki, sanksiyalar İranın nüvə bombasına doğru irəliləməsinin qarşısını ala bilər, ABŞ siyasiləri İrəvanla keçmişdə olduğu kimi yumşaq davranmamalıdırlar.

Emanuele Ottolenghi Demokratiyaların Müdafiə təşkilatının ali elmi əməkdaşıdır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...