THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Xarici siyasətin dinamikası: reallıqlar və perspektivlər

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12175
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Dünyanın bütün regionlarını bürüyən geosiyasi gərginlik hər bir dövlətin xarici siyasətinin konstruktivliyi üçün bir sınaq meyarına çevrilmişdir. Sürətlə cərəyan edən və özündə kifayət qədər qeyri-müəyyənlik elementləri daşıyan həmin proseslərə müxtəlif ölkələrin fərqli reaksiya verməsi, hətta bəzilərinin passiv mövqedə qalması bu məqamla bağlıdır.

Xarici siyasətinin təməli möhkəm qoyulmuş, əsas fəaliyyət prinsipləri müasir dünyanın geosiyasi təkamül tendensiyalarını ölçülü-biçili nəzərə almaqla formalaşdırılmış dövlətlər isə aktivliyi ilə seçilirlər. Bu bağlılıqda Cənubi Qafqaz subregionunda baş verən siyasi, geosiyasi və s. proseslərin ziddiyyətlər və bəzən paradokslarla dolu dinamikası fonunda bölgə dövlətlərinin xarici siyasətinin təhlili son dərəcə maraq doğurur.

Öncə qeyd edək ki, region ölkələrinin baş verən proseslərə reaksiyası və onlarda iştirak dərəcəsi fərqlidir. Məsələn, Ermənistanın xarici siyasəti müasir tələblərə cavab vermədiyindən, bu ölkənin bölgə ilə bağlı həyata keçirilən beynəlxalq layihələrdə iştirakı sıfır dərəcəsindədir. Ermənistanın, eləcə də Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşmasına, siyasi əməkdaşlığın inkişafına, diplomatik fəallığın yüksəlməsinə təsiri minimumdur.

Azərbaycanın xarici siyasəti isə tamamilə fərqlidir. Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini dahi siyasi və dövlət xadimi Heydər Əliyev müəyyənləşdirmişdir. O, 2000-ci il dekabrın 29-da yeni əsr və üçüncü minilliyin başlaması münasibəti ilə Azərbaycan xalqına müraciətində vurğulamışdır: "Azərbaycanın xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaq, inkişaf etdirmək, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək məqsədini daşıyır...

Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsipləri beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etməkdən, bütün dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan, bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll etməkdən, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaratmaqdan, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan ibarətdir”.

Hazırda regionun geosiyasi mühitinin formalaşmasında Azərbaycanın oynadığı fəal rol ümummilli lider Heydər Əliyevin ifadə etdiyi xarici siyasət prinsiplərinin konstruktiv və müasir tarixi şəraitə tam uyğun olduğunu təsdiqləyir. İndi region ilə bağlı heç bir beynəlxalq layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilmir və bilməz. Dünyanın enerji təhlükəsizlik sisteminin formalaşması ilə bağlı bütün proqramlarda Azərbaycan əsas iştirakçılardan biri kimi nəzərdə tutulur. Hətta bu proqramların Azərbaycanın iradəsi olmadan baş tutmayacağı hamıya məlumdur.

Xarici KİV-də dərc olunan analitik yazılarda Cənubi Qafqazla bağlı geosiyasi, iqtisadi, energetik və s. proseslərin dinamikasının Azərbaycanın yeritdiyi siyasətlə sıx bağlı olması daim qeyd olunur. ABŞ və Avropa İttifaqının Qara dəniz-Xəzər hövzəsinin təhlükəsizlik sisteminin formalaşması ilə bağlı hazırladığı konsepsiyalarda Azərbaycana ayrıca yer verilmişdir.

Azərbaycanın xarici siyasətinin konstruktivliyi arxasında çox mühüm bir faktor durur. Bu faktor müasir diplomatiyada "şəbəkə diplomatiyası” deyilən üsulun formalaşması ilə bağlıdır. Şəbəkə diplomatiyası xarici siyasətdə sistemli mövqe tutmağı, konkret bölgədə təsiri olan beynəlxalq güclərin (o cümlədən, beynəlxalq təşkilatların, məsələn, ATƏT, NATO, Aİ, MDB, GUAM və s.) rolunun obyektiv nəzərə alınmasını təmin edən peşəkarlığı ifadə edir.

İndi müstəqilliyini əldə etmiş dövlətlər əsasən bu nöqtədə səhvə yol verir, birtərəfli və emosional mövqeləri ilə qeyri-konstruktiv görünürlər. Cənubi Qafqazda baş verən geosiyasi hadisələrin dinamikası sübut edir ki, Azərbaycan regionda şəbəkə diplomatiyasını ən uğurlu həyata keçirən dövlətdir. Ölkənin xarici siyasətində bu məqam aydın  müşahidə olunur.

New Times

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...