THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

NATO və Azərbaycan torpaqlarının işğalı problemi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12491
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

NATO (North Atlantic Treaty Organization) Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycanı ziyarəti zamanı keçirdiyi mətbuat konfransında təəssüratlarını ifadə edərkən: “Qarabağ probleminin hərbi həll yolu yoxdur. NATO sülh yolu tərəfdarıdır, belə ki, Qafqaz regionunda sabitlik Alyans üçün olduqca əhəmiyyətlidir. Azərbaycan və NATO bir çox sahələrdə aktiv əməkdaşlıq edir və bizi yaxşı gələcək gözləyir. Biz enerji təhlükəsizliyi sahəsində IPAP (Individual Partnership Action Plans) proqramı çərçivəsində sıx əməkdaşlıq edirik”, - demişdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra başda Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) olmaq üzrə bir sıra beynəlxalq təşkilatlara üzv olmuş və əlaqələrini genişləndirmişdir.

NATO ilə də əməkdaşlıq Azərbaycan üçün prioritet məsələlərdən biridir. Azərbaycan Sülh naminə əməkdaşlıq, IPAP və bir çox proqramlar çərçivəsində NATO ilə əməkdaşlıq etməkdədir və bir neçə münaqişə bölgəsində sülh yaratma missiyasında iştirak edir. Dünyanın ən böyük təhlükəsizlik təşkilatı ilə əməkdaşlıq etmək Azərbaycana beynəlxalq təcrübə qazanmağa, ordu quruculuğunu beynəlxalq standartlara yüksəltməyə kömək edir.

Ancaq Azərbaycanın bu qurumla hərtərəfli əməkdaşlığı, münasibətlərini genişləndirməsi, qurumun müxtəlif beynəlxalq proqramlarında iştirak etməsi belə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi probleminin həll edilməsində istənilən nəticələri verməmişdir. Bu məsələ gündəmə gəldiyi zaman dünyanın müxtəlif bölgələrində hərbi gücdən istifadə edərək sülh yaratmağa çalışan NATO, Dağlıq Qarabağ probleminin sülh yolu ilə 20 ildir ki, həll olunmamasına rəğmən Azərbaycanın Ermənistan işğalı altında olan torpaqlarını azad etməsi üçün hərbi əməliyyatlara başlamasına soyuq baxır və problemin sülh yolu ilə həll edilməsinin zəruriliyini vurğulayır.

Əlbəttə, problemin sülh yolu ilə həll olunması ən optimal yoldur və Azərbaycan da bunu dəfələrlə ən yüksək tribunalardan dilə gətirmişdir.

Ancaq NATO-nun bu məsələ ilə bağlı ikili standartının olduğu məlumdur. NATO-ya üzv dövlətlərin maraqlarını qorumaq üçün qurum istədiyi zaman hədəf dövləti nüvə və kimyəvi silah əldə etmək istədiyini (İraq), beynəlxalq terrorizmə dəstək verdiyini iddia edərək (Əfqanıstan) bu dövlətlərə qarşı hərbi əməliyyatlar təşkil edə bilir. Nəticədə isə işğal edilən dövlətlərin əslində nüvə silahı olmadığı və beynəlxalq terrorizmə dəstək verəcək gücdə olmadığı bəlli olur.

NATO indi də hədəf ölkə kimi İranı seçmiş və nüvə silahı əldə etmək cəhdi iddiasıyla bu dövləti təhdid edərək, iqtisadi, siyasi sanksiyalar tətbiq edir.

Bundan başqa, NATO son zamanlarda “önləyici zərbə” adıyla digər dövlətlərin təhlükəsizliyini təhdid etməyə davam edir. “Önləyici zərbə” doktrinasının mahiyyəti ABŞ və NATO üzvlərinə qarşı hər hansı bir hərəkətin təhdid olaraq dəyərləndirilməsi zamanı hədəf dövlətə yönəlik daha əvvəl hərbi əməliyyatlara başlayaraq gözlənilən təhlükənin qarşısını almaqdır.

Beynəlxalq ədəbiyyatda “önləyici zərbə” doktrinasının haqlı, ədalətli olması ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi mülahizələrdə bu zaman böyük və güclü dövlətlərin ciddi təhdid və təhlükə hiss etmədən də bu doktrinadan öz mənafeləri üçün istifadə etməyə imkan verdiyi ifadə edilsə də, digər mülahizələr bu doktrinanı dəstəkləyir. Bir başqa ifadə ilə, “önləyici zərbə” doktrinası beynəlxalq hüquqda hələ də tam olaraq formalaşmayıb.

ABŞ və NATO-ya üzv dövlətlərin bu doktrina ilə bağlı səmimi və ədalətli olmamasını Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nümunəsində daha aydın görmək mümkündür.

Quruma üzv olan böyük dövlətlər bu doktrina ilə təhlükə təşkil edən (bu terminə xüsusi fikir vermək lazımdır) - işğal edən deyil, təhlükə təşkil edən dövlətlərə qarşı hərbi əməliyyatlara başlamağa özlərinə icazə versələr də, Azərbaycan üçün sadəcə təhlükə təşkil edən deyil, 20 ildir torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı hərbi əməliyyatlar təşkil edilməsinə imkan verilmir.

Qərb dünyasının xüsusilə son illərdə ciddi ehtiyac duyduğu enerji probleminin həll edilməsində sanballı mövqeyi olan, müxtəlif beynəlxalq sülh yaratma missiyalarında iştirak edən, region və beynəlxalq təhlükəsizliyin təmin edilməsi və qorunmasına öz töhfəsini verən, Əfqanıstan sülh məramlıları üçün tranzit ölkə olan Azərbaycan ilə əməkdaşlıq edən NATO, bu ölkənin ərazi bütövlüyünü tanıdığını hər fürsətdə ifadə etsə də, faktiki olaraq bunun təmin edilməsi üçün müxtəlif maneələr yaratmaqdadır.

Ermənistan Azərbaycan torpaqlarının 20%-ni 20 ildən artıqdır ki, işğal altında saxlayır, amma yenə də NATO Ermənistana qarşı İran və Suriyaya tətbiq etdiyi iqtisadi və siyasi sanksiyaların heç birini tətbiq etmir, əksinə bu ölkə ilə əməkdaşlığı genişləndirir və dəstək olur.

Qərb dövlətlərinin və NATO-nun bu məsələ ilə bağlı ikili standart həyata keçirməsi beynəlxalq aləmdə yaşanan ədalətsizliyin, beynəlxalq hüquqdakı çatışmazlıq və problemlərin hələ davam etdiyini göstərir. Amma bir məsələ aydındır. Nə qədər ki, Qərb və NATO bu regiondakı məsələləri hərtərəfli araşdırıb ədalətli mövqe tutmur, hansısa maraqlarım girovuna çevrilir, münaqişənin həlli uzanacaqdır. Belə vəziyyət isə beynəlxalq münasibətlərin uğurlu gələcəyinin təminatına yardım etmir. Azərbaycan bütün hallarda ərazi bütövlüyünü təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.

Dr. Hatəm Cabbarlı,

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri

 

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...