THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: "Kazimirov? İt hürər, karvan keçər..."

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15068
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 may 2013 – Newtimes.az

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ''Newtimes.az'' portalına müsahibəsi

– Novruz müəllim, rusiyalı diplomat, bizim yaxşı tanıdığımız Vladimir Kazimirov bir neçə gün əvvəl İrəvanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fikirlər söyləyib. O, Azərbaycan rəhbərliyi haqqında diplomatik etikaya uyğun gəlməyən cümlələr işlədib. Bununla bağlı Siz hansı məqamları vurğulamaq istərdiniz?

– Uzun müddət idi ki, Vladimir Kazimirov haqqında məlumat gözümə dəymirdi. Düzü, elə bilirdim ki, ölüb. Lakin ötən həftə birdən-birə İrəvandakı sponsorları ilə sövdələşərək onun adından nə istəsələr yazmağa razılıq verdikdən sonra düşündüm ki, belə xislətli adamlar adətən çox yaşayırlar.

20 ildən artıqdır ki, ermənilərin muzdlu qulu-agenti kimi xidmət göstərən Vladimir Kazimirov özünü diplomatiya ağsaqqalı kimi təqdim etmək iddiasında olsa da, yalan, böhtan dolu qərəzli, məkrli fikirləri ilə qazanmaq hərisliyi onu şərəf, ləyaqət, ədalət, haqq kimi dəyərlərdən də məhrum edib.

Vladimir Kazimirov Rusiyalı diplomatlar Assosiasiyası sədrinin birinci müavinidir. O, bir neçə dəfə erməni KİV-lərinə verdiyi müsahibələrdə Azərbaycana qarşı qərəzli fikirlər söyləyib, Azərbaycan siyasətçiləri haqqında etik normalara sığmayan ifadələr işlədib. Bunun əsas səbəbi isə V.Kazimirovun normal ailə tərbiyəsi almamasıdır.

Bununla əlaqədar mətbuatda dərc edilmiş bir məlumatı xatırlatmaq istərdim. Orada yazılıb ki, ''Vladimirin üç yaşı olanda atası ailəsini tərk edib, anası mətbəədə fəhlə işləyib. Özü etiraf edir ki, baxımsız bir yeniyetmə olub, məktəbdə birtəhər oxuyub. Pis davranışına görə anasını tez-tez məktəb direktoru yanına çağırır, bir məktəbdən digərinə keçirirdilər''. Bu, onun uşaqlıq həyatının bir fraqmentidir. Ancaq görünür, psixologiyasında natamamlıq kompleksi özünə möhkəm yer tutub. Ola bilər. Lakin bu, V.Kazimirova Azərbaycan xalqı haqqında əsassız danışmaq, tarixi təhrif etmək, onun siyasi liderləri haqqında yalanlar uydurmaq ixtiyarını vermir.

Görünür, Kazimirov öz təbiətinə qarşı hərəkət etməyə və özünü ziyalı kimi göstərməyə çalışsa da, ailə şəraitindəki yarımçıqlıq və naqis tərbiyə mühiti psixologiyasında dərin iz buraxıb. Həyatda bu kimi hallara rast gəlinir. Gərək V.Kazimirovun valideynləri ona yaxşı tərbiyə verəydilər. Zavallıya qismət olmayıb. Kim bilir, uşaq vaxtı bu başabəla diplomat hansı arzulara düşüb. Bəlkə məzhəkəçi olmaq həvəsi ilə yaşayıb. Sirkdə də işləməyi xəyal edə bilərdi. İndi onun diplomat kimi ifadə etdiyi fikirlər belə düşünməyə əsas verir. V.Kazimirov kimiləri üçün məzhəkəçiliklə siyasətçilik arasında elə bir fərq yoxdur. O, nakam ailələrin bədbəxt övladlarından biridir. Yazıq!

– Novruz müəllim, Siz uzun müddətdir siyasətdəsiniz. Kazimirov hansı səbəblərə görə, məhz indi bu cür yalanlar danışır?

