THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Serj Sarkisyanın siyasi səfilliyi və rəzilliyi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9672
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 iyun 2013 – Newtimes.az

Ermənistan prezidenti heç zaman məntiqi təfəkkürü ilə fərqlənməyib. Hakimiyyətdə olduğu müddətdə hansısa tutarlı siyasi kurs yeridə bilməyib. Ölkə bu səbəbdən getdikcə daha ağır vəziyyətlərə düşür. O cümlədən, qlobal miqyasda özünü göstərən geosiyasi, maliyyə və iqtisadi böhran Ermənistanı iflic hala salır. S.Sarkisyan isə çıxış yolunu sürətlə inkişaf edən Azərbaycana qarşı şər-böhtan atmaqda görür.

İqtisadiyyatı çökən Ermənistan: S.Sarkisyanın "müstəqillik əsəri”

Siyasətçinin reallığa əsaslanan arqumentləri olmadıqda həmişə yalan danışır. Ermənistan prezidenti üçün isə bu, artıq hakimiyyətdə qalma vərdişinə çevrilib. Ölkənin Təhlükəsizlik Şurasının son müşavirəsində onun söylədikləri bu qənaəti tamamilə təsdiqləyir. Maraqlıdır ki, həmin fikir erməni analitik və ekspertlərin fikirlərində də öz əksini tapıb.

Serj Sarkisyanın həmin tədbirdəki çıxışına səthi nəzər salanda belə, məntiqsizlik və arqumentsizlikdən nə qədər əziyyət çəkdiyini görmək mümkündür. O deyir ki, Azərbaycan 3-4 ilə çökəcək və bu, Ermənistanın təhlükəsizliyi baxımından müsbət haldır. Birincisi, hamı bilir ki, Azərbaycan müstəqil dövlət kimi bundan sonra həmişə mövcud olacaq. Hansısa dövlətin başçısı belə düşünə bilmirsə, məntiqi təfəkkürü və psixologiyasında ciddi problemləri vardır. İkincisi, iki qonşudan birinin pis vəziyyətə düşməsi hansı səbəbdən digəri üçün daha təhlükəsiz şəraitin yaranması anlamına gələ bilər?

Sağlam və müasir geosiyasi düşüncə üçün bu, nonsensdir. Çünki istənilən variantda geosiyasi mühit bütövdür – onun bir hissəsindəki vəziyyət bütövlükdə sistemə təsir edir. Nəhayət, istənilən variantda müstəqil dövlətin təhlükəsizliyini özünün inkişafı təmin edə bilər. Yalnız güclü cəmiyyətə malik olan ölkədə güclü dövlət yaratmaq mümkündür. Bu həqiqəti bəzi erməni yazarlar qismən dərk edirlər.

Onlar sual edirlər: "Serj Sarkisyan Azərbaycanın çökməsi haqqında danışmaqdansa, Ermənistan dövlətinin problemləri ilə məşğul olsa, yaxşıdır. Ermənistan hələ məhv olmasa da, onun bir addımlığındadır” (bax: Арам Аматуни. Комплекс полноценности. www.1in.am, 7 iyun 2013). Müəllif soruşur ki, hər il boşalan erməni kəndləri, oliqarxların gəlirlərinin sürətlə artması fonunda vətəndaşların səfil vəziyyətə düşməsi və ya 125 milyon drama başa gəlmiş adi biotualetlərin işləməməsi ilə Ermənistan təhlükəsizliyini təmin edəcək? Və yaxud Azərbaycanda hakimiyyətin aqibəti haqqında nə isə konkret bir fikir söyləmək haqqına sahib olacaq?

Maraqlıdır ki, erməni ekspertlər S.Sarkisyanın nəinki 3-4 il üçün, heç 3-4 gün üçün proqnoz vermək iqtidarında olmadığını yazırlar (bax: Корюн Манукян. Черненкизация Сержа Саргсяна дает метастазы. www.7or.am, 6 iyun 2013). Məsələn, S.Sarkisyan deyirdi ki, qazın qiyməti qalxmayacaq. Lakin bu proqnoz təsdiqini tapmadı. O vəd edirdi ki, prezident seçkisindən sonra ərzaq bahalaşmayacaq və əmək haqları artacaq. Bu fikir də özünü doğrultmadı. Belə ki, 2007-2012-ci illərdə qiymətlər 44,7% artıb, lakin bu müddətdə maaşlarda artım müşahidə edilməyib. Ermənistanda ən yüksək təqaüd 100 ABŞ dolları təşkil edir (bax: Ани Симонян. Камо грядеши, Армения? // Центр поддержки русско-армянских стратегических и общественных инициатив, 24 may 2013). Bütün bunların fonunda S.Sarkisyanın ölkə iqtisadiyyatının 2012-ci ildə 7,2% artdığı haqqında danışması siyasi səfillik və rəzillikdən başqa bir şey deyildir. Koryun Manukyan bu halı təsadüfən Ermənistan prezidentinin "Çernenko rəzilliyinə tutulması” adlandırmır. Məhz onun yeritdiyi siyasətin nəticəsidir ki, 2008-2013-cü illərdə ölkədən 500 mindən çox vətəndaş xaricə köçüb. Bu, Ermənistan üçün ciddi itkidir.

