THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ərdoğanın ABŞ səfəri: taktiki və strateji məqamların müqayisəsi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9356
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 may 2013 – Newtimes.az

Yaxın Şərqdə geosiyasi vəziyyətin sürətlə dəyişməsi meydana bir çox suallar çıxarır. Onların sırasında regionun güclü ölkələrinin yaranmış situasiyada necə hərəkət edəcəyi maraq doğurur. Türkiyənin baş naziri R.T.Ərdoğanın Vaşinqtona səfərinə bu aspektdə qiymət verməyə ehtiyac vardır. Burada müxtəlif yanaşmaların mövcudluğu müşahidə edilir.

Siyasət və dostluq: aradakı fərqlər

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri dünya siyasi mühitində böyük maraq doğurdu. Bunun əsas səbəbi Suriya məsələsinin həll edilməməsidir. Əlavə olaraq, Yaxın Şərqdə geosiyasi mənzərəyə ciddi təsir edə biləcək amillərin meydana çıxması müşahidə edilir. Rusiya, Çin və İran diplomatiyasının regiondakı fəallığının yeni səviyyəyə qalxması, B.Əsədə bağlı olan ordunun müxalifətə qarşı bir neçə uğurlu hərbi əməliyyat keçirməsi, bəzi bölgə dövlətlərinin Dəməşq rejiminə qarşı mövqeyini yumşaltması bir sıra suallar yaradır.

Bunların fonunda R.T.Ərdoğanın Vaşinqtonda çox yüksək səviyyədə qarşılanması əks-səda yaratdı. Kütləvi informasiya vasitələri həmin səfəri tarixi hadisə kimi qiymətləndirdi. Lakin R.Ərdoğanın səfəri zamanı tərəflərin heç də bütün məsələlər üzrə razılığa gəldiyi haqqında informasiyalar yayılmadı. Hətta bəzi media orqanları bu səfərdən baş nazirin əliboş döndüyünü vurğuladı. Ekspertlər də Ərdoğan-Obama görüşünün nəzərdə tutulandan fərqli keçdiyi haqqında fikir bildirirlər.

Məsələnin mahiyyəti, hər şeydən əvvəl,  Türkiyə baş nazirinin Obamadan Suriya ilə əlaqəli istədiyi cavabı almamasına bağlanır. Vaşinqton, Ankaradan fərqli olaraq, Suriyaya hərbi müdaxiləni hələlik qəbul etmir. Bu səbəbdən B.Obama R.Ərdoğanı fikrindən daşındıra bilib. Onlar Cenevrədə Suriyaya həsr edilmiş beynəlxalq konfransın keçirilməsi ilə bağlı ümumi razılığa gəliblər. Livanın məşhur "Es-sefir'' qəzetində M.Ballutun dərc edilən yazısında ABŞ, Fransa və Böyük Britaniya səfirlərinin Suriya müxalifəti ilə sıx təmas qurduğu vurğulanır. Onlar müxalif liderləri Cenevrə konfransında iştirak etməyə razı salmağa çalışırlar. Qəzetin məlumatına görə, artıq tərəflər ortaq məxrəcə gəliblər.

ABŞ-ın tanınmış analitik mərkəzlərindən olan ''RAND Corporation'' hesab edir ki, Türkiyə Amerikanın üzərinə daha çox məsuliyyət qoymağa çalışdığından Obama hərbi müdaxiləyə razı deyil. Ankara özü kölgədə qalmaqla bütün ağırlığı Vaşinqtonun üstünə atmaq istəyir. Liviya məsələsində ABŞ-a Fransa, Almaniya və İngiltərə arxa durmuşdu. Ona görə də, həmin vaxt Amerika hərbi müdaxiləyə yaşıl işıq yandırdı. Belə çıxır ki, Qərbdə Suriya ilə bağlı hələlik tam formalaşmış mövqe yoxdur – hər bir dövlət öz marağına uyğun addım atır.

Vəziyyətin bu cür istiqamət alması doğrudan da bir neçə düşündürücü sual yaradır. İlk növbədə, Rusiya, Çin və İranın bu məsələdə mövqeyinin daha da gücləndiyi təəssüratı yaranır. Mümkündür ki, məhz bu səbəbdən R.T.Ərdoğan Vaşinqton səfərindən dərhal sonra Moskvaya baş çəkmək qərarına gəlib. Onun bu səfəri zamanı Moskva ilə vacib razılaşmalar əldə edəcəyi gözlənilir.

Burada əsas problemin B.Əsədin yeni hakimiyyətdə iştirakı məsələsindən ibarət olduğu vurğulanır. Türkiyənin "Radikal'' qəzetinin yazarı Fetih Taştekin məqaləsində göstərir ki, Ərdoğan-Obama görüşməsində "Əsədsiz keçid müddəti'' ifadəsi deyil, "Əsədin olmadığı Suriya üçün bir keçid müddəti'' fikri işlədilib (bax: Beyaz Ev'den kalanlar ve Şam için diplomasi savaşı. "Radikal'' qəzeti, 20 may 2013). Bunu Obamanın Əsədin prezidentlik müddətinin sonunu gözləməyi (2014-cü il) məsləhət bilməsi kimi qiymətləndirirlər. Əgər B.Əsəd 2014-cü ilə qədər iqtidarda qalacaqsa, onda danışıqlarda onun da iştirakı qaçılmaz olacaq. Ekspertlərin rəyinə görə, Vaşinqton-Moskva razılaşmasında həmin məqam əsas yeri tutur.