– Əslinə qalsa, Vladimir Kazimirov yaşlaşıb, xəstədir, psixoloji vəziyyətində problemlərin olduğu hiss edilir. Onun ermənilərə çoxdan satıldığı da məlumdur. Bunlara görə, bir xəstə adamın dediklərinə fikir verməmək də olardı. Onu ciddi diplomat kimi qəbul etmək çətindir. Lakin bəzi incəliklər mövcuddur ki, onları vurğulamaq mümkündür.

Məsələ ondan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edir. Dünyada ölkənin nüfuzu yüksəlir. Çox əhəmiyyətli beynəlxalq tədbirlərə Azərbaycan ev sahibliyi edir. BMT kimi mötəbər təşkilatın Təhlükəsizlik Şurasına üzv seçilir. Bunlar Ermənistanın geosiyasi və siyasi-diplomatik müstəvidə Azərbaycana uduzduğunu əyani göstərir. İrəvanın havadarlarının da proseslərin bu istiqamətdə getməsindən narahatlığı artır. Odur ki, V.Kazimirov kimi xəstə diplomatlar özlərini səhnəyə atırlar. Onun məhz may ayının əvvəllərində İrəvanda peyda olması bütün bunlara görə, təsadüfi görünmür. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyini dünyanın demək olar ki, bütün tərəqqipərvər insanları hörmətlə qeyd etdiyi bir ərəfədə düşmənlərimizin iftira atmasına təəccüblənməməliyik. Ancaq V.Kazimirov kimiləri unutmamalıdırlar ki, hər kəsdən əvvəl Heydər Əliyevin peşəkar siyasətçiliyi, diplomatiya məharəti, zəngin təcrübəsi və Azərbaycan ordusunun fəallığı azğınlaşmış erməni quldur dəstələrinin qarşısını aldı. Ermənilər başa düşdülər ki, müharibə yolu ilə heç nəyə nail ola bilməyəcəklər və danışıqlar masasına oturmağa razı oldular.

Həmin dövrdə bu proseslərdə işğalçılara kimlərin havadarlıq etdikləri də yaxşı məlumdur. Onları bir daha xatırlatmağa ehtiyac yoxdur. Yalnız onu vurğulamaq istərdim ki, V.Kazimirov danışanda vicdanını unutmasın. BMT, ATƏT, Avropa İttifaqı, AŞPA kimi təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli qəbul etdikləri sənədlərə baxmaq kifayətdir ki, reallığı görmək mümkün olsun. Həmin sənədlərdə aydın yazılıb ki, Ermənistan işğalçıdır və zəbt etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir. Əgər V.Kazimirovun oxumaq problemi varsa, təmsil etdiyi ölkənin xarici işlər nazirinin işlətdiyi "işğal edilən Azərbaycan torpaqları azad olunmalıdır" fikrinə qulaq versin. Belə çıxır ki, bu adam o dərəcədə ermənilərə satılıb ki, Rusiyanın rəsmi mövqeyinə belə hörmət etmir.

Vladimir Kazimirovun ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev haqqında dediklərinə gəldikdə isə... Bilirsiniz, Azərbaycanda yaxşı bir misal var: "ağılsız köpəklər ulduza hürər". V.Kazimirov kimilərini özündən çıxaran Azərbaycan rəhbərliyinin həmişə dövlətçilikdən, milli maraqlardan çıxış etməsi, ölkənin bir qarış torpağını belə yadlara verməməkdə qətiyyət göstərməsi kursudur. Eyni zamanda, V.Kazimirov ümummilli lider Heydər Əliyevin dahi siyasi və dövlət xadimi olduğunu, onun haqqında dünyanın, eləcə də Rusiyanın ən görkəmli dövlət xadimlərinin fikirlərini, ona verdikləri qiyməti yaxşı bilir, sadəcə olaraq həzm edə bilmir. Çünki həm xəstədir, həm də xəbisdir. Bunu özü də əla başa düşür.