Ermənistan prezidentinin Təhlükəsizlik Şurasında ölkənin iqtisadi inkişafı haqqında danışmasının heç bir əsası yoxdur. Ermənistan KİV-də dərc edilən rəqəmlər bunu tam təsdiq edir (bax: Catalogue of Statistical Publications, 2013 // www.armstat.am).Bu məsələdə vəziyyət o dərəcədə anormaldır ki, sağlam məntiqlə nələr baş verdiyini dərk etmək çox çətindir. Məsələn, statistik məlumatlara görə, son 5 ildə iqtisadiyyat 5% artıb, ölkə əhalisi 7% azalıb, adambaşına düşən istehsalın həcmi 12% çoxalıb, yoxsulluq səviyyəsi isə 23%-dən 35%-ə yüksəlib! (О переназначении Тиграна Саркисяна. www.armtoday.info, 19 aprel 2013).

Bunlar hələ tam mənzərə deyil. 10 il bundan əvvəl Ermənistanda idxal ixracdan 1,9 dəfə çox idisə, 2012-ci ildə bu rəqəm 2,9 olub! Keçən ildə həmin ölkədə kartofun qiyməti 11%, kələmin isə 33% artıb. Ermənistan büdcəsində "kölgə iqtisadiyyatının” həcmi 50%-ə yaxındır. 2011-ci ilə nisbətən 2012-ci ildə ölkə iqtisadiyyatına qoyulan sərmayələr 35% azalıb, birbaşa investisiyalar isə 54% aşağı düşüb (Сусанна Петросян. Ушедший год не решил экономических проблем Армении // "Вестник Кавказа", 2 yanvar 2013). Siyahını uzatmaq olar, ancaq bundan Ermənistan iqtisadiyyatının acınacaqlı mənzərəsi dəyişməyəcək.

Ermənistan prezidentinin böyük yalanı və saxtakarlığı

Serj Sarkisyanın müşavirədə Ermənistan iqtisadiyyatının diversifikasiyasından ağızdolusu danışmasına ən yaxşı cavabı Ümumdünya Bankının həmin ölkədəki keçmiş nümayəndəsi Aristomene Varudakis verib. O deyib: "Ermənistan iqtisadiyyatını diversifikasiya etmək praktiki olaraq mümkün deyil. Səbəbi oliqapoliyanın mövcudluğu, bazarda rəqabət imkanlarının olmaması və vergi-gömrük sistemindəki korrupsiyanın olmasındadır” (bax: sonuncu mənbəyə).

Bəs Ermənistan prezidenti bütün bunları bilmir? Təbii ki, bilir. Elə bu səbəbdən də ermənilərin diqqətini xarici faktora yönəldir. Elə təəssürat yaradır ki, regionda vəziyyətin dəyişməsi ilə "inkişafda olan Ermənistan daha da tərəqqi edəcək”. Real faktlar S.Sarkisyanın öz vətəndaşlarına hansı səviyyədə yalan danışdığını aydın göstərir. Onun ən böyük səhvi və saxtakarlığı isə Azərbaycanla bağlı söylədiklərində ifadə olunub.

Diqqət edək: S.Sarkisyan deyir ki, "3-4 ildən sonra Azərbaycan çökəcək və Ermənistan üçün şans yaranacaq”. Dolayısı ilə bu, hazırda erməni dövlətinin ağır vəziyyətdə olduğunun etirafıdır. Ermənistan regional layihələrdən təcrid olunmuş vəziyyətdədir, ölkədə heç bir inkişaf getmir, beynəlxalq aləmdə nüfuzu sıfıra bərabərdir, iqtisadiyyat Rusiyaya satılıb, enerji infrastrukturuna Moskva nəzarət edir və s. Bütün bunlar onu sübut edir ki, Ermənistan prezidenti dövlətin acınacaqlı durumda olduğunu görür, ancaq çıxış yolu tapa bilmir. Bu səbəbdən Azərbaycan haqqında yalan informasiyalar verməklə ermənilərin başını qatır.

Məsələnin digər tərəfi son zamanlar erməni cəmiyyətində S.Sarkisyanın Rusiya siyasətinə etirazların artmasına bağlıdır. İndi faktiki olaraq, ölkə Moskvanın hərbi cəbbəxanasına çevrilir. Yeni hərbi hissələrin yerləşdirilməsi, əlavə texnikanın gətirilməsi kimi məsələlər həllini tapır. Bütün bunların bir izahı olmalı, rəsmi İrəvan hərəkətlərinə haqq qazandırmalıdır. Bu məntiqlə də S.Sarkisyan Ermənistanın öz təhlükəsizliyini təmin etdiyi görüntüsü yaradır. Paralel olaraq, düşmən münasibət bəslədiyi Azərbaycanın gələcəyinin dumanlı olduğu fikrini formalaşdırmaq istəyir.

Şübhəsiz ki, bu kimi yalanlar və saxtakarlıqla dövlət müstəqilliyini qorumaq mümkün deyil. Digər tərəfdən, S.Sarkisyanın sayıqlamaları onu göstərir ki, Ermənistanın dövlət olaraq əsaslı strategiyası yoxdur. O, hələ də xarici qüvvələrdən tam asılıdır. Bu ölkə forpostdur. Fərqi yoxdur, bu keyfiyyətdə kimlərə qulluq edir, əsas odur ki, XXI əsrdə erməni dövlətçiliyinin baş tutduğunu demək çox çətindir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...