Türkiyənin rolu və seçimi

Bəs bu halda rəsmi Ankara hansı mövqeni tuta bilər? KİV-də yayılan informasiyalara əsasən, Ərdoğan Obamanın təklifini qəbul edib və Əsəd məsələsində israr etməyəcəyi vədini verib. Əvəzində, ABŞ Türkiyənin Suriya probleminin həll edilməsində əsas rollardan birini oynamasına razı olub. Amerika mətbuatının yazdığına görə, burada başlıca məsələ Ankaranın Suriya müxalifətini yola gətirməsindən ibarət olacaq. Belə ki, münaqişəni nizamlama prosesi kifayət qədər mürəkkəb şəraitdə keçməlidir. Üstəlik, müxalifətin tərkibində bir-biri ilə normal münasibətdə olmayan qruplaşmalar var. Bu səbəbdən məsələnin konkret həlli zamanı Türkiyəyə böyük ehtiyac yarana bilər.

Lakin ekspertlər proqnozlaşdırırlar ki, bunlar Türkiyəni tam qane etmir. Məhz həmin səbəbdən Ərdoğan Obamadan iqtisadi əməkdaşlıq sahəsində bir sıra təminatlar ala bilib. Onların sırasında iki ölkə arasında azad ticarətin təşkil edilməsi xüsusi yer tutur. ABŞ-ın vitse-prezidenti Cozef Bayden vurğulayıb ki, Türkiyəni Yaxın Şərqin ən potensiallı dövləti hesab edirlər, bu mənada Ankara regionun lideri ola bilər. O, Vaşinqtonun azad ticarət modelini Ankara ilə müzakirə etməyə hazır olduğunu ayrıca qeyd edib.

Bütün bunlar onu göstərir ki, R.T.Ərdoğan Amerikada taktiki məqsədlərdən çox, strateji xarakterli planlara üstünlük verib. Bu gün onun güzəştə getdiyi geosiyasi məsələ, sabah Türkiyənin dünyanın aparıcı dövlətinə çevrilməsi işində ciddi rol oynaya bilər. Onu deyək ki, son zamanlar müşahidə edilən bəzi proseslər bu qənaətin doğru olduğuna əsas verir.

Rusiyanın hərbi-sənaye kompleksinin yüksək vəzifəli şəxslərindən biri Türkiyə ilə birlikdə "S-300'' raket qurğularının yeniləşmiş modelini birgə istehsal etməyə hazır olduqlarını bəyan edib. Rusiyalı ekspertlərin təhlillərində Türkiyə iqtisadiyyatı ilə yanaşı, hərbi istehsal sferasının da uğurla inkişaf etdiyi ayrıca vurğulanır. Avropa mətbuatı isə bir neçə dəfə Türkiyənin pilotsuz kəşfiyyat təyyarəsi olan "Anka''ya müsəlman dövlətlərinin getdikcə daha çox maraq göstərdiyi haqqında informasiyalar yayıb. Qərbin bundan narahat olduğu ayrıca vurğulanıb.

Bunların fonunda Türkiyənin Beynəlxalq Valyuta Fonduna (BVF) olan 19 illik borcunu may ayının 20-də tam ödəməsi tarixi hadisə adlandırılır. Beynəlxalq reytinq təşkilatları isə Türkiyəni artıq inkişaf etmiş ölkələr qrupunda təqdim edirlər. C.Bayden amerikan və türk iş adamları ilə görüşündə Türkiyənin 2023-cü ildə dünyanın 10 ən böyük iqtisadiyyatı sırasına daxil olacağına inandıqlarını dilə gətirib. Vaşinqton Ərdoğanın atdığı addımları çox cəsarətli hesab edir.

Deməli, reallıqda Türkiyə böyük dövlətlər üçün bəsit məsələ deyil. Burada hansısa bir sahədə əldə edilən uğur və ya uğursuzluğa görə fikir yürütmək yanlışdır. Ankara dünya miqyasında qəbul edilən oyun aparır və nailiyyətləri göz qabağındadır. Həmin kontekstdə R.T.Ərdoğanın ABŞ-a səfərinin tarixi nəticələr verə biləcəyi nəticəsini çıxarmaq olar. Mümkündür ki, bu proses beynəlxalq miqyasda Türkiyənin Yaxın Şərqin lider dövləti kimi qəbul edilməsi ilə yekunlaşsın. Eyni zamanda, yaranmış vəziyyətin başqa tərəfinə diqqət yetirməyin də mənası vardır.

Biz, hər şeydən əvvəl, İran və İsrail amilini nəzərdə tuturuq. Bu ölkələrin hansı addımları atacağından bir çox məqamlar asılı olacaq. Başqa sözlə, Yaxın Şərqdə proseslərin sona çatmasından yox, mübarizənin yeni səviyyəyə qalxmasından danışmaq daha doğru olardı. Şübhəsiz ki, bu səviyyənin də öz oyun qaydaları mövcuddur. Gözləyək.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...