– Novruz müəllim, Kazimirov Azərbaycan tarixini təhrif edən fikirlər də səsləndirib. Xüsusilə, Naxçıvanla əlaqəli böhtanlar söyləyib. Sizcə, tarixi həqiqətləri saxtalaşdırmaqda məqsəd nədən ibarətdir?

– Tarixi gerçəklikləri inkar etmək ermənilərin çoxdankı xəstəliyidir. İndi Kazimirovun Naxçıvan haqqında yalanlar uydurması bir növ diqqəti Dağlıq Qarabağdan yayındırmağa xidmət edir. Bəzi dairələrə elə gəlir ki, Azərbaycana hansısa yolla təzyiq etmək olar. Bu, donkixotluqdur. Burada yəqin ki, S.Lavrovun yuxarıda vurğuladığımız fikrindən narazı qalan ermənilərə ürək-dirək vermək istəyi də özünü göstərir. Guya, Rusiyada elə dairələr var ki, nəinki Dağlıq Qarabağı, hətta Naxçıvanı erməni torpaqları hesab edirlər. Tarixi reallıq isə tamamilə başqadır. Həqiqətən də Naxçıvan barədə Roma və yunan müəlliflərinin əsərlərində, ərəb mənbələrində məlumatlar var. İosif Flavi, Klavdi Ptolemey, əl-Bəlazuri, İbn Xordadbeh, əl-Müqəddəsi, əl-İstəxri, əl-Biruni, Yaqut Həməvi və b. görkəmli tarixçilər, coğrafiyaşünaslar Naxçıvandan geniş bəhs edirlər. Azərbaycan dövlətçilik tarixində Naxçıvan özünəməxsus yer tutur. Hətta eramızdan əvvəlki dövrdə Naxçıvan qədim Azərbaycan dövlətləri olan Manna və Midiyanın tərkibində olub. Sonrakı mərhələlərdə də bu ərazi Azərbaycan dövlətlərində xüsusi yer tutub.

Orada nə vaxtsa ermənilərin yaşaması məsələsinə gəldikdə isə, onu deyim ki, Azərbaycanda həmişə çoxlu xalqların nümayəndələri yaşayıblar. Ermənilər də daxil olmaqla indi də ölkəmizdə müxtəlif milli azlıqlar yaşayırlar. Azərbaycan tolerantlığın, dinc yanaşı yaşamağın nümunəsidir. Ancaq ermənilər bir sıra xarici qüvvələrin təhriki ilə azərbaycanlılarla düşmənçilik etdilər. Onlar İrəvan, Zəngəzur, Göyçə və digər qədim Azərbaycan torpaqlarından milyonlarla soydaşımızı qovdular. Çoxlu sayda günahsız insanları qətlə yetirdilər. Bu hadisələr həm də ermənilərin müəyyən mənada miqrasiyasına səbəb oldu. Bütün bunlara baxmayaraq, hazırda Azərbaycanda 10 minlərlə erməni yaşayır. Ermənistanda neçə azərbaycanlı var? Kazimirov kimi xəstə və qərəzli adamlar bir zamanlar əhalisinin 90 faizinin azərbaycanlı olduğu İrəvanda bir nəfər olsun soydaşımıza rast gəlibmi? Ancaq Bakıda ona yüzlərlə ermənini göstərə bilərik. Reallıq budur, boş-boş və əsassız danışmaqda deyil.

Bir məqamı da vurğulamaq istərdim. İndi Ermənistanın təbliğat və təşviqat maşını zəhlətökən tərzdə hay-küy salır. V.Kazimirovu da "diplomatiyanın kif iyi verən arxivindən'' tapıb danışdırırlar. Rəsmi İrəvan hələ də keçmişlə yaşayır. Ağıllı insanlar isə həmişə gələcəyə istiqamətlənmiş işlər görərlər. Kazimirovun məntiqi ilə hara qədər getmək olar?

